1-ci Almaniya-Azərbaycan Biznes Dialoqu keçirilib

01/12/2018 [12:09] - İqtisadiyyat (350)



Berlində təşkil edilmiş 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunda 100-dən çox Azərbaycan və Almaniya şirkətinin iştirakı ilə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, potensial tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulması və biznes imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edənlər - Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Bundestaqının deputatı Mark Hauptman, Almaniyanın Federal İqtisadi İşlər və Energetika Nazirliyinin dövlət katibi Tomas Barays və digərləri yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd ediblər.

Diqqətə çatdırılıb ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi və ticarət tərəfdaşıdır, ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun rolu əhəmiyyətlidir.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payının 70%-dən çox olduğunu, bu ilin 9 ayında ticarət dövriyyəsinin 80% artdığını qeyd edib. Vurğulanıb ki, Azərbaycanda alman kapitallı 200-dən çox şirkət qeydiyyatdan keçib. Almaniya tərəfindən Azərbaycana 560 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun 96%-i qeyri-neft sektorunun payına düşür. Ölkəmiz Almaniyanın “GİZ” təşkilatı, “KfW” İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq edir. Ölkələrimiz arasında energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya və maşınqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar böyükdür. R.Məmmədov Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin Dünya Bankının “Doing Business 2019” hesabatında öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edildiyinı və ən çox islahat aparan ölkə elan olunduğunu vurğulayıb. Nazir müavini Alman-Azərbaycan Xarici Ticarət Palatasının Avropa İttifaqı şirkətlərinin rəyləri əsasında hazırlanmış “Avropa İttifaqı Biznes Mühiti Hesabatı: Azərbaycan 2018”də ölkəmizdə 5 ən yaxşı biznes mühiti göstəricisinin (siyasi sabitlik, işçilərin bacarığı, işçilərin məhsuldarlığı və s.) xüsusi qeyd edildiyini diqqətə çatdırıb, Almaniyaya Azərbaycanın ixrac missiyasının, Almaniya-Azərbaycan Biznes Dialoqunun iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Tədbir “Biznes, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq” və “Azərbaycan yeni tranzit və enerji şəbəkəsi kimi” panellərində müzakirələrlə davam etdirilib.

Səfər çərçivəsində İqtisadiyyat nazirinin müavini R.Məmmədov Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun həmsədri, Almaniyanın İqtisadi Məsələlər və Enerji Nazirliyinin Xarici iqtisadi siyasət üzrə baş direktoru Ekhard Franzla görüşüb. Görüşdə energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya, maşınqayırma və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin