Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdən sonra açıldı

18/12/2018 [17:30] - Gündəm (194)



Səhiyyə sahəsindəki islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı təmirdən sonra açılışını qeyd edirik. Bu münasibətlə institutun kollektivini ürəkdən təbrik edirəm. Bu gözəl hadisə münasibətilə bütün xalqımızı təbrik edirəm. Çünki bu institutun Azərbaycanda xüsusi yeri vardır. Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəzinin yenidənqurmadan sonra indi ikinci həyatı başlayır. Mən indi buradakı stendlərdə binanın əvvəlki vəziyyəti, tikinti zamanı çəkilmiş şəkilləri ilə tanış oldum. Onlar çox böyük maraq doğurur. Hələ 1925-ci ildə institutun tikintisi ilə bağlı müvafiq göstəriş verilmişdir. Bu institut 100 ilə yaxın müddət ərzində Azərbaycan sakinlərinə xidmət göstərmişdir. Siz – burada işləyənlər yaxşı bilirsiniz ki, bu institutun ölkəmizin səhiyyə sistemində xüsusi yeri var. Bilirəm, təmir zamanı vətəndaşlar gözləyirdilər ki, bu institut tezliklə açılsın və onun imkanlarından istifadə olunsun. Əlbəttə ki, bu gün burada yaradılan müasir şərait ən yüksək standartlara cavab verir. Həm təmir-tikinti işləri çox böyük peşəkarlıqla, zövqlə aparılıb, həm də burada quraşdırılan müasir avadanlıq, əlbəttə, xəstələrə ən yüksək səviyyəli xidmət göstərəcəkdir. Bu gün öz sağlamlığını bərpa etmək istəyənlər mütləq buraya gəlib şəfa tapacaqlar”.

İlham Əliyev vurğulayıb ki, bu institutun binası həm də çox gözəl memarlıq abidəsidir. Binanın həm xarici görünüşü, həm daxili dizaynı göz oxşayır: “İnstitutun sahəsi də çox böyükdür, 14 min 600 kvadratmetr sahədə yerləşir. Yenə də demək istəyirəm ki, burada ən yüksək səviyyədə xidmət göstəriləcəkdir. Bu, bir daha ölkəmizin səhiyyə sahəsinə göstərdiyi diqqətin təzahürüdür. Bu, bir daha onu göstərir ki, insanların sağlamlığı bizim üçün ən əsas vəzifədir. Təsadüfi deyil ki, son 15 il ərzində təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib, bax, bu səviyyədə təmir olunub. Bu gün ölkəmizin istənilən yerində yüksək keyfiyyətli tibbi xidmət almaq mümkündür. Demək olar ki, mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesi başa çatır, bir neçə xəstəxana öz açılışını gözləyir”.

Prezident əmin olduğunu bildirib ki, yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq: “Bu, ölkəmizin səhiyyə sisteminə verilən çox böyük töhfədir. Çünki bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Əgər buna nail olmasaydıq, əgər səhiyyə sahəsinin maddi-texniki bazasını yaratmasaydıq, biz bu gün apardığımız siyasəti apara bilməzdik. Çünki bu gün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Bildiyiniz kimi, son illərdə bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir və aşkar edilən xəstəliklər müalicə olunur. Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir. Mən dəfələrlə bildirmişdim ki, Azərbaycan vətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlar həyatda öz əksini tapır. Xüsusilə nəzərə alsaq ki, hər bir yerdə müayinədən keçmək üçün şərait var və 5 milyondan çox insanın bu imkanlardan istifadə etməsi bizim siyasətimizin qələbəsidir”.

Dövlət başçısı deyib ki, ölkəmizdə bu sahədə aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: “BMT-nin Minilliyin İnkişaf Məqsədləri Proqramı çərçivəsində, o cümlədən səhiyyə sahəsində aparılan işlər yüksək qiymətə layiqdir. Həmçinin Dünya Səhiyyə Təşkilatı bizim işimizi yüksək qiymətləndirir. Bir sözlə, bu sahədə aparılan islahatlar və dövlət tərəfindən qoyulan vəsait öz nəticəsini verir. Nəticə də ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam həyat tərzi sürsün, pis vərdişlərdən uzaq olsun. Sağlamlığı təmin və bərpa etmək üçün Azərbaycanda bütün şərait var. Bir daha demək istəyirəm ki, bu institutun yenidən fəaliyyətə başlaması bu sahədə atılan çox önəmli addımdır.

Mən sizi bu gözəl hadisə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram, sağ olun”.
Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biri olub- Qüdrət Həsənquliyev
Mərkəzi Bankın şübhəli tenderi
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
"Volvo" 500 min avtomobilini geri çağırır
Erməni əsgərin postda meyiti tapılıb
Xəbər lenti
22/07/2019 [11:38]:
Çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər xilas edildi
22/07/2019 [10:27]:
Gürcüstanda erməni kilsəsi qarət olunub
22/07/2019 [01:27]:
Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını qoyanlardan biri olub- Qüdrət Həsənquliyev
22/07/2019 [01:01]:
Mərkəzi Bankın şübhəli tenderi
22/07/2019 [00:00]:
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21/07/2019 [23:56]:
"Volvo" 500 min avtomobilini geri çağırır
21/07/2019 [22:48]:
“Qəbələ” və “Neftçi”nin III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub
21/07/2019 [21:09]:
İyulun 22-ə hava proqnozu
21/07/2019 [19:37]:
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib
21/07/2019 [17:59]:
Erməni əsgərin postda meyiti tapılıb
21/07/2019 [16:18]:
Azad Rəhimov: Bakıdakı Avropa festivalına gələnlər xərclərini özləri ödəyirlər
21/07/2019 [14:43]:
Britaniya İrana qarşı sanksiyalar hazırlayır
21/07/2019 [13:36]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb
21/07/2019 [11:47]:
İstanbulda əməliyyat: 217 nəfər saxlanıldı
21/07/2019 [10:21]:
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır
20/07/2019 [23:24]:
İyulun 21-ə hava proqnozu
20/07/2019 [23:15]:
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb
20/07/2019 [23:13]:
Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
20/07/2019 [22:37]:
ADA Universitetinə qəbul qaydaları dəyişdi
20/07/2019 [20:58]:
İran Fars körfəzində Britaniyanın neft tankerini saxlayıb
20/07/2019 [19:53]:
Media ilə iş bacarıqları- Orta məktəblər bu məsələdə nəyi necə etməlidirlər?- 2-ci yazı
20/07/2019 [19:26]:
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
20/07/2019 [19:13]:
Universiada qaliblərini mükafatlandırıldı
20/07/2019 [18:16]:
İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20/07/2019 [17:54]:
Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat başa çatıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
İmişlidə məktəb daxmada yerləşir - fotolar
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
"Keşikçi dağ"-da Azərbaycanın sərhəd naryadına qarşı insident törədilib - yenilənib
Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - təhlil
Saakaşvili Azərbaycan və gürcü xalqlarına müraciət etdi
Vətəndaş mədəniyyətinin təbliği - layihə
166 nəfəri öldürən terrorçu ələ keçdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin