Əmlak girovu ilə krediti hansı banklar verir - siyahı

02/12/2018 [18:32] - İqtisadiyyat (583)



Bankların müştərinin rəsmi gəlir əsasında ayırdığı istehlak kreditlərinin maksimal limiti adətən 15 – 20 min manat civarında olur. Müvafiq kreditlərin rəsmiləşdirilməsi zamanı kredit ya təminatsız ya da fiziki şəxsin zaminliyi ilə verilir. 

Həmçinin bu növ kreditlərin rəsmiləşdirilməsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının sağlam kreditləşmə prinsiplərinin qorunması məqsədilə Banklara tövsiyyə etdiyi DTİ (debt to income) əmsalı da nəzərə alınır. Bu əmsalın prinsipinə əsasən müştərinin aktiv borc öhdəlikləri üzrə aylıq ödənişlərin cəmi onun rəsmi xalis gəlirinin maksimum  50%-i həcmində ola bilər.

Əgər müştərinin rəsmi xalis gəliri ölkə üzrə yaşayış minimumunun (bu göstərici 2018-ci il üzrə 173 AZN təşkil edir) 3 mislindən azdırsa bu əmsal 40% olaraq nəzərə alınmalıdır. Bu əmsalın tətbiq edilməsi , həmçinin Bankların bəzilərinin də öz növbəsində tətbiq etdiyi risk alətləri müştərinin daha çox məbləğdə kredit əldə etməsinə maneçilik törədir. Lakin təminatı qismində daşınmaz əmlak girovu olan kreditlərdə Banklar kredit şərtlərini daha loyal təyin edirlər. Səbəb həm MBNP-nın bu tip kreditlər üzrə DTİ əmsalı tələbini tətbiq etməməsi həm də tam təminatlı kreditlərin daha risksiz kreditlər kimi təsnifləşdirilməsidir.

Daşınmaz əmlak təminatı ilə rəsmiləşdirilən kreditlər üzrə maksimal məbləğ adi istehlak kreditlərindən 3-4 dəfə daha yüksək olur. Kredit daha uzunmüddətli və daha aşağı faizlə təklif edilir. Lakin bir məqamı da unutmaq olmaz ki, bu növ kreditlərdə ərizəçinin rəsmi gəlirinə qarşı olan tələb öz qüvvəsində qalır. Yəni , daşınmaz əmlak təminatı ilə kreditləri yalnız rəsmi iş yeri olan və gəliri arayış, çıxarış və s.sənədlərlə təsdiq edilən şəxslər əldə bilərlər. İlk öncə girov qoyulan əmlak qiymətləndirmə şirkəti və ya bankın müvafiq departamenti tərəfindən qiymətləndirilir. Likvidlik baxımından banklar daha çox yeni və köhnə tikili mənzillərin girov qismində götürülməsində maraqlıdırlar. Bağ evləri, torpaq sahələri, obyekt və s. kimi əmlakların girov götürülməsi arzuolunan deyil. Adətən əmlaka qoyulan qiymətin maksimum 70-80%-i həcmində kreditlər ayrılır ki, bu da kredit müddəti ərzində baş verə biləcək fors major (inflyasiya, devalvasiya və s) hallarına qarşı olan risk alətidir. Statistik məlumatlara əsasən bu növ kreditlərin qaytarılmama və gecikmə riski çox aşağıdır. Müştəri tərəfindən hansısa bir məsuliyyətsizlik və ya ödəniş qabiliyyətinin itirilməsi halında banklar müqavilə şərtlərindən irəli gələn hüquqla məhkəməyə müraciət edib əmlakı satışa çıxara və satışdan əldə edilən pulun kredit borcunun ödənilməsinə yönləndirə bilərlər.

Bəs hansı Bankdan bu kreditləri əldə etmək mümkündür? Monitorinq qrupumuzun araşdırması nəticəsində məlumumuz oldu ki, bu növ kreditlər adi istehlak kreditləri qədər geniş yayılmamışdır. Kredit şərtlərində isə fərqliliklər mövcuddur. Araşdırma nəticəsində əldə etdiyimiz məlumatları Sizlərə təqdim edirik. Ümid edirik ki, bu kredit üzrə maraqlı olan şəxslər bu məlumatlar əsasında özlərinə uyğun olan Bankı tapa biləcəklər.

Bank

Maksimal məbləğ

Maksimal müddət

İllik faiz dərəcəsi

Komissiya

AtaBank

50 000 AZN

48 ay

Kreditin müddəti

12 ayadək – 20%

13 – 24 ay – 21%

25 – 36 ay – 22%

37 – 48 ay – 24%

1%

Bank of Baku

70 000 AZN

36 ay

Kreditin müddəti

12 ayadək – 23%

13 – 24 ay – 24%

25 – 36 ay – 25%

Kreditin müddəti

24 ayadək – 1%

25 – 36 ay – 1,5%

Bank Respublika

50 000 AZN

36 ay

Kreditin müddəti

12 ayadək – 23%

13 – 24 ay – 24%

25 – 36 ay – 25%

Kreditin müddəti

12 ayadək – 1%

13 – 24 ay – 1,5%

25 – 36 ay – 2%

Bank BTB

70 000 AZN

36 ay

20% – 25%

(fərdi olaraq baxılır)

0.5% – 1%

(fərdi olaraq baxılır)

Expressbank

40 000 AZN

36 ay

Müştərinin rəsmi gəliri

Olduqda – 22%

Olmadıqda – 26%

Müştərinin rəsmi gəliri

Olduqda – 1.5%

Olmadıqda – 2%

TuranBank

100 000 AZN

36 ay

Kreditin müddəti

18 ayadək – 22%

19 – 36 ay – 24%

1%

Rabitəbank

50 000 AZN

48 ay

Kreditin müddəti

12 ayadək – 20% / 18%*

13 – 24 ay – 21% / 19%*

25 – 48 ay – 22% / 20%*

*kredit məbləğinin girovun dəyərinə olan nisbəti  50%-dən aşağı olarsa 2% endirim edilir

1%

Nikoil Bank

100 000 AZN

60 ay

24%

1%

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin