Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü olub

12/12/2018 [23:04] - Gündəm (59)



Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dekabrın 12-də Azərbaycanda səfərdə olan Rusiya müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, əvvəlcə ordu generalı V.Gerasimov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Qonaqları salamlayan general-polkovnik N.Sadıkov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib strateji tərəfdaşı olduğunu qeyd edərək yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha qeyd edib.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda ordu generalı V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
Mehman Hüseynov prezidentə müraciət etdi
Xəbər lenti
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
21/01/2019 [13:04]:
Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır
21/01/2019 [12:24]:
“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?
21/01/2019 [11:39]:
Əfqanıstan prezidenti yenidən namizədliyini irəli sürüb
21/01/2019 [10:45]:
Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə uduzub
21/01/2019 [09:54]:
Ötən il Azərbaycanın İrana neft ixracı azalıb
21/01/2019 [00:18]:
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
20/01/2019 [23:39]:
20 yanvar Qətərdə anıldı
20/01/2019 [22:12]:
Nəyə görə Rusiya dollar erasını bitirə bilməz?
20/01/2019 [20:48]:
Yanvarın 21-ə hava proqnozu
20/01/2019 [19:06]:
Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb
20/01/2019 [17:43]:
Hakimlərin Mingəçevir toplanışı başa çatıb
20/01/2019 [16:09]:
ABŞ-da təyyarə qəzası baş verib
20/01/2019 [14:51]:
Ağsuda zəlzələ baş verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
Eldar Mahmudovun “qulağı” Beytulla Hüseynov azadlığa çıxır
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin