Avropa Şurasının tarixində azərbaycanlı ilk dəfə prezident seçilib

06/12/2018 [13:56] - Siyasət (142)



Dekabrın 4-də Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ali idarəetmə orqanı olan Bürosu, o cümlədən prezident vəzifəsinə seçkilər keçirilib.

"Report" Avropa Şurasına istinadən xəbər verir ki, bu seçkilər Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb. Avropa Şurasının Katibliyinin nümayəndələri tərəfindən monitorinq olunan bu seçki prosesi tam şəffaflıq və demokratik şəraitdə həyata keçirilib.

Avropa Şurasının rəsmi saytındakı məlumatlara görə, yarandığı gündən bu qurumun rəhbərləri adətən Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələri olublar.

Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisi hakim Ramin Qurbanov Avropa Şurasının ədliyyə və insan hüquqları sahəsində ən mötəbər qurumunun yüksək vəzifəsinə seçilib.

Plenar iclasda, həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının vitse-prezidenti və Bürosunun iki üzvü vəzifələrinə Fransadan xanım Laetitia Brunin və Maltadan Françesko Depaskuel seçiliblər.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutu sahəsində Avropa Şurasının ixtisaslaşan qurumu kimi yaradılıb və Avropa Şurasının mötəbər qurumlarından olaraq Avropa dövlətlərinə ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, habelə bu sistemlərin Avropa Şurasının norma və standartları səviyyəsinə gətirilməsi sahəsində kömək edir.


Belə yüksək vəzifəyə Azərbaycan nümayəndəsi hakim Ramin Qurbanovun seçilməsi tarixi bir hadisə olaraq bu kimi rəhbər yerlərdə yalnız Qərbi Avropa ölkələri nümayəndələrinin seçilə biləcəkləri barədə mövcud ənənəvi yanaşmaları tamamilə dəyişdi. Burada dövlət başçısının uğurlu xarici siyasəti və ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, habelə Azərbaycan nümayəndəsinin peşəkar hazırlığı, onüçillik fədakar fəaliyyəti zamanı Avropa Şurasının belə bir qurumunun işinə verdiyi töhfələri əhəmiyyətli rol oynadı.

Rus, ingilis, alman və fransız dillərində danışan R.Qurbanov öz ölkəsini beynəlxalq arenada layiqincə təmsil edə bildi və Azərbaycanla Avropa Şurası arasında olan qarşılıqlı münasibətlərə öz tarixi töhfəsini verməyə müvəffəq oldu.

R.Qurbanov Bakı və Moskva şəhərlərində hüquq üzrə ali təhsil müəssisələrini fərqlənmə diplomları ilə bitirib, elmlər namizədi və elmlər doktoru dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edib, habelə ABŞ-ın nüfuzlu elmi-tədqiqat mərkəzlərində hüququn müxtəlif sahələrinə dair elmi araşdırmalarını aparıb. R.Qurbanovun fəaliyyəti 1997-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx bağlıdır və o, Avropa Şurasının fransız və isveçrəli alimləri ilə birgə hazırlanmış bir sıra elmi nəşrlərinin həmmüəllifidir.

1996-cı ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işlədikdən sonra o, 2013-cü ildə cinayət sahəsi üzrə hakim vəzifəsinə təyin olunmuşdur. R.Qurbanov Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” və “Elektron icra” sistemlərinin yaradılması və tətbiqi üzrə İşçi Qrupunun rəhbəri kimi fəaliyyət göstərərək Azərbaycanın məhkəmə sistemi üçün çox dəyərli işlər görməkdədir.

Ramin Qurbanovun ölkəsini beynəlxalq aləmdə layiqincə təmsil etməsi və prezident vəzifəsinə seçilməsi kimi yüksək tarixi nailiyyətə imza atması təsadüfi hadisə deyil. O, Azərbaycanın görkəmli dilçi alimi, hazırkı Azərbaycan Əlifbasının müəllifi, Azərbaycan dilçiliyində Onomastika Elmi Məktəbinin banisi, ümumi və Azərbaycan diliçiyi sahəsində fundamental əsərlərin yaradıcısı, əməkdar elm xadimi, dövlət mükafatı laureatı akademik Afad Qurbanovun oğludur.
İlham Əliyev işdən çıxartdı, Novruz Məmmədov vəzifə verdi - yenilənib
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
Paşinyanla Saakyan Yerevanda görüşdülər
Daşınmaz əmlak kreditləri manatla veriləcək
Xəbər lenti
14/12/2018 [00:02]:
İlham Əliyev işdən çıxartdı, Novruz Məmmədov vəzifə verdi - yenilənib
13/12/2018 [23:31]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
13/12/2018 [22:36]:
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
13/12/2018 [21:23]:
İlham Əliyev Gənclər Mərkəzinin açılışında iştirak edib
13/12/2018 [20:29]:
Paşinyanla Saakyan Yerevanda görüşdülər
13/12/2018 [19:34]:
Daşınmaz əmlak kreditləri manatla veriləcək
13/12/2018 [18:43]:
Avropa Parlamenti Rusiyanın “Şimal axını-2” layihəsinə qadağa qoydu
13/12/2018 [17:54]:
Dekabrın 14-ə hava proqnozu
13/12/2018 [17:06]:
Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi keçirilib
13/12/2018 [16:34]:
Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj
13/12/2018 [16:27]:
İlham Əliyev icra başçısını vəzifəsindən uzaqlaşdırdı - sərəncam
13/12/2018 [16:18]:
Özəl tibb müəssisələrdə vergidən yüksək yayınma riskləri aşkarlanıb
13/12/2018 [15:25]:
ABŞ bu dəfə Avropa İttifaqını hədələdi
13/12/2018 [14:34]:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni təyinat
13/12/2018 [13:48]:
Ermənistan rəsmisi Azərbaycana gələcək
13/12/2018 [12:56]:
Azərbaycanda dollar kreditlərinin verilmə qaydası dəyişdi
13/12/2018 [12:26]:
İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
13/12/2018 [12:03]:
Sergey Lavrov bu gün Bakıya gəlir
13/12/2018 [11:51]:
Eldar Mahmudovun oğlunun İspaniyada milyonluq mülkləri aşkarlandı - siyahı
13/12/2018 [11:39]:
Trampın keçmiş vəkili həbs edildi
13/12/2018 [10:46]:
Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib
13/12/2018 [09:57]:
Azərbaycan nefti ucuzlaşdı
13/12/2018 [00:37]:
Polis rəisi Rəqsanənin evini əlindən alır - təfsilat
12/12/2018 [23:53]:
Prokurorluq Azərbaycanın Ukraynadakı səfirliyində araşdırma aparır
12/12/2018 [23:04]:
Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov palkovnikləri işdən çıxartdı - siyahı
Bakının məşhur bazarı sökülür
Novruz Məmmədov qəbiristanlıqlarla bağlı qərar verdi
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
İlham Əliyev icra başçısını vəzifəsindən uzaqlaşdırdı - sərəncam
İlham Əliyev 9 sərəncam, 17 fərman imzaladı - yenilənib
Umayra Tağıyeva yeni vəzifəyə təyin olundu
İlham Əliyev yeni sərəncam imzaladı
Paşinyan: “İlham Əliyevlə razılığa gəlmədik”
Eldar Mahmudovun oğlunun İspaniyada milyonluq mülkləri aşkarlandı - siyahı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin