Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib

20/12/2018 [12:59] - Mədəniyyət (212)



Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və “Vaqif” fondunun təşkilatçılığı ilə bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirildi.

Trend-in məlumatına görə, Vaqif Mustafazadə Azərbaycan tarixində ən məşhur və uğurlu caz ifaçısı, cazda yeni istiqamət yaradan azərbaycan caz-muğamının banisidir. O, həm də müxtəlif ansamblların yaradıcısı olaraq Gürcüstanda Dövlət Filarmoniyasının nəzdində “Qafqaz” caz üçlüyünü, Bakıda isə "Leyli" (1970), "Sevil" (1971), "Muğam" (1977) vokal-instrumental ansambllarını yaratmışdır.

Zəngin şərq koloritli orijinal kompozisiyaları və muğamla cazın qarışıgı olan gözəl improvizasiyaları ilə tanınan Vaqif Mustafazadə hələ sağ ikən canlı əfsanəyə çevrilmişdi. Onun yaradıcılığı həm Vətənimizdə, həm də xaricdə yüksək qiymətləndirilir.

Qeyd edək ki, bu konsertin biletləri konsertin təsdiq edildiyindən bir neçə gün sonra artıq satılmışdı. Sözsüz ki, bu, musiqisevərlərin Vaqif yaradıcılığına sevgilərinin göstəricisidir.

İlk dəfə idi ki, konsert yalnız Vaqif Mustafazadənin əsərlərindən ibarət idi.

Lakin kiçik bir istisna oldu, gecənin əvvəlində xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin müşayiəti ilə BMA-nın müəllimi Gülsüm Eldarovanın ifasında özü bəstələdiyi "Vaqifə ithaf" kompozisiyası səsləndi.

Gecədə tanınmış caz ifaçıları çıxış etdilər. BMA kamera orkestrinin müşayiəti ilə Vaqif Mustafazadə caz məktəbinin müvəffəq davamçısı olan Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı, virtuoz pianoçu Emil Afrasiyab Vaqifin “Orkestr ilə fortepiano üçün konsert”ini ifa etdi.

Cazsevərlərin sevimlisi Cavan Zeynallı çıxış edərək məşhur caz improvizasiyalarını ifa etdi.

Həm ölkədə, həm də xaricdə tanınan məşhur musiqiçi İsfar Sarabskinin ifası gurultulu alqışlarla qarşılandı.

Beynəlxalq və respublika müsabiqələrinin laureatları Ceyhun Əzizov və Suadə Hacızadə, əməkdar artist Ruslan Hüseynov, gənc, istedadlı musiqiçilər Elbəy Məmmədzadə, Seymur Həsənsoy, Nurlan Abdullazadə, Elvin Bəşirov və Rəna Talıbovanın bədii rəhbərliyi altında “Sevil” vokal ansamblı çıxış edərək tamaşaçıları öz ifaları ilə heyran etdilər.

Gecənin aparıcısı Azərbaycan Milli Konservatoriyasının müəllimi, caz şərhçisi Tofiq Həsənsoy idi.
Konsert gur alqışlarla tamamlandı.
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
İyulun 21-ə hava proqnozu
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
İnzibati-İqtisad Məhkəmələri ləğv edilib, yeni məhkəmələr yaradılıb - siyahı
Azərbaycan voleybolçuları Rusiyaya uduzub
Xəbər lenti
21/07/2019 [23:56]:
"Volvo" 500 min avtomobilini geri çağırır
21/07/2019 [22:48]:
“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub
21/07/2019 [21:09]:
İyulun 22-ə hava proqnozu
21/07/2019 [19:37]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
21/07/2019 [17:59]:
Erməni əsgərin postda meyiti tapılıb
21/07/2019 [16:18]:
Azad Rəhimov: Bakıdakı Avropa festivalına gələnlər xərclərini özləri ödəyirlər
21/07/2019 [14:43]:
Britaniya İrana qarşı sanksiyalar hazırlayır
21/07/2019 [13:36]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb
21/07/2019 [11:47]:
İstanbulda əməliyyat: 217 nəfər saxlanıldı
21/07/2019 [10:21]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
20/07/2019 [23:24]:
İyulun 21-ə hava proqnozu
20/07/2019 [23:15]:
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb
20/07/2019 [23:13]:
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
20/07/2019 [22:37]:
ADA Universitetinə qəbul qaydaları dəyişdi
20/07/2019 [20:58]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [19:53]:
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
20/07/2019 [19:26]:
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
20/07/2019 [19:13]:
Universiada qaliblərini mükafatlandırıldı
20/07/2019 [18:16]:
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20/07/2019 [17:54]:
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat başa çatıb
20/07/2019 [16:12]:
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
20/07/2019 [14:47]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [13:28]:
Azərbaycanda qızıl bahalaşıb
20/07/2019 [11:49]:
Elmar Məmmədyarov Çinin Azərbaycandakı yeni səfirini qəbul edib
20/07/2019 [10:33]:
“Qəbələ”nin Avropa Liqasındakı rəqibi müəyyənləşdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
İmişlidə məktəb daxmada yerləşir - fotolar
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
İnvestisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid - təhlil
"Keşikçi dağ"-da Azərbaycanın sərhəd naryadına qarşı insident törədilib - yenilənib
Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - təhlil
Saakaşvili Azərbaycan və gürcü xalqlarına müraciət etdi
Vətəndaş mədəniyyətinin təbliği - layihə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin