“Genişzolaqlı mobil internetin gələcəyi:5G və sonrası"

05/12/2018 [23:22] - İqtisadiyyat (170)




 

Azercell şirkətinin prezidenti "Bakutel" sərgisi çərçivəsində NRYT Nazirliyinin təşkil etdiyi Xəzər İnnovasiya Konfransında iştirak edib 

 

 

Ölkəmizdə “Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda keçirilən konfransda rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib. 

İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə təşkil olunan konfransda “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev məruzəçi qismində çıxış edib. Şirkət prezidenti ölkəmizdə mühüm texnoloji tədbir hesab edilən “Bakutel” Beynəlxalq Sərgisi çərçivəsində təşkil olunan Xəzər İnnovasiya Konfransının əhəmiyyətini vurğulayaraq, tədbirin əsas təşkilatçısı kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz minnətdarlığını bildirib. 

“Genişzolaqlı mobil internetin gələcəyi:5G və sonrası” mövzusunda çıxış edən Vahid Mürsəliyev Azercell-in LTE şəbəkəsi ilə bağlı ən son nailiyyətləri haqqında konfrans iştirakçılarına məlumat verib. "Hazırda strategiyamızın əsas məqsədi hər bir yerdə mobil rabitənin keyfiyyətini yaxşılaşdırmaq, regionlarda 4G şəbəkəsini genişləndirmək, ən son xidmətlər və yeni biznes həllərini təqdim etmək, yüksək-sürətli interneti dəstəkləyən sərfəli mobil cihazları bazara çıxarmaqdır. Bütün bunlar, mobil texnologiya vasitəsilə abonentləmizin gündəlik həyatını və işgüzar fəaliyyətini asanlaşdırmağa xidmət edəcəkdir" deyə Vahid M. vurğulayıb. İlin əvvəlindən texnoloji layihələrə və şəbəkəyə böyük yatırımların edildiyini bildirən şirkət prezidenti 2018-ci ilin əvvəlindən Azercell-in bazar payının 1% artaraq ümumilikdə 49%-ə çatdığını, Azercellin  şəbəkəyə yeni qoşulan abunəçilərin və cari ildə mobil internet istifadəçilərinin sayına görə də lider olduğunu qeyd edib.  

Şirkət prezidenti 5G şəbəkəsinin perspektivləri haqqında da konfrans iştirakçıları ilə öz fikirlərini bölüşüb. Hazırda dünyada mobil texnologiya bazarında böyük dəyişikliklərin  baş verdiyindən, infrastruktur layihələrin həyata keçirildiyindən, yeni standart naqilsiz rabitədə daha geniş zolaq, yüksək sürət, internetə rahat çıxış və əhatə dairəsi, enerjidən daha səmərəli istifadə və ən önəmlisi böyük əhəmiyyətə malik M2M və IoT (Əşyaların İnterneti) əlavələrdə istifadə olunan ultra-aşağı ləngimə (4G ilə müqayisədə 30 dəfə sərfəli) kimi müsbət yeniliklər vəd etdiyindən söz açıb. Yaxın vaxtlarda Virtual Reallıq və Genişləndirilmiş Reallıq kimi məlumata ac texnologiyaların istifadəyə veriləcəyi faktına əsaslanaraq, şəbəkələrin böyük həcmdə məlumatları ötürmək qabiliyyətinə malik olmalı olduğunu vurğulayıb. 

Vahid Mürsəliyev bildirib ki, 5G şəbəkəsi bazarda öz mövqeyini birdən-birə deyil, müəyyən müddət ərzində bərqərar edəcəkdir və Azercell də öz növbəsində, Azərbaycan rabitə bazarında təsdiq edilmiş yenilikçi kimi, hər zaman yeni texnologiyaları təqdim etməyə hazırdır. 

 

Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirnin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları və inkişaf bölməsinin rəhbəri Atsuko Okuda, “Cisko Systems” şirkətinin ölkələrin rəqqamsalaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru Enriko Albertin , “Türk Telekom” İnternational şirkətinin baş icraçı direktoru Mehmet Toros, “Türkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, tədbirdə “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzular da müzakirə olunub. Konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur. 

2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev
“NATO PA-da bizə ciddi dəstək ifadə olunmur” - Qüdrət Həsənquliyev
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
Xəbər lenti
22/10/2019 [23:59]:
Şirvan Milli Parkında ceyran ovlayan üç şəxs saxlanılıb
22/10/2019 [22:41]:
Ağdamda top mərmisi aşkarlanıb
22/10/2019 [21:57]:
Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib
22/10/2019 [20:22]:
Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunur
22/10/2019 [19:35]:
Türkiyə Superliqasının VIII turu yekunlaşıb
22/10/2019 [18:27]:
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər kimlərdir?
22/10/2019 [17:50]:
“Ağ bığlılar” növbəti dəfə nümayiş edilib
22/10/2019 [17:40]:
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib
22/10/2019 [17:21]:
Ağız qoxusuna səbəb nədir?
22/10/2019 [16:45]:
Zakir Qaralov Siyəzəndə vətəndaş qəbulu keçirəcək
22/10/2019 [16:26]:
Şahin Mustafayev Baş nazirin müavini təyin edildi – Sərəncam
22/10/2019 [16:12]:
Prezident hökuməti və dövləti gəncləşdirir
22/10/2019 [16:00]:
Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22/10/2019 [15:48]:
Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib
22/10/2019 [15:48]:
Tramp: "Bizim nüvə silahlarımız heyranedici vəziyyətdədir"
22/10/2019 [15:25]:
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq
22/10/2019 [15:00]:
Xəzərdə zəlzələ olub
22/10/2019 [14:58]:
Beynəlxalq Enerji Xartiyası Forumunda 13 ölkənin dövlət rəsmiləri iştirak edəcək
22/10/2019 [14:46]:
Falkao “Real”la oyunda “Qalatasaray”a kömək edə bilməyəcək
22/10/2019 [14:18]:
Bərdə və Tərtərdə qaz təchizatında fasilələr yaranacaq
22/10/2019 [14:10]:
"Qanunvericilik bu istiqamətdə ciddi işlər görməlidir"
22/10/2019 [14:00]:
Britaniya hökuməti parlamentə "Brexit" haqqında yeni qanun layihəsi təqdim edib
22/10/2019 [13:50]:
2019-cu ilin Innovasiya Həftəsi I2B müsabiqəsinin final mərhələsinin qaliblərini müəyyən edib
22/10/2019 [13:43]:
Bahar Muradova: "Azərbaycana məhz belə aksiyalar yaraşır”
22/10/2019 [13:31]:
“Arsenal” Şeffilddən xalsız ayrılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda yeni agentlik niyə yaradılıb? - təhlil
“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
Qulamhüseyn Əlibəyli: Aksiyada həbs olunanlar qeyd-şərtsiz azadlığa buraxılmalıdır
Xorvatiyanın tanınmış musiqi qrupu Bakıda konsert verib
Səfir: “Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 70 milyon dollardan çox qarşılıqsız kömək edib”
Elmar Məmmədyarov Qətərin yeni Səfiri ilə görüşüb
Etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub
Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil
Ukraynadakı səfirimiz gülüş hədəfi oldu - VİDEO
2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin