2018-ci ildə Azərbaycanın elm sahəsində bir çox əlamətdar hadisələr olub

31/12/2018 [14:07] - Mədəniyyət (298)



Yola salmağa hazırlaşdığımız 2018-ci il Azərbaycanın elm sahəsində bir çox əlamətdar hadisələrlə yadda qaldı.

Trend-in məlumatına görə, bu ildə ölkədə ən böyük elm təşkilatçısı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezident və vitse-prezident vəzifələrinə seçkilərin keçirilməsi elm sahəsinin ən böyük hadisələrindən sayıla bilər.

Seçkilərin nəticələrinə əsasən, növbəti 5 il üçün AMEA-nın prezidenti vəzifəsinə qurumun bundan əvvəl də prezidenti olmuş akademik Akif Əlizadə seçilib. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Nərgiz Paşayeva, AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev və İradə Hüseynova isə növbəti 5 il üçün vitse-prezident vəzifələrinə seçiliblər. Beləliklə, bu il Akademiyanın vitse-prezidentlərin sayı 6-ya çatdırılıb.

Cari ilin ən mühüm hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı olub. Bu fərman Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyub.

Prezident fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulur. "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman reklam siyasətinə də yenidən baxmağı tələb edir.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyətinin mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacağı gözlənilir.

2018-ci ili gərgin keçən müzakirələri ilə yaddaşlarda saxlayan məsələlərdən biri də Azərbaycan dilinin orfoqrafiya qaydalarının yenidən hazırlanması ilə bağlı olub. İlkin variantda cəmiyyətə 69 maddə ilə təqdim edilən Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları layihəsində "İsgəndər", "əsgər", "alqı-satqı" kimi sözlərin yazılış qaydasının dəyişdirilməsi, qoşa “y” samiti ilə yazılan sözlərdə bir “y” samitinin ixtisar edilməsi, "Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması və s. müddəalar öz əksini tapsa da, bu təkliflərin hamısı qəbul edilmədi. Bir neçə ay davam edən gərgin müzakirələrdən sonra layihə Nazirlər Kabinetinə təqdim edilib.

Azərbaycan dilində sözlərin yazılışı üçün əsas baza hesab edilən bu qaydaların təsdiqlənməsi nəticəsində Azərbaycan dilindəki 100 mindən çox sözün maksimum 1000-nin orfoqrafiya qaydaları əsasında yenilənməsi tələb olunacaq.

Qaydalar təsdiqləndikdən sonra sonuncu dəfə 2013-cü ildə nəşr edilən orfoqrafiya lüğətinin yenidən çap edilməsi nəzərdə tutulur ki, bunun da 2019-cu ildə baş tutacağı təxmin edilir.

Cari ildə ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikasının yenidən yazılmasının vacibliyi məsələsi də gündəmə gəlib. Bu məqsədlə 2018-ci ildə Nəsimi adına Dilçilik İnstitutunda "Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanıb.

Bu il bir çox alimlərin əməkhaqlarının artırılması ilə bağlı da əhəmiyyətli addımlar atıldı. 2018-ci ilədək yalnız ali məktəblərdə çalışan dosent və professorların əməkhaqlarına elmi ada görə əlavələr edildiyi halda, "Elm haqqında" qanunun tətbiqi ilə əlaqədar bu ildən həmin əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.

Vidalaşmağa hazırlaşdığımız ilin ən maraq doğuran məsələlərindən biri də repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında iddiaların səslənməsi oldu. Bu məlumatların araşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən işçi qrup yaradıldı ki, bu qrupa da Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [14:24]:
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
22/02/2020 [13:51]:
Səfir: “Ötən il Küveytdən Azərbaycana 50 mindən çox turist gəlib”
22/02/2020 [13:50]:
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
22/02/2020 [13:17]:
Həbsxanada qiyam, ölənlər və yaralananlar var
22/02/2020 [12:59]:
Azər Qərib: “80 yaşımda deputat olmaq arzum yaransa…”
22/02/2020 [12:47]:
ABŞ “Patriot”un müvəqqəti olaraq Türkiyədə yerləşdirilməsinə qərar verməyib
22/02/2020 [12:35]:
Rusiya XİN rəhbəri niyə Tiflisə getmək istəmir?
22/02/2020 [11:54]:
ABŞ kəşfiyyatı Rusiyanın 2020-ci ildə Trampa yenə dəstək verəcəyini iddia edib
22/02/2020 [11:17]:
Tuhelin əvəzinə iki namizəd var: Alleqri və ya Sarri
22/02/2020 [10:47]:
Serj Sarkisyanı onun təyin etdiyi hakim mühakimə edəcək…
22/02/2020 [10:00]:
İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:54]:
“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimçilər üçün təlim keçirilib
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin