Siyavuş Novruzov Putinin dostunu hədəfə aldı: Professordur-nədir, bilmirəm...

18/12/2018 [13:59] - Siyasət (654)



“Rusiyada yaşayan bəzi azərbaycanlılar dövlət başçısının, Milli Məclisin apardığı işi, dostluq münasibətləri ilə bağlı atdığı addımları öz adlarına çıxırlar. Hansı ki, barmağı barmaq üstünə qoymayıblar... O adamlar indiyədək heç bir iş görməyiblər. Azərbaycanın ayrı-ayrı mətbuat orqanlarına müsahibə verməklə özlərini qəhrəman kimi göstərmək istəyirlər”.

Belə bəyanatla Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

Təxmin etmək çətin deyil ki, hakim partiyanın rəhbərlərindən biri bu sözləri özünü hüquq professoru kimi təqdim edən, Rusiyada çoxsaylı kommersiya daşınmaz əmlaka və iri biznesə sahib olan (ilin əvvəlində həmin aktivləri kürəkəninin adına keçirib)  İlham Rəhimovu nəzərdə tutur. Çünki İlham Rəhimov az qala hər həftə yerli qəzetlərdən birinə iri müsahibələr verərək gah Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki rolu barədə lovğalanır, gah Qarabağ məsələsinin həlli yolları barədə nəzəriyyələr irəli sürür.

“Biri var, heç tanımıram, professordur-nədir, bilmirəm, az qala hər gün müsahibə verir ki, Rusiya ilə əlaqələrin qurulmasında rolu olub... O adamın Rusiya mediasında Azərbaycanla bağlı yarım səhifəlik yazısı çıxıbmı? O, Rusiyada Azərbaycan diasporunun qeydiyyata alınmamasını Milli Məclisin üzərinə atır. O, özü heç bir işlə məşğul olmur. Azərbaycan Milli Məclisinin nümayəndələri zaman-zaman Rusiyada mühüm tədbirlər keçirəndə, sən harada idin? O iddia edir ki, deputatlar onun fəaliyyətindən xəbərsizdirlər. Parlament kimin nə iş gördüyünü yaxşı bilir və qiymətləndirir. Rusiya ilə ən yaxşı dostluq münasibətləri prezidentlər, xalqlar və parlamentlər arasındadır. Burada kimsə su bulandırmağa cəhd göstərməsin” – Siyavuş Novruzov çıxışında bildirib.

İstiqlal.az xatırladır ki, İ.Rəhimov Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostudur.
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Deputat oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir - iddia
Xəbər lenti
13/11/2019 [20:40]:
İtaliya və Almaniya Avropa İttifaqını miqrantların paylaşdırılması paktına qoşulmağa çağırır
13/11/2019 [19:12]:
Avtomobil idxalına gömrük rüsumlarının tətbiqi təxirə salınacaq
13/11/2019 [18:27]:
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
13/11/2019 [17:34]:
Paşinyan: "Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur”
13/11/2019 [16:44]:
Gimnast məşq zamanı dünyasını dəyişib
13/11/2019 [16:18]:
Dünyanın ən məşhur robotları Bakıya gələcək
13/11/2019 [16:07]:
Prezident İlham Əliyev Cavid Qurbanovu qəbul edib
13/11/2019 [15:53]:
Azərbaycan idmançıları dünya çempionatında 20 medal qazanıblar
13/11/2019 [15:21]:
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
13/11/2019 [15:16]:
Dövlət başçısı Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib
13/11/2019 [15:06]:
Prezident İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
13/11/2019 [14:52]:
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
13/11/2019 [14:47]:
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü Moskvada keçiriləcək
13/11/2019 [14:31]:
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
13/11/2019 [13:54]:
"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib
13/11/2019 [13:27]:
Quru Nanak Dev - “tək Allah” ismarıcını yayan insan
13/11/2019 [13:20]:
İspaniya Superkuboku ilə bağlı narazılıq yaranıb
13/11/2019 [12:58]:
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
13/11/2019 [12:40]:
Lavrov: "Məqsəd Suriyanın bu hissəsini qoparmaqdır"
13/11/2019 [12:22]:
Quba sakini dəm qazından boğularaq ölüb
13/11/2019 [11:53]:
Nəsimi məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına yola düşdülər
13/11/2019 [11:44]:
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək
13/11/2019 [11:17]:
Gəncə və Şirvanda 32 mənzil şəhid ailələri və əlillərə təqdim edildi
13/11/2019 [10:41]:
Məktəblilər növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edirlər
13/11/2019 [10:37]:
Azərbaycan karateçiləri beynəlxalq turnirdə iki medal qazanıblar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Noyabrın 12-də piket keçiriləcək? - BŞİH-dən cavab
Yeməkdən sonra bunları etmək ziyandır
BƏƏ naziri Bakıya gəlir
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı
Maddi sıxıntısı olan 22 yaşlı tələbə özünü yandırdı
Səfirlik: “Hindistan Konstitusiyası bütün dini icmaların bərabər inam, etiqad və ibadət azadlıqlarına təminat verir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin