Maliyyə nazirinin səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir - rəsmi

07/12/2018 [15:26] - İqtisadiyyat (101)



Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır.

Bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Trend-ə açıqlamasında bildirib.

O bildirib ki, bəzi dırnağarası ekspertlər və iqtisadçılar maliyyə nazirinin fikirlərini müəyyən qədər konteksdən çıxararaq onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və bir sıra saytlarda təhrif etməyə cəhd göstərirlər. Lakin deputat Vahid Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur: “Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır ki, bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.

Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcəkdir.
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
Vasif Talıbovdan yeni təyinat
Xəbər lenti
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
15/02/2019 [23:29]:
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
15/02/2019 [22:37]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [21:42]:
Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
15/02/2019 [20:31]:
İlham Əliyev 4 sərəncam imzaladı
15/02/2019 [19:27]:
UEFA-nın yeni reytinqi
15/02/2019 [18:25]:
Makron yenə Ermənistana gələcək
15/02/2019 [17:48]:
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
15/02/2019 [16:19]:
200 manatlıq yeni təqaüd təsis olunub
15/02/2019 [15:53]:
Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar
15/02/2019 [14:19]:
Vasif Talıbovdan yeni təyinat
15/02/2019 [12:47]:
Muğam Mərkəzində gənc istedadlar aşkar edilir
15/02/2019 [12:40]:
Evlənmək istədiyi qızı öldürdü, anasını yaraladı...
15/02/2019 [12:36]:
İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”
15/02/2019 [11:21]:
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
15/02/2019 [09:59]:
Azərbaycan nefti bahalaşdı
15/02/2019 [02:01]:
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil
14/02/2019 [23:32]:
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək
14/02/2019 [22:48]:
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
14/02/2019 [21:57]:
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
14/02/2019 [21:03]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
14/02/2019 [20:16]:
Hava yenə dəyişəcək
14/02/2019 [19:26]:
Azərbaycanda Vergi Ombudsmanı İnstitutu yaradılacaq
14/02/2019 [19:18]:
Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziya Məmmədovun məşhur oteli söküldü
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Ramiz Mehdiyev sərəncam verdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi
“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin