Azərbaycanın yeni ombudsmanının adı dəqiqləşdi - yenilənib

02/12/2018 [00:13] - Siyasət (510)



Səlahiyyət müddəti 2017-ci il martın 5-də bitən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın yerinə, nəhayət ki, namizəd tapılıb. Bu barədə “AzPolitika.info”ya məlumat hökumətə yaxın mənbələrdən daxil olub.

Məlumata görə, ombudsman vəzifəsinə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputat Məlahət İbrahimqızının (Həsənova) seçiləcəyi gözlənilir. Bununla bağlı artıq yekun qərar verilib və yaxın vaxtlarda onun namizədliyi Milli Məclisə təqdim olunacaq.

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 81 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

“İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o,  öz vəzifəsində qala bilir.

Belə ki, Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də ombudsman vəzifəsində qalır.

Ancaq artıq həm yaşı, həm də səhəti ona vəzifəsini tam icra etməyə imkan vermir. Təsadüfi deyil ki, ötən il Elmira Süleymanova illik məruzə ilə çıxış etdikdən sonra, deputatlar onun fəaliyyətini sərt şəkildə tənqid etmişdilər. Bu baxımdan xeyli vaxtı idi ki, ombudsman vəzifəsinə yeni bir şəxsin seçilməsi gözlənilirdi.  Təyinat-seçkinin gecikməsi isə hakimiyyəti təmin edəcək uyğun namizədin tapılmaması ilə bağlanılırdı.

“AzPolitika.info”ya verilən məlumatdan belə məlum olur ki, artıq namizəd tapılıb. Yaxın vaxtlarda Məlahət İbrahimqızının ombudsman vəzifəsinə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Məlahət Həsənova 1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

2000-ci ildən bu yana 4 çağırışdır Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.  Tarix elmləri namizədidir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı “Şöhrət” ordeni ilə təltif olunub. Evlidir, 2 övladı var.

***

Deputat Məlahət İbrahimqızı onun ombudsman vəzifəsinə təyin olunacağı haqda “AzPolitika”nın məlumatına anlaşılmaz şəkildə çox sərt reaksiya verib. Deputat saytımıza telefon açaraq yazının dərhal götürülməsini tələb edib, əks halda məhkəməyə verəcəyini bildirib: “Mən başımı aşağı salıb işimi görürəm, bilmirəm bunu nə məqsədlə edirlər…”

Onun mövqeyinin yazıya əlavə olunması təklifi isə deputatı daha da hiddətləndirib. “Götürmək istəməməyiniz onu göstərir ki, bu xəbəri məqsədli şəkildə veribsiniz və qərəzlisiniz. Mən onsuz da jurnalistlərə müsahibə verəcəm… Siz necə istəyirsiniz elə də edin. Amma mən anladım ki, bu qərəzli məqalədir…”

Hörmətli deputatımızın ombudsman təyin olunacağı haqda xəbərə belə sərt reaksiyasını anlamaq çətindir. Kifayət qədər ciddi hökumətdaxili mənbə tərəfindən ötürülən bu məlumat, mümkündür ki, təsdiq olunmasın. Amma istənilən halda bu, hörmətli deputatımızın işgüzar və ictimai nüfuzuna qətiyyən xələl gətirməyəcək. Əksinə, hətta onun personasına diqqət və marağı bir qədər də artıra bilər…

Bu baxımdan hətta yanlışdırsa da belə, Məlahət xanımın bu xəbəri yumşaq bir dillə təkzib etməsi daha məntiqli görünə bilərdi. Lakin o, səbəbi anlaşılmayan bir həyəcan nümayiş etdirir və bir daha qeyd edirik ki, bunu anlamaq çətindir. Yox, belə hesab olunursa ki, məlumatın vaxtından əvvəl yayılması işi poza bilər… bu artıq bizim problemimiz deyil…

Azpolitika.info
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
Xəbər lenti
17/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
17/02/2019 [09:46]:
Müxalifət yeni mitinqin elanını verdi
17/02/2019 [00:08]:
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
16/02/2019 [23:31]:
Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir
16/02/2019 [22:24]:
Lavrov və Mnatsakanyan Münxendə Qarabağı müzakirə etdilər
16/02/2019 [21:12]:
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
16/02/2019 [20:08]:
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
16/02/2019 [19:57]:
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
16/02/2019 [18:51]:
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
16/02/2019 [17:42]:
"Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
16/02/2019 [16:34]:
İlham Əliyev Siyavuş Novruzovu ordenlə təltif edib
16/02/2019 [15:29]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı
16/02/2019 [15:17]:
İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir”
16/02/2019 [14:43]:
Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü - Video
16/02/2019 [14:02]:
Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar
16/02/2019 [13:13]:
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
16/02/2019 [12:44]:
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
16/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:27]:
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
“Yoxlamalara ehtiyac qalmayacaq” – Nazir müavini
Baş nazirdən yeni təyinat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin