“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci ilin ən yaxşı yarışı seçilib

05/12/2018 [19:58] - İdman (99)



“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci ilin ən yaxşı yarışı seçilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkil etdiyi yarış İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri tərəfindən fərqləndirilib.

Televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışdan üstün olub. Bakı mərhələsini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib.

“Formula 1” yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla, Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90 faiz, Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksika (79 faiz) qərarlaşıb.

“Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən, Azərbaycan Qran Prisi ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub.

Rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1 milyon unikal istifadəçi izləyib. Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir.

Məşhur nəşrlər öz məqalələrində builki Azərbaycan Qran Prisini, “Red Bull” komandasının hər iki pilotunun iştirakı ilə qəza, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.

2018-ci il Azərbaycan Qran Prisinə 94 min bilet satılıb. “Formula 1”in ən sürətli şəhər halqasında baş tutan ötənilki yarışla müqayisədə, bu il ümumi tamaşaçı iştirakında 31 faiz, bilet satışında isə 21 faiz artım qeydə alınıb.

Satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür. Yarışı izləmək üçün Bakıya gələn əcnəbilərin sayı isə ötən illə müqayisədə 31 faiz artıb. Ümumi bilet satışının təxminən 1/4 hissəsi əcnəbi tamaşaçıların payına düşür.

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran Prisiı 26-28 apreldə keçiriləcək. Hazırda 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20 faizlik endirim təklifi davam edir və 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədədir. Sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur.

Qeyd edək ki, 2018-ci il Azərbaycan Qran Prisində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton birinci yeri tutub. Britaniyalı sürücü yekunda mövsümün də qalibi olub.
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
Müxalifət yeni mitinqin elanını verdi
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
Xəbər lenti
17/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
17/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
17/02/2019 [09:46]:
Müxalifət yeni mitinqin elanını verdi
17/02/2019 [00:08]:
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
16/02/2019 [23:31]:
Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir
16/02/2019 [22:24]:
Lavrov və Mnatsakanyan Münxendə Qarabağı müzakirə etdilər
16/02/2019 [21:12]:
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
16/02/2019 [20:08]:
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
16/02/2019 [19:57]:
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
16/02/2019 [18:51]:
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
16/02/2019 [17:42]:
"Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
16/02/2019 [16:34]:
İlham Əliyev Siyavuş Novruzovu ordenlə təltif edib
16/02/2019 [15:29]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı
16/02/2019 [15:17]:
İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir”
16/02/2019 [14:43]:
Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü - Video
16/02/2019 [14:02]:
Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar
16/02/2019 [13:13]:
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
16/02/2019 [12:44]:
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
16/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:27]:
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
“Yoxlamalara ehtiyac qalmayacaq” – Nazir müavini
Baş nazirdən yeni təyinat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin