Nəhəng ABŞ şirkətləri Azərbaycanı tərk edir

05/12/2018 [10:32] - İqtisadiyyat (440)



"Exxon Mobil" şirkəti ilə yanaşı ABŞ-ın daha bir neft nəhəngi- "Chevron" korporasiyası Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsinə dair layihədəki payını satmağa hazırlaşır. virtualaz.org xəbər verir ki, bu haqda "Reuters" bildirir.

Agentlik "Exxon Mobil" şirkətinin həmin layihədəki 6.8 faizlik payını 2 milyard dollara satmaq planları ilə bağlı konsorsiumdakı digər Amerika şirkəti "Chevron"dan şərh almağa çalışıb. Bu şirkətdən deyiblər ki, onlar özləri  də konsorsiumdakı 9.6 faizlik paylarını satmağı planlaşdırırlar. Beləliklə, 25 ildən sonra Amerika neft-qaz şirkətləri Azərbaycanı tərk edir. "Əsrin müqaviləsi"ində cəmi 5 Amerika şirkəti yer alırdı və indiyədək onlardan 3-ü paylarını satıb getmişdi.

*   *   *15:48

ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə xəbəri az əvvəl “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən bildirib.

Məlumatda deyilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Amerika neft nəhəngi “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin “Exxon Mobil” şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: “Biz müxtəlif spekuluasiyaları və şaiyələri şərh etmirik”.

SOCAR-dan isə xəbərlə bağlı şərh almaq mümkün olmayıb.

“Reuters” qeyd edir ki, “Exxon Mobil” şirkətinin “Əsrin müqaviləsi”ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. “Exxon” 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş Amerika şirkətindən biri idi. “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alıb. Müqavilədə Amerikanın beş şirkəti- “Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott” iştirak edirdilər.

Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, orada layihənin Avropanın Rusiyadan energetika asılığını azaldacağına ümid edirdilər. Lakin agentlik qeyd edir ki, yeni kəşf edilən yataqlar özünü doğrultmadığından bu ümidlər də əriyib getdi. ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerika administrasiyasının da layihəyə dəstəyi azaldı. Azərbaycan da özünün energetika sərvətləri üzərində nəzarət baxımından daha inamlı odu, dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə etdi.

Əgər “Exxon Mobil” Azəri-Çıraq-Günəşli yataqlarındakı payını satmağı reallaşdırsa bu layihədə “Chevron” tək Amerika şirkəti olaraq qalacaq. Bu şirkət layihədə 9.57 faizlik paya malikdir. BP və SOCAR-ın payları isə 30.4 və 25 faizdir.

Bildirilir ki, son illər “Exxon Mobil” daha çox Birləşmiş Ştatlarda şist neft yataqlarına, habelə Qayanada bir sıra iri neft yataqlarının kəşfinə maraq göstərir.

Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin