Göyçayda deputatın 6 villasına görə 50 ev sökülür - şikayət

18/12/2018 [09:57] - Gündəm (350)



“AzPolitika”Göyçay sakini, H.Hacıyev küçəsi ev 31 ünvanında yaşayan Həsənov Seyran Əmirəslan oğlu Milli Məclis üzvü Elxan Süleymanova aid villaların rayon əhalisinə ciddi problemlər yaratdığını iddia edir.

Eyni zamanda, ölkə başçısına da müraciət ünvanlayan S.Həsənov deputatın düz Göyçay çayının ortasında 6 villa inşa etdirdiyini və bu villalar səbəbindən yerli əhalinin yaşadığı 50-yə yaxın evin sökülmə təhlükəsilə üz-üzə qaldığını bildirir: “Elxan Süleymanov bir neçə il bundan əvvəl Göyçay çayının düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Həmin villaları elə inşa ediblər ki, nəticədə Göyçay çayı məcrasından çıxaraq, həyatyanı sahələrə düşüb”.

S.Həsənov hətta iddia edir ki, Elxan Süleymanovun villaları inşa edilən zaman çayın hövzəsi daraldılıb və bu da barəsində danışılan problemin yaranmasına, eyni zamanda Göyçay çayı üzərindəki körpünün uçmasında ciddi rol oynayıb. Şikayətçi iddia edir ki, E.Süleymanov həmin villaların təhlükəsizliyi xatirinə çayın məcrasını dəyişdirməyə çalışır: “İndi həmin villalar uçmasın deyə Elxan Süleymanov çayın məcrasını dəyişdirmək üçün əl-ayağa düşüb. O, istəyir ki, Göyçay çayının məcrası villalar olan yerdən dəyişdirilərək, bizim yaşadığımız əraziyə salınsın. Bu səbəbdən 50-dən çox evin sökülməsi gözlənilir.”

Şikayətdə qeyd olunur ki, sözügedən 50 evdə 300-dək rayon sakini yaşayır və deputatın 6 villasına görə, bu qədər insanın yaşayış yerindən məhrum edilməsi böyük haqsızılıq və ədalətsizlik olar: “Bu evləri bizim ata-babalarımız halal zəhmətlə inşa ediblər, bura bizim ata yurdumuzdur. Burada 300 nəfərdən çox insan yaşayır. Elxan Süleymanovun isə belə villaları Azərbaycanın çox yerində var. Demək olar ki, o, buraya ildə bir dəfə gəlir. Biz isə kasıb insanlarıq, öz zəhmətimizlə qazandığımız qəpik-quruşla ailəmizi güclə dolandırırıq”.

Göyçay sakini bildirir ki, kasıb-kusuba aid 50 evin sökülməsindənsə, deputatın villalarını sökmək daha düzgün və çayın gələcəkdə yeni fəsadlar törətməsinin qarşısını almaq üçün daha əhəmiyətli olardı: “Deputat Elxan Süleymanov yaxın günlərdə evlərimizin sökülməsi məsələsini gündəmə gətirmək istəyir. Göyçay çayının hövzəsindəki problemin kökü bu deputatın qanunsuz inşa etdirdiyi 6 möhtəşəm villada axtarılmalıdır. Belə ki, məhz həmin villalar inşa edilən zaman Göyçay çayının hövzəsi daraldılıb. Bunu ekspert rəyi omadan, adi gözlə baxanda da aydın görmək olur”.

Sonda bir daha ölkə başçısına müraciət edən S.Həsənov deputatın villaları ucbatından yüzlərlə sakinin evsiz qalmasına imkan verilməməsini xahiş edir: “Elxan Süleymanovun qanunsuz inşa etdirdiyi 6 villa biz göyçaylılara qənim kəsilib. Xahiş edirik ki, həmin villaların sökülməsinə göstəriş verəsiniz” (“AzPolitika”)
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
20/11/2019 [23:59]:
Şəmkirdə yanğın olub
20/11/2019 [22:47]:
Əfqanıstanda hərbi bazaya hücum olub, ölənlər var
20/11/2019 [20:50]:
Tramp: "Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər"
20/11/2019 [19:22]:
60-a yaxın uşaq bağırsaq virusuna yoluxdu
20/11/2019 [18:37]:
Çində nəhəng külək generatoru hazırlanıb
20/11/2019 [18:32]:
Mehriban Əliyeva Rusiyaya səfər edib
20/11/2019 [17:55]:
Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb
20/11/2019 [17:42]:
Apple ilin 3-cü rübünə olan gəlirini açıqladı
20/11/2019 [16:22]:
PKK Suriyada məktəbi bombaladı
20/11/2019 [16:00]:
Şəhərin bərpa-təmir işlərinə 65 milyon avro ayrılacaq
20/11/2019 [15:40]:
Prezident: "Ölkə ərazisində İŞİD terrorçuları tamamilə məhv edilib"
20/11/2019 [15:25]:
Azərbaycanda ölüm səviyyəsi azalıb
20/11/2019 [14:47]:
Müəllif hüquqlarını pozan sayt sahibi 400 min avro cərimələndi
20/11/2019 [14:19]:
Hindistanda musson mövsümündə 2400-ə yaxın insan həlak olub
20/11/2019 [13:48]:
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
20/11/2019 [13:44]:
Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
20/11/2019 [13:43]:
Beynəlxalq Diplomatik Xeyriyyə Bazarında Azərbaycan da təmsil olunacaq
20/11/2019 [13:23]:
Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar 3% artıb
20/11/2019 [12:50]:
Mikayıl Cabbarova yeni vəzifə verilib
20/11/2019 [12:40]:
İran ölkəyə istənilən hücumun qarşısını almağa hazır olduğunu bəyan edib
20/11/2019 [12:22]:
“Yuventus” Bonuççi ilə yeni müqavilə imzalayıb
20/11/2019 [11:44]:
Əhalinin sayı açıqlanıb
20/11/2019 [11:15]:
Qasırğa 5400 insanı evindən etdi
20/11/2019 [10:34]:
Sədr: "Yaşıl dəhliz" sisteminin tətbiqi biznesin inkişafına münbit şərait yaradıb"
20/11/2019 [10:00]:
Azərbaycan yığması Qazaxıstana uduzub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - FOTOLAR
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin