Azercell könüllü gənclərlə həmrəy oldu

11/12/2018 [23:27] - İqtisadiyyat (147)




 

 

Gənclərin uğurlu karyera qurması, gənc kadrlarla potensial işəgötürənlər arasında bağ yaratmaq  məqsədilə ölkəmizdə təşkil olunan karyera sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC daha bir əmək yarmarkasına qatılıb. Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan Xidmətin birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı tədbir çərçivəsində təşkil olunan əmək yarmarkasında Azercell növbəti dəfə gənclərə dəstək olub. Bakı Konqres Mərkəzində baş tutan sərgidə ölkədə fəaliyyət göstərən bütün tələbə-gənclər könüllüləri hərəkatının üzvləri iştirak edib. “Azercell Telekom” MMC-nin İnsan Resursları Departamentinin əməkdaşları şirkətdə mövcud olan vakansiyalar barədə gəncləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablayıblar, işə qəbul qaydaları, həmçinin, şirkətdə karyera qurmaq imkanlarından da bəhs ediblər. Qeyd edək ki, Azercell fəaliyyətə başladığı andan etibarən İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir tələblərə uyğundur. Azercell əməkdaşları üçün şirkətdaxili və beynəlxalq karyera imkanları, peşəkar inkişaf üçün əlverişli şərait, təcrübə mübadiləsi imkanları yaradır. Hazırda Azercell-in bütün ofislərində işçilər Ətraf Mühit və Təhlükəsizik, İlkin Tibbi Yardım, Yanğından Mühafizə təlimləri ilə bilgiləndirilir, həmçinin sağlamlıqla əlaqəli aksiyalarda (vaksinasiya, qan testi və s.) fəal iştirak edirlər. Ümumiyyətlə, Azercell işəgötürən şirkət kimi  hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbedici əmək haqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan Azercell artıq ölkə ictimaiyyətində işəgötürən kimi öz brendinə dərin inam yarada bilib. ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin apardığı araşdırmalara əsasən ən yaxşı maaş və iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlar üzrə Azercell ölkəmizdə 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən şirkətdir. Eyni zamanda, ”Ernst & Young Azerbaijan” şirkətinin tədqiqatları tələbə və peşəkar heyətin seçiminə əsasən Azercell-i ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edib. Qeyd edək ki, Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Deputat oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir - iddia
Xəbər lenti
13/11/2019 [21:40]:
Gəncədə mikroavtobus piyadanı vurub
13/11/2019 [20:40]:
İtaliya və Almaniya Avropa İttifaqını miqrantların paylaşdırılması paktına qoşulmağa çağırır
13/11/2019 [19:12]:
Avtomobil idxalına gömrük rüsumlarının tətbiqi təxirə salınacaq
13/11/2019 [18:27]:
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
13/11/2019 [17:34]:
Paşinyan: "Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur”
13/11/2019 [16:44]:
Gimnast məşq zamanı dünyasını dəyişib
13/11/2019 [16:18]:
Dünyanın ən məşhur robotları Bakıya gələcək
13/11/2019 [16:07]:
Prezident İlham Əliyev Cavid Qurbanovu qəbul edib
13/11/2019 [15:53]:
Azərbaycan idmançıları dünya çempionatında 20 medal qazanıblar
13/11/2019 [15:21]:
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
13/11/2019 [15:16]:
Dövlət başçısı Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib
13/11/2019 [15:06]:
Prezident İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
13/11/2019 [14:52]:
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
13/11/2019 [14:47]:
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü Moskvada keçiriləcək
13/11/2019 [14:31]:
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
13/11/2019 [13:54]:
"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib
13/11/2019 [13:27]:
Quru Nanak Dev - “tək Allah” ismarıcını yayan insan
13/11/2019 [13:20]:
İspaniya Superkuboku ilə bağlı narazılıq yaranıb
13/11/2019 [12:58]:
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
13/11/2019 [12:40]:
Lavrov: "Məqsəd Suriyanın bu hissəsini qoparmaqdır"
13/11/2019 [12:22]:
Quba sakini dəm qazından boğularaq ölüb
13/11/2019 [11:53]:
Nəsimi məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına yola düşdülər
13/11/2019 [11:44]:
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək
13/11/2019 [11:17]:
Gəncə və Şirvanda 32 mənzil şəhid ailələri və əlillərə təqdim edildi
13/11/2019 [10:41]:
Məktəblilər növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edirlər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Noyabrın 12-də piket keçiriləcək? - BŞİH-dən cavab
Yeməkdən sonra bunları etmək ziyandır
BƏƏ naziri Bakıya gəlir
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Maddi sıxıntısı olan 22 yaşlı tələbə özünü yandırdı
Səfirlik: “Hindistan Konstitusiyası bütün dini icmaların bərabər inam, etiqad və ibadət azadlıqlarına təminat verir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin