İkinci körfəz böhranı: dünyanın enerji təhlükəsizliyinə təhdid yaranıb

06/12/2018 [16:34] - Dünya (101)



Fars körfəzində gərginliyin artması dünyanın enerji təhlükəsizliyinə təhdid yaradır. ABŞ-İran qarşıdurmasının hərbi toqquşma səviyyəsinə qədər yüksələcəyi təqdirdə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə yanaşı, bir sıra dövlətlərin enerji sistemi də təhlükə altında qalacaq.

AZƏRTAC-ın xəbər verdiyi kimi, İran Prezidenti Həsən Ruhaninin “Əgər İranın dünya bazarına neft çıxarıb satmaq imkanları məhdudlaşsa, onda heç kim neft ixrac edə bilməyəcək” bəyanatından sonra ABŞ Fars körfəzinə hərbi donanma göndərib. Ağ evdə Həsən Ruhaninin sözlərini aydın başa düşürlər. O demək istəyir ki, İran Hörmüz boğazını bağlaya bilər və nəticədə ABŞ-ın müttəfiqləri olan körfəz ölkələri də neft ixrac etmək imkanından məhrum edirlər.

Tərəflər arasındakı qarşılıqlı “söz atışmasının” hərbi ritorikaya keçməsi ABŞ dövlət departamentinin İran üzrə nümayəndəsi Brayn Hukun bəyanatından başladı. O bildirdi ki, “Vaşinqton İran probleminin hərbi yolla həll edilməsi hüququnu özündə saxlayır. İran başa düşməlidir ki, bizim maraqlarımız təhlükə altında qalsa, hərbi güc tətbiq edəcəyik”.

B.Hukun bu bəyanatı cavabsız qalmadı. İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə bildirdi ki, Vaşinqton heç də öz gücünə arxayın olmasın: “ABŞ-ın fars körfəzindəki təyyarədaşıyan gəmisi, Qətərdəki Əl-Udeyd, Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dafra və Əfqanıstanın Qəndəhar şəhərindəki hərbi bazaları bizim raketlərin hədəfindədir”.

ABŞ-ın “The National Interest” jurnalı tərəflərin hərbi potensialını araşdıraraq yazır ki, ABŞ Fars körfəzində İranla silahlı münaqişəyə girsə böyük risklərlə qarşılaşacaq. ABŞ-ın körfəzdəki gəmiləri və regiondakı bazaları İran raketlərinin dağıdıcı zərbəsinə tuş gələcək. İranın sualtı qayıqları, ballistik raketləri böyük təhlükə yaradır. Jurnal diqqətə çatdırır ki, İranın “Səcl” və “Xələc-Farsi” ballistik raketləri 2500 kilometr məsafədə hədəfi vurmaq imkanına malikdir. Sualtı qayıqları təyyarədaşıyan gəmiləri asanlıqla batıra bilər. Bundan əlavə isə İranın Rusiya istehsalı olan zenit raket kompleksi də var ki, bu da idarəedilən raketlərlə uzaq məsafəli hədəflərə zərbə endirmək imkanı yaradır. Jurnal iranlı generalın sözlərini əhatəli şəkildə təqdim və təsdiq edib.

Jurnalda dərc edilən həmin materialdan sonra İran əlavə olaraq “Səhənd” və “Qədr” hərbi gəmilərini də Fars körfəzindəki hərbi donanmasının istifadəsinə verdi. Bütün bunların ABŞ tərəfindən nəzərə alınmadığını iddia etmək olmaz. Bəs belə olan halda, ABŞ öz hərbi donanmasını hansı zəruri səbəbə əsasən Fars körfəzinə göndərir?

Siyasi müşahidəçilər qeyd edirlər ki, ABŞ-ın körfəzdə hərbi iştirakı həmişə olub. Lakin bu dəfə məqsəd ondan ibarətdir ki, təxribat xarakterli hər hansı bir insident yaradılsın və bununla da iqtisadi və diplomatik təzyiqlə yanaşı, İrana qarşı hərbi təzyiq də göstərsin. Qısası, ABŞ İrana hədə-qorxu gəlir. İran da öz növbəsində bu hədə-qorxunu cavabsız qoymur.

Hələlik ABŞ-ın hərbi donanması Fars körfəzinə doğru irəliləyir. Donanmanın körfəzə girəcəyi təqdirdə İranın hansı addımlar atacağını zaman göstərəcək. Bəri başdan yalnız onu demək olar ki, əgər körfəzdə hər hansi silahlı qarşıdurma baş versə, onda dünyanın enerji təhlükəsizliyi təhdid altına düşəcək. Bunun günahkarının ABŞ və ya İran olması isə sadə insanlar üçün bir o qədər maraq kəsb etməyəcək.
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
Xəbər lenti
17/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
17/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
17/02/2019 [09:46]:
Müxalifət yeni mitinqin elanını verdi
17/02/2019 [00:08]:
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
16/02/2019 [23:31]:
Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir
16/02/2019 [22:24]:
Lavrov və Mnatsakanyan Münxendə Qarabağı müzakirə etdilər
16/02/2019 [21:12]:
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
16/02/2019 [20:08]:
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
16/02/2019 [19:57]:
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
16/02/2019 [18:51]:
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
16/02/2019 [17:42]:
"Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
16/02/2019 [16:34]:
İlham Əliyev Siyavuş Novruzovu ordenlə təltif edib
16/02/2019 [15:29]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı
16/02/2019 [15:17]:
İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir”
16/02/2019 [14:43]:
Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü - Video
16/02/2019 [14:02]:
Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar
16/02/2019 [13:13]:
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
16/02/2019 [12:44]:
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
16/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:27]:
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
“Yoxlamalara ehtiyac qalmayacaq” – Nazir müavini
Baş nazirdən yeni təyinat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin