Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı 81.76% icra olunub

28/12/2018 [16:41] - Açıq hökümət (828)



Azərbaycan Açıq Hökumət Platforması  “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə  «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqinin  nəticələrini  təqdim  edib.  Monitorinq QHT-lərə Dövlət Dəstəyi Şurasın tərəfindən dəstəklənən layihə çərçivəsində aparılıb. 

Tədbirdə  Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin,  Milli Fəaliyyət Planında icraçı kimi nəzərdə tutulan dövlət orqanlarının əməkdaşları,  Platforma üzvləri, müstəqil ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri  iştirak edib.

Giriş nitqində  Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin rəhbəri Kamal Cəfərov bildirib ki, Azərbaycanda Beynəlxalq Açıq Hökumət Təşəbbüsü  çərçivəsində mühüm işlər həyata keçirilib.  Azərbaycanın əldə etdiyi naliyyətlər Beynəlxalq Açıq Hökumət Təşəbbüsü İdarə Heyəti  tərəfindən də vurğulanıb.  Azərbaycanın  Beynəlxalq Açıq Hökumət Təşəbbüsündə statusu saxlanılıb, bununla yanaşı ölkəmizə bir sıra tövsiyyələr də verilib.

K.Cəfərov Milli Fəaliyyət Planının icrası çərçivəsində elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsi,  əhaliyə, biznesə dövlət xidmətlərinin göstərilməsi,  bələdiyyə qulluğuna qəbul, ictimai iştirakçılıq,  maliyyə şəffaflığının təmin edilməsi, açıq məlumat bazalarının yaradılması,  korrupsiyaya qarşı mübarizə  sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar  və digər istiqamətlərdə həyata keçirilən tədbirlərin yüksək səmərə verdiyini diqqətə çatdırb.

O, Asan Xidmət Mərkəzlərində  rərhbər tutulan standartların digər dövlət orqanlarında tətbiqinə başlanılmasını əlamətdar hadisə kimi qeyd edərək, Asan Xidmət təcrübəsinin yayılmasının nümunəsi kimi vurğulayıb.

Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev  Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqinin  nəticələrini  təqdim  edib. Ə.Nuriyev qeyd edib ki,  monitorinq Milli Fəaliyyət Planınında (MFP)  nəzərdə tutulan 11 istiqamət üzrə qruplaşdırılmış 59 tədbirin icrasındakı irəliləyişlərin və problemlərin aşkar olunmasına fokuslanıb. Layihə ekspertləri Milli Fəaliyyət Planının bəndlərinin icrasında olan inkişaf və zəiflikləri təsvir edib və tövsiyyələri müəyyən edib.  Monitorinq MFP-nin orta icra göstəricinin 81.76%  olduğunu göstərib.

Ə.Nuriyev bildirib ki, “MFP ilə nəzərdə tutulan tədbirlərin icrası yaxın perspektivdə Açıq hökumət islahatlarının genişlənməsini şərtləndirəcək: “Dövlət orqanlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın artması, ictimai iştirakçılıq və nəzarət mexanizmlərinin  daha işlək olması, vətəndaşlara və biznesə dövlət  xidmətlərinin göstərilməsində,  ASAN Xidmət təcrübəsinin daha geniş arealı əhatə etməsinə nail olunmasında, ictimai vəsaitlərin səmərəli istifadəsi,  elektron xidmətlərin inkişaf etdirilməsi və bu istiqamətdə nəzarətin gücləndirilməsi  sahəsində irəliləyişlər, təkmilləşdirmə aparılması və novasiyaların tətbiqi üçün yeni imkanlar yaradıb”. 

Platforma koordinatoru qeyd edib ki,  MFP ilə nəzərdə tutulan tədbirlərin icrası dövlət orqanlarının, biznesin, vətəndaş cəmiyyətinin, ən vacibi isə vətəndaşların  gündəlik fəaliyyətində hiss olunmağa başlayıb: “Elektron xidmətlərin daha geniş tətbiqi,    “ASAN xidmət” Mərkəzlərinin uğurlu işi və əldə olunan təcrübənin digər sahələrdə istifadəsi, iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsi, kommunal xidmətlərin göstərilməsi, biznes subyektlərinin və vətəndaşların müraciətlərinə baxılması,  onlayn ödənişlər sisteminin inkişaf etdirilməsi sahəsində həyata keçirilən işlər  əhəmiyyətli  transformativ effekt verib”.

Platforma koordinatoru  MFP ilə həyata keçirilən tədbirlər multiplikativ effektə malik olmasını xüsusi olaraq diqqətə çatdıırb:  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri,  “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezident  sərəncamı ilə nəzərdə tutulan tədbirlərin səmərəli icrasına da töhfə verir.  Bu kontekstdə xüsusən elektron xidmətlərin inkişaf etdirilməsi,  özəl sektorda  korrupsiyaya qarşı mübarizə tədbirləri, Hasilat Sənayesində Şəffaflıq sisteminin yaradılması, “ASAN xidmət”  Mərkəzlərinin uğurlu işi və əldə olunan təcrübənin digər sahələrdə istifadəsi qeyd edilə bilər”.

Ə.Nuriyevin təqdimatında MFP-nin icrasındakı zəif çəhətlər də vurğulanıb:  “Bu vəzifəli şəxslərin  maliyyə xarakterli məlumatları  təqdim etməsi ilə bağlı mexanizmin yaradılmaması, “Maraqlar toqquşması haqqında” qanunun, “Rəqabət Məcəlləsi”nin  qəbul olunmaması,  dövlət orqanları və dövlət şirkətləri, səhmlərində dövlət payı olan şirkətələrin maliyyə şəffaflığının təmin edilməsi üçün işlək mexanizmlərin tətbiq edilməməsi, informasiya əldə edilməsi haqqında qanunun tətbiqi, ictimai iştirakçılıq mexanizmlərinin  daha geniş tətbiqi ilə əlaqədar   çətinliklərin qalmasıdır”.

Platforma koordinatoru MFN-nin icarsı ilə əlaqədar statistik göstəriciləri də  açıqlayıb: “Monitorinqin nəticələrinə əsasən MFP-nin orta icra göstəricisi 81.76% təşkil edir.  MFP-də 2 istiqamət üzrə (3, 7)  100%  nəticə əldə edilib. istiqamətin heç biri üzrə 50%-dən aşağı icra göstəricisi qeydə alınmayıb.  6  istiqamət üzrə 80%-dən çox nəticə əldə edilib. 1.6, 2.2, 5.2, 5.4, 6.1.1, 8.2, 9.3. 11., 11.6  bəndləri  üzrə daha aşağı irəliləyiş nəzərə   çarpır. MFP-nin 59 bəndindən 15 bənd üzrə  50%  və ondan aşağı nəticə qeydə alınıb”.

Təqdimat zamanı layihə ekspertləri MFP-nin hər bir istiqaməti ilə bağlı detallı tövsiyyələri də təqdim ediblər. Eyni zamanda növbəti Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı fikirlər səsləndirilib.

Nəticələrin təqdimatdından sonra  dövlət orqanları nümayəndələri, QHT təmsilçiləri,  müstqəil  ekspertlər  öz  qeydlərini,  təkliflərini  səsləndiriblər.

Ə.Nuriyev təkliflərə görə təşəkkür edib və qısa müddət ərzində Monitorinq Hesabatının çap olunacağını və Açıq Hökumət Platformasının saytında yerləşdiriləcəyini  bildirib.
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
Xəbər lenti
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
23/05/2019 [17:06]:
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
23/05/2019 [16:59]:
İzmirdə 8 PKK terrorçusu saxlanıldı
23/05/2019 [16:25]:
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23/05/2019 [15:42]:
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə yeni nümayəndəsi təyin olunub
23/05/2019 [15:38]:
Türkiyə İrandan qaz idxalını dayandırıb
23/05/2019 [15:21]:
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23/05/2019 [14:53]:
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
23/05/2019 [14:46]:
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
23/05/2019 [13:57]:
Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə
23/05/2019 [13:21]:
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
23/05/2019 [13:04]:
Dini eksremizm təhdidləri və onların qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolu
23/05/2019 [12:34]:
İstanbulda bələdiyyə seçkisinin nəticələrinin ləğvinin səbəbi - rəsmi
23/05/2019 [11:44]:
Əməkdar artist vəfat etdi
23/05/2019 [10:22]:
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib
23/05/2019 [00:41]:
İsgəndər Həmidov həbs oluna bilər - əməliyyat
23/05/2019 [00:02]:
İlham Əliyev 2 fərman, 6 sərəncam imzaladı - yenilənib
22/05/2019 [23:52]:
Terrorçular Suriyada əsas şəhərlərdən birini tutdular
22/05/2019 [23:14]:
Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 3 dəfə artıb
22/05/2019 [22:23]:
İstanbul-Ankara təyyarəsi dirəyə çırpıldı
22/05/2019 [21:35]:
Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçəcəklər
22/05/2019 [20:46]:
Azərbaycanlı gənc Londonda dünyanın ən yaxşı natiqi seçilib
22/05/2019 [20:03]:
I və IV ixtisas qruplarda qəbul imtahanlarının nəticələri açıqlanıb
22/05/2019 [19:58]:
Axtarışda olan 19 nəfər saxlanıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev icra başçılarının yerini dəyişdi - siyahı
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin