Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir

15/12/2018 [23:26] - İqtisadiyyat (182)




Xeyriyyə yarmarkasından toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək

 

6 ildir ki, yeni il ərəfəsində “Nargis Fund” tərəfindən keçirilən və xoş bir ənənəyə çevrilən  “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası bu il də yüzlərlə uşağı sevindirəcək. Yanvar ayının 6-dək davam edəcək bu xoş məramlı tədbirə fəaliyyəti boyunca gələcəyimiz olan uşaqların müdafiəsi, eləcə də onların hüquqlarının qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC də öz dəstəyini əsirgəməyib. Şirkət yarmarkada quraşdırılmış stendindən smartfon əldə edən müştəriləri hədiyyə ilə sevindirəcək. Belə ki, abunəçilər öz istəklərinə uyğun olaraq 1000 şəbəkədaxili dəqiqə və ya 1 aylıq limitsiz internet əldə edə biləcəklər.

"Amapola Exclusive Events" şirkətinin təşkilatçılığı ilə baş tutan xeyriyyə yarmarkası bu il öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq. Fəvvarələr meydanında qurulmuş 47 evcikdən hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər. Xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir. Məlumat üçün bildirək ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də fondun rəsmi sosial şəbəkə resurslarından əldə etmək  olar.

Qeyd edək ki, 22 illik fəaliyyəti ərzində Azercell uşaqlarla bağlı “De! Dildən-dilə, eldən-elə” şeir və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm yarışını, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...”, “Uşaq Qaynar xətti”, “Uşaq Paralimpiya Komitəsini”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, “Uşaq Qaynar xətti”, uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün “Universal Müdafiə”, “Android üçün müdafiə”, “Valideyn müdafiəsi” xidməti və s. kimi maraqlı layihələr həyata keçirib. Uşaq hüquqlarının qorunması və onların müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

 

Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
Xəbər lenti
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
İyulun 17-ə hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
16/07/2019 [16:28]:
Elinanın vəkilləri apelyasiya şikayəti veriblər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
Vilayət Eyvazovdan yeni təyinat
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin