İlhan Əliyev 2 nəfərə general rütbəsi verdi - siyahı-yenilənib

15/12/2018 [00:02] - Siyasət (365)



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

İstiqlal.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fərhadova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Ələsgərov Ələsgər Calal oğlu

Mənsimov Sahil Səftar oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Mirzəyev Etibar Böyükbəy oğlu – general-leytenant

Tağı-zadə Faiq Cavad oğlu – tibb xidməti general-leytenantı

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Hüseynov Elşad Məmmədəli oğlu – general-mayor

Hüseynov Etibar Hamlet oğlu – general-mayor

Mehdiyev Teymur Ramiz oğlu – general-mayor

Adıgözəlov Elçin Şirxan oğlu – polkovnik

Aşurov Zahid Şahnəzər oğlu – polkovnik

İmanov Ramiz Balaş oğlu – polkovnik

“Tərəqqi” medalı ilə

Hüseynov Ramiz Vahid oğlu

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdullayev Valeh Cümşüd oğlu – general-mayor

Paşayev Şahmar Ənvər oğlu – general-mayor

Zamanov Niyazi Əhəd oğlu – general-mayor

Axundov Mehman Abdulrəhim oğlu – polkovnik

Əlipaşayev Taleh Məlikməmməd oğlu – polkovnik

Hacıyev Adil Əli oğlu – polkovnik

Saadatxan Mehriban Namiq qızı – polkovnik

Tanrıverdiyev Məhəmməd Əli oğlu – polkovnik

Məmmədov Azər Eldar oğlu – polkovnik-leytenant

İsmayılov Zamin Tofiq oğlu – mayor

Məmmədov Dönməz Əmrah oğlu – kapitan

İsayev Murad Kamil oğlu – baş leytenant

Orucov Aslan Eldar oğlu – baş leytenant

Məhərrəmov Elşad Məhərrəm oğlu – baş gizir

Alıyev Altay Mirsahib oğlu – gizir

Həsənov Firdovsi Müslüm oğlu – gizir

İsgəndərov Murad Arif oğlu – gizir

Səfərova Sima Fərhad qızı – gizir

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Nəbiyev Yusif Mahmud oğlu – daxili xidmət general-mayoru

Əliyev Toğrul Məmməd oğlu – daxili xidmət kiçik giziri

Salmanov Pərviz İbrahim oğlu – daxili xidmət baş çavuşu

Yusubov İsmayıl Sayat oğlu – daxili xidmət baş çavuşu

Abbasov Yaşar Ədif oğlu

Bağırov Sabir Nadir oğlu

Cəbrayılov Rəşadət Qadir oğlu

Əmiraslanov Tapdıq Əhliman oğlu

Məmmədov Rəşad Hidayət oğlu

Turabova İlhamə Paşa qızı

3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Abdullayev Gündüz Kərim oğlu – daxili xidmət polkovnik-leytenantı

Ələkbərov Ədalət Səmənd oğlu – daxili xidmət polkovnik-leytenantı

Ələkbərov Əlişad Hüseyn oğlu – daxili xidmət polkovnik-leytenantı

Ələsgərov Elçin Rasim oğlu – daxili xidmət polkovnik-leytenantı

Hüseynov Sənan Elçin oğlu – daxili xidmət polkovnik-leytenantı

İbrəhimov Eyvaz Soltanpaşa oğlu – daxili xidmət polkovnik-leytenantı

Mehdiyev Elvin Xanlar oğlu – daxili xidmət polkovnik-leytenantı

Quliyev İldrım İsa oğlu – daxili xidmət polkovnik-leytenantı

Şərbətov Kamil Məmməd oğlu – daxili xidmət polkovnik-leytenantı

Mirzəliyev Tahir Heydər oğlu – daxili xidmət mayoru

Abdullayev Zaur Abdulla oğlu – daxili xidmət baş çavuşu

Əliyev Valeh Əziz oğlu – daxili xidmət baş çavuşu

Əsədova Sevda Elman qızı – daxili xidmət baş çavuşu

Hacıyev Nazir İslam oğlu – daxili xidmət baş çavuşu

Hacıyev Zaur Nizami oğlu – daxili xidmət baş çavuşu.

***

Prezident İlham Əliyev “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə qərara alıram:

1. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyət “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;

3.2. bu Fərmanın 6-cı hissəsində nəzərdə tutulan müddət ərzində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

3.3. Cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir;

3.4. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir;

3.5. Cəmiyyətin İdarə Heyətinin sədrini və digər üzvlərini Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edir.

4. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

4.1.2. Cəmiyyətin icra orqanının yaradılması;

4.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

4.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə:

4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin balansında olan dövlət əmlakının inventarizasiyasını və qiymətləndirilməsini apararaq, həmin dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı iki ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.5. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsini iki ay müddətində təsdiq etsin;

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirsin.

7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097; 2018, № 6, maddə 1229; № 7, maddə 1462; № 9, maddə 1827) 3-cü, 3-1-ci, 4-cü və 6-cı hissələrində “Milli Turizm Təbliğat” sözləri “Azərbaycan Turizm” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
Mehman Hüseynov prezidentə müraciət etdi
Xəbər lenti
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
21/01/2019 [13:04]:
Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır
21/01/2019 [12:24]:
“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?
21/01/2019 [11:39]:
Əfqanıstan prezidenti yenidən namizədliyini irəli sürüb
21/01/2019 [10:45]:
Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə uduzub
21/01/2019 [09:54]:
Ötən il Azərbaycanın İrana neft ixracı azalıb
21/01/2019 [00:18]:
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
20/01/2019 [23:39]:
20 yanvar Qətərdə anıldı
20/01/2019 [22:12]:
Nəyə görə Rusiya dollar erasını bitirə bilməz?
20/01/2019 [20:48]:
Yanvarın 21-ə hava proqnozu
20/01/2019 [19:06]:
Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb
20/01/2019 [17:43]:
Hakimlərin Mingəçevir toplanışı başa çatıb
20/01/2019 [16:09]:
ABŞ-da təyyarə qəzası baş verib
20/01/2019 [14:51]:
Ağsuda zəlzələ baş verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
Eldar Mahmudovun “qulağı” Beytulla Hüseynov azadlığa çıxır
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin