Azərbaycanda ən çox hansı sosial şəbəkədən istifadə olunur?- “YouTube”, “Instagram”, “Facebook"...

20/12/2018 [09:56] - Cəmiyyət (195)



“Kaspersky Lab” şirkəti Azərbaycanın internet istifadəçiləri arasında ən məşhur sosial şəbəkəni və istifadəçilərin hesabların sındırılması ilə nə qədər rastlaşdığını müəyyən edib.

Şirkətdən “Finans.az”a verilən məlumata görə, Azərbaycanda internet istifadəçilərinin 97%-i müntəzəm olaraq “YouTube”a daxil olur.

İstifadəçilər arasında daha sonra populyarlığına görə “Instagram” (84%), “Facebook” (81%), “Mail.ru” (52%), “Google+” (48%), “Vkontakte” (24%), “LinkedIn” (20%), “Twitter” (19%) və “Odnoklassniki.ru” (14%) şəbəkələri yer alıb.

Messencer xidmətlərinə gəldikdə isə, Azərbaycan istifadəçiləri arasında daha çox “WhatsApp” (97%) populyardı. Daha sonra “Facebook Messenger” (73%), “Skype” (53%), “Agent Mail.ru” (25%), “Viber” (20%), “Twitter” (19%), “Vkontakte” (19%) və “Telegram” (16%) gəlir. Maraqlısı odur ki, sorğu istifadəçilərinin 74%-i yazışma üçün ənənəvi olaraq SMS-i seçir.

Təəccüblü deyil ki, internetdə bu cür fəallıq nəticəsində bəzi istifadəçilər kibertəhdidlərdən əziyyət çəkir. “Kaspersky Lab” müəyyən edib ki, təxminən hər onuncu istifadəçi hesabların sındırlması ilə qarşılaşıb. Bununla belə, əksər hallarda (78%) cinayətkarlar hesabları sosial şəbəkələrdə sındırıb.

“İndiki dövrdə kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün müxtəlif alətlər yaradır, onlardan istifadə edir, funksionallığını daim dəyişir və genişləndirirlər ki, bu da onlara istifadəçilərin məxfi məlumatlarını daha tez əldə etməyə imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır”, – deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Araşdırma onu da göstərib ki, sorğuda iştirak edənlərin 42%-i kibertəhlükəsizlik haqqında yalnız ümumi, 32%-i isə məhdud biliyə malikdir, halbuki respondetlərin 16%-i kibertəhdidlərdən qorunmaq üçün kifayət qədər məlumatlıdır.
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Xəbər lenti
17/11/2019 [18:34]:
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
17/11/2019 [17:42]:
Çaylarda sululuq səviyyəsi dəyişdi
17/11/2019 [16:27]:
ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
17/11/2019 [15:53]:
Daha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıb
17/11/2019 [15:30]:
Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub
17/11/2019 [14:25]:
Belarusda parlament seçkiləri keçirilir
17/11/2019 [13:48]:
Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib
17/11/2019 [13:19]:
Türkiyə Andorra ilə üz-üzə gələcək
17/11/2019 [12:42]:
İraq İranla sərhəd keçidini bağladı
17/11/2019 [12:22]:
Honkonqda etiraz aksiyaları artıq 6 aydır ki, davam edir
17/11/2019 [11:42]:
Hindistan ballistik raketi sınaqdan keçirib
17/11/2019 [11:18]:
Siqaret kötüyünü yerə atanlar 200 avro cərimələnəcək
17/11/2019 [10:35]:
İdmançımız beynəlxalq turnirin qalibi oldu
17/11/2019 [10:00]:
Füzulidə hərbi təyinatı olmayan metal əşya aşkarlanıb
17/11/2019 [09:46]:
Birinci vitse-prezident Mehriban Əliyeva xalqı təbrik edib
16/11/2019 [23:59]:
Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib
16/11/2019 [22:17]:
Azərbaycan və Uels komandalarının start heyətləri açıqlanıb
16/11/2019 [21:31]:
İraqda İŞİD-in iki lideri məhv edilib
16/11/2019 [21:26]:
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
16/11/2019 [20:23]:
AQTA-nın əməkdaşları vəzifədən azad olundular
16/11/2019 [19:36]:
Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş sərgi açılıb
16/11/2019 [19:22]:
SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
16/11/2019 [18:34]:
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub
16/11/2019 [17:25]:
Baş məşqçiyə içərisində güllə olan anonim məktub göndəriblər
16/11/2019 [16:44]:
Etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlandı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq! - layihə
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin