DTX və DSX birgə əməliyyat keçirib – Saxlanılanlar var

17/12/2018 [18:16] - Gündəm (273)



Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində təd­birləri davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, “Astara” dövlət sərhədindən buraxılış məntə­qəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əmək­daş­ları tərəfindən İrandan Azər­bay­cana gələn İran vətən­daşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muham­medbakhirin üzərində 320 qram narkotik maddə olan “he­roin” aşkar olunaraq götürül­üb.

Narkotik vasi­tə­nin sifarişçi­si­nin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olun­ma­sı məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Ka­zım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu sax­lanılıb.

Bildirilib ki, “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kən­di ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azər­bay­can istiqamətində dövlət sər­­hə­dini pozan 1976-cı il təvəl­lüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılıb.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin və Dovlət Təhlkə­siz­liyinin Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticə­sində Yardımlı rayonu ərazisində “Mer­se­des” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narko­tik maddə olan “heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan Azərbaycan vətəndaşları Şəm­kir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Mux­tar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb.

Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılıb zəruri əmə­­liyyat-istintaq hərəkətləri həyata keçirilir.
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
22/11/2019 [23:59]:
Premyer Liqa: XIII turun proqramı açıqlanıb
22/11/2019 [22:37]:
Gürcüstan və ABŞ arasında saziş imzalanıb
22/11/2019 [21:10]:
Balakəndə 300 kq xurma yanıb
22/11/2019 [20:48]:
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək
22/11/2019 [19:19]:
Qadın 6 yaşlı qızını çayda boğaraq öldürüb
22/11/2019 [18:31]:
İstefa verən Maradona baş məşqçi vəzifəsinə qaytarılıb
22/11/2019 [17:56]:
Boşanmış kişilər üçün sığınacaq yaradılacaq
22/11/2019 [17:28]:
2 hərbi qulluqçu təyyarə qəzasında həlak olub
22/11/2019 [17:00]:
Hindistan mətbuatı: “CPEC layihələri yüksək faiz dərəcələri ilə həyata keçirilir”
22/11/2019 [16:52]:
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22/11/2019 [16:34]:
Hindistan biznes nümayəndə heyəti Bakıda səfərdədir
22/11/2019 [16:23]:
Binyamin Netanyahuya ittiham irəli sürülüb
22/11/2019 [16:00]:
Son illər gənc qadınlar ana olmaqdan qorxur - Müharibənin fəsadları hələ də davam edir
22/11/2019 [15:40]:
Dünyanın ən sürətli traktoru hazırlanıb
22/11/2019 [15:23]:
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
22/11/2019 [14:49]:
Nazir: "Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb"
22/11/2019 [14:31]:
"Qarabağ" azarkeşləri "Sevilya" ilə oyunun biletini 35 avroya ala bilərlər
22/11/2019 [14:29]:
Azərbaycan və Hindistan İKT sahəsində əməkdaşlıq edə bilər
22/11/2019 [13:58]:
Maksim Oreşkin: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb”
22/11/2019 [13:50]:
“Apple” ABŞ-da 5G şəbəkəsini qura bilər
22/11/2019 [13:26]:
"Azərbaycan ailəsi-2019" film festivalının qalibləri mükafatlandırılıb
22/11/2019 [12:47]:
“Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir
22/11/2019 [12:39]:
10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir
22/11/2019 [12:22]:
Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
22/11/2019 [11:45]:
Futbol Federasiyasının sədri istefa verdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Ürəyi vaxtsız qocaldan amillər
"49 ölkədə Açıq Hökumət planları hazırlanır"
SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
DİN: "Mitinqə 5,5 min nəfər qatılıb"
Qüdrət Həsənquliyev: "Əli Kərimli heç əlindəki silahla boş butulkaya da atəş açmayıb"
Gənc oğlan öncə ana və bacısını sonra özünü öldürdü
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin