“Telko məzmun doğma dildə"

03/12/2018 [23:26] - İqtisadiyyat (143)




Azercell şirkəti Yüksək Texnologiyalar Parkının KİV nümayəndələri üçün təşkil etdiyi infosessiyada iştirak edib

Müasir texnoloji yenilikləri Azərbaycanın rabitə bazarında uğurla tətbiq edən “Azercell Telekom” MMC Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC-nin KİV nümayəndələri üçün təşkil etdiyi "Texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılması" adlı info-sessiyaya da öz dəstəyini verib. Tədbiri açan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılmasının əhəmiyyətli bir məsələ olduğunu və bununla bağlı işlərin görülməsinin zəruriliyini vurğulayıb, cəmiyyətin diqqətini intellektual movzulara yönləndirilməsi və ümumiyyətlə intellektual dəyərlərin, kontentin təbliğatına dair bütün mediani səfərbər olmağa cağırıb.

“Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya tədbirdə iştirak edərək, "Telko məzmun doğma dildə; KSM Telko prizmasından" təqdimatı ilə çıxış edib, telekommunkasiyaya aid keyfiyyətli məzmunun Azərbaycan dilində yaradılması və yayımı, eləcə də internet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq mövzularında məruzə edib. Nigar Şıxlinskaya şirkətin bu yöndə həyata keçirdiyi layihələrdən və innovativ təşəbbüslərindən söz açıb, kommunikasiya sahəsində  təcrübəsini media nümayəndələrilə bölüşüb. Həmçinin şirkət tərəfindən 2017-2018-ci illərdə Azercell-in telekommunikasiya sahəsində həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət və “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusuna dair layihələrindən də bəhs edib.

Tədbirdə iştirak edən digər məruzəçilər – Barama Media şirkətinin direktoru Aynur KərimovaTechnote.az layihəsinin rəhbəri Fərid Pərdəşünas texnoloji məsələrlə bağlı informasiyanın ötürülməsində etibarlı mənbələrdən istifadə etməyin nə qədər önəmli olduğunu və bu tip xəbər yayımlarında yeni metodlardan istifadənin vacibliyini dilə gətiriblər. Həmçinin KİV vasitələrində xəbər yayımlarının yeni metodlarından, az müddətdə daha çox informasiya verməyin yollarından bəhs ediblər.

 

Məlumat üçün bildirək ki, Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC media nümayəndələrinə yardımçı olmaq məqsədilə texnoloji terminlərin izahı ilə bağlı lüğət hazırlayıb. Lüğət seminar iştirakçılarına da təqdim edilib. Seminar info-sessiya məruzəçiləri ilə KİV nümayəndələri arasında sual-cavabdan ibarət maraqlı müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, Azercell Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edir. İki qurum arasında imzalanan memoranduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlərin təşkil edilməsi, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələrin hazırlanması nəzərdə tutulub. Bundan əlavə mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. 

2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
22/10/2019 [23:59]:
Şirvan Milli Parkında ceyran ovlayan üç şəxs saxlanılıb
22/10/2019 [22:41]:
Ağdamda top mərmisi aşkarlanıb
22/10/2019 [21:57]:
Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib
22/10/2019 [20:22]:
Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunur
22/10/2019 [19:35]:
Türkiyə Superliqasının VIII turu yekunlaşıb
22/10/2019 [18:27]:
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər kimlərdir?
22/10/2019 [17:50]:
“Ağ bığlılar” növbəti dəfə nümayiş edilib
22/10/2019 [17:40]:
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib
22/10/2019 [17:21]:
Ağız qoxusuna səbəb nədir?
22/10/2019 [16:45]:
Zakir Qaralov Siyəzəndə vətəndaş qəbulu keçirəcək
22/10/2019 [16:26]:
Şahin Mustafayev Baş nazirin müavini təyin edildi – Sərəncam
22/10/2019 [16:12]:
Prezident hökuməti və dövləti gəncləşdirir
22/10/2019 [16:00]:
Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22/10/2019 [15:48]:
Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib
22/10/2019 [15:48]:
Tramp: "Bizim nüvə silahlarımız heyranedici vəziyyətdədir"
22/10/2019 [15:25]:
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq
22/10/2019 [15:00]:
Xəzərdə zəlzələ olub
22/10/2019 [14:58]:
Beynəlxalq Enerji Xartiyası Forumunda 13 ölkənin dövlət rəsmiləri iştirak edəcək
22/10/2019 [14:46]:
Falkao “Real”la oyunda “Qalatasaray”a kömək edə bilməyəcək
22/10/2019 [14:18]:
Bərdə və Tərtərdə qaz təchizatında fasilələr yaranacaq
22/10/2019 [14:10]:
"Qanunvericilik bu istiqamətdə ciddi işlər görməlidir"
22/10/2019 [14:00]:
Britaniya hökuməti parlamentə "Brexit" haqqında yeni qanun layihəsi təqdim edib
22/10/2019 [13:50]:
2019-cu ilin Innovasiya Həftəsi I2B müsabiqəsinin final mərhələsinin qaliblərini müəyyən edib
22/10/2019 [13:43]:
Bahar Muradova: "Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [13:31]:
“Arsenal” Şeffilddən xalsız ayrılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin