Fədayə Laçın apellyasiya şikayəti verəcək

27/12/2018 [11:37] - Cəmiyyət (305)



Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazıdır.

Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, müvəkkilinə ağır cəza verilib: “Biz hökmlə razı deyilik. Hələ ki hökmü almamışıq. Hökmü alandan sonra apellyasiya şikayəti verəcəyik. Yəqin ki qərarı yeni ildə alacağıq. Hökm alınandan sonra apellyasiya şikayəti hazırlayıb məhkəməyə təqdim edəcəyik”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Cnayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
23/09/2020 [19:50]:
Baş Nazir iclas keçirdi
23/09/2020 [19:12]:
“AzGold”un rəhbəri həbs edildi
23/09/2020 [18:33]:
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
23/09/2020 [18:29]:
3 yeni yarımstansiya tikilir
23/09/2020 [18:13]:
Qulamhüseyn Əlibəyli: Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır
23/09/2020 [17:42]:
İlham Əliyev və xanımı Balaxanıya getdi
23/09/2020 [17:42]:
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
23/09/2020 [17:20]:
Daha 146 nəfər COVID-19-a yoluxub
23/09/2020 [16:40]:
Pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
23/09/2020 [16:16]:
Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”
23/09/2020 [16:00]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [15:38]:
“Atletiko”nun hücumçusu “Yuventus”a keçib
23/09/2020 [14:22]:
“Oyaq gözəl” yenidən səhnədə
23/09/2020 [13:40]:
Beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edilib
23/09/2020 [13:33]:
R.Colville: "Qurbanların və ailələrinin ədalət, həqiqət və təzminat hüququ var"
23/09/2020 [13:31]:
Səhər yeməyi üçün ən təhlükəli qidalar bunlardır
23/09/2020 [12:39]:
ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
23/09/2020 [12:10]:
Azərbyacan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
23/09/2020 [11:42]:
Neymar yapon futbolçunu təhqir edib
23/09/2020 [11:16]:
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
23/09/2020 [10:47]:
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
23/09/2020 [10:31]:
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Şəkidəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunur
Avropa Liqasında 42 oyun keçirilib
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin