"Keçmiş icra məmuru özünə yalandan toy edib pul yığıb" - məhkəmə işi

24/12/2018 [15:21] - Cəmiyyət (448)



Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan keçmiş icra məmurunun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmiş Nailə Piriyeva ifadə verib. O, qızıl alveri ilə məşğul olduğunu, Asif Məmmədovu Binəqədi Rayon Polis İdarəsindən tanıdığını deyib. Zərərçəkmişin ifadəsinə görə, həmin ərəfədə ona qarşı dələduzluq olunduğundan Binəqədi Rayon Polis İdarəsinə müraciət edib: "Bu işi araşdırmağı Asif Məmmədova tapşırdılar. Asif dedi ki, müstəntiq köməkçisidir. İşi araşdırdı, razı qaldıq. Amma sonradan özü mənə qarşı dələduzluq etdi".

Təqsirləndirilən şəxslə zərərçəkmiş arasında yaranan tanışlıq sonradan ailəvi dostluğa çevrilib, bir-birilərinin evlərinə ayaq açıblar: “Mən Asifə oğlum, o da mənə ana deyirdi".

N.Piriyeva ifadəsində ilk dəfə Asif Məmmədova oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəltmək üçün 15 min manat verdiyini deyib. "Əvvəl dedi “alınmadı”. Sonra yazdı ki, “iş həll olunur, özüm də ora düzəlmək istəyirəm”. Buna görə məndən əlavə olaraq 8 min dollar pul istədi. Həmin pulla da özü işə düzələcəkdi. Oğlum razılaşmadı. Sonra notarial qaydada pulu Asifə verdik. Bunu təsdiq edəcək subutlar var”.

Prosesdə Asif Məmmədovla zərərçəkmiş arasında mübahisə yaranıb. Bir-birilərinn ünvanına xoşagəlməz ifadələr səsləndiriblər. A.Məmmədov zərərçəkmişin yalan danışdığını bildirib: "Dəfələrlə fərqli ifadələr verib. Gah deyir oğlunu Maliyyə Nazirliyinə, gah İqtisadiyyat Nazirliyinə, gah da Prezident Administrasiyasına işə düzəldəcəyimi demişəm. Ondan sadəcə borca pul almışam. Başqa nə deyirsə, hamısı yalandır".

N.Piriyeva isə məhkəmədə A.Məmmədovun unikal dələduzluğunun üstünü açıb. O, A.Məmmədovun yalandan özünə toy edərək pul yığdığını söyləyib. Hətta bu işdə ona köməklik etdiyini də gizlətməyib: "Münasibətimiz çox yaxşı idi. Anası Mirvari xanımla da tanış olmuşduq. Bir gün anası dedi ki, Asifə qız tapım. Mənə dedi ki, yalandan toy edib pul yığmaq istəyirlər. Belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil edə biləcəklərini söylədim. Ağıllarına batdı, razılaşdılar. Asif Ədliyyə Nazirliyində, polis idarəsində tanıdığı hər kəsi toya çağırmışdı. Restoranda ancaq kişilər idi. Anası, mən və daha 6 nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar toy edib pul yığdılar".

Məhkəmə prosesi dekabrın 25-də davam edəcək.

İttihama görə, A.Məmmədov Ələkbər Zeynalov və Naibə Piriyevanı aldadaraq onlara qarşı dələduzluq edib, pullarını alıb. A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin