Azərbaycanda Peyk Müşahidə Sistemi yaradılıb

03/01/2019 [17:42] - İqtisadiyyat (327)



Azərbaycanda torpaqların idarə edilməsində istifadə olunan Peyk Müşahidə Sistemi yaradılıb.

“Report”un xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanından idarə edilən layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların, süni intellektin imkanlarından istifadə edilməsidir. Layihə nəticəsində ölkə ərazisi peyk vasitəsilə 5 gündən bir çəkilir. 

Peyk vasitəsilə çəkilmiş bütün təsvirlər süni intellektin tətbiq olunduğu Peyk Müşahidə Sisteminə daxil edilir. Süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları Sistem vasitəsilə avtomatik olaraq müəyyən edilir. Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə yerində baxışın keçirilməsi Komitənin torpaq müfəttişləri tərəfindən təmin edilir, aşkarlanmış qanunsuz tikililərin qarşısı alınır, torpağın münbit qatının korlanmasına və ümumiyyətlə, qeyri-qanuni istifadəsinə yol verilmir. Komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından kənd təsərrüfatı təyinatlı torpaqlarda əkilmiş bitkilərin müəyyənləşdirilməsi və monitorinqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, fövqəladə hadisələr zamanı meşə yanğınlarının müəyyən edilməsi və təbiətə dəyən zərərin monitorinqi, su daşqınları zamanı dəyişikliklərin və çaylarda suların artma-azalma intensivliyinin müəyyən edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, meşə fonduna daxil olan ərazilərdə dəyişikliklərin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən istifadə olunacaq. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib. Dövlət başçısına Peyk Müşahidə Sistemi barədə məlumat verilib.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
07/08/2020 [16:52]:
"Çelsi"nin futbolçusu "Arsenal"la anlaşdı
07/08/2020 [16:50]:
Beyrutdakı partlayışda ölənlərin sayı 154 nəfərə çatıb
07/08/2020 [16:44]:
Daha 129 nəfər koronavirusa yoluxub
07/08/2020 [15:36]:
Afrikada COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşıb
07/08/2020 [14:22]:
Dünyada ərzaq məhsullarının qiyməti bahalaşır
07/08/2020 [13:20]:
Nazirlik: Son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi 238 mln. manat təşkil edib
07/08/2020 [12:55]:
SOCAR-ın zavodunda yanğın - Yaralılar var
07/08/2020 [12:50]:
Qazaxıstanda epidemioloji vəziyyət yaxşılaşır
07/08/2020 [12:37]:
98 yaşlı klub müflis olub dağıldı
07/08/2020 [12:17]:
Koronavirusdan sonra daha bir ölümcül virus yayılmağa başladı
07/08/2020 [11:48]:
Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina edib
07/08/2020 [11:15]:
Belarusu qarışdırmaq istəyən “vaqnerçilər” Ukraynaya verilə bilər
07/08/2020 [10:35]:
Sosial təminat növləri üzrə 2 milyon 300 min şəxsə ödəniş edilib
07/08/2020 [10:00]:
COVID-19-a yoluxanların sayı 19 milyonu keçib
06/08/2020 [23:58]:
DYP hüquqi və fiziki şəxslərə müraciət edib
06/08/2020 [21:31]:
ABŞ və Avropa ölkələrinin birgə təlimlərində Yaponiya da iştirak edəcək
06/08/2020 [20:52]:
Yarış zamanı qəzaya uğrayan idmançı komaya düşüb
06/08/2020 [20:10]:
Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
06/08/2020 [18:26]:
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər
06/08/2020 [17:53]:
Baş Nazirdən yumşalma anonsu
06/08/2020 [17:23]:
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 59,1 milyon dollar olub
06/08/2020 [17:02]:
Yoluxanların sayı 150-dən aşağı düşdü
06/08/2020 [16:43]:
"Roma” klubu 591 milyona satılıb
06/08/2020 [16:41]:
Prezident karantin rejiminin yumşaldılmasından danışdı
06/08/2020 [16:40]:
“Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”- PREZİDENT
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
“Yol əhvalatı”nın “Mustafa”sı: “90-cı illərdən filmlərə çəkilmirəm, parkda nəzarətçi işləyirəm”
"Moody's" beş Azərbaycan bankının reytinqinə yenidən baxıb
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
Yubilyar kino xadimləri təbrik edilib
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
Baş nazirdən sərt karantinlə bağlı əlavə tədbirlər barədə QƏRAR
2000 il əvvəl zeytun yağı haqda bunlar yazılıb - İNANILMAZ FAKTLAR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin