Sabiq nazir müavininin baldızı: Hər dəfə Arif müəllim 2-3 milyon verirdi...

01/12/2018 [16:04] - Gündəm (443)



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış, nəqliyyat nazirinin sabiq müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov xalası Lətifə Hüseynovadan polisə şikayət edib. Bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi – Lətifə və İsmayıl Hüseynovlar “Yeni Müsavat”a danışıblar.

Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov isə noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinə getmək üçün evdən çıxıb və bu günə qədər harada olduğu bilinmir.

Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib.
Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyib. Əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edib.

Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib. 1 həftədir ki, Rahib Hüseynovun harada olduğu bilinmir. Onun anası Lətifə Hüseynova oğlunu bacısı Xatından, onun həyat yoldaşı Arif Əsgərovdan, onların oğlu Elnar Əsgərovdan xəbər almaq istəyib. Binəqədidə yan-yana inşa olunan Əsgərovlara məxsus villaların qapılarına gedib. Onu qəbul etməyiblər, üstəlik, polisə də barəsində şikayət olunub.

(əvvəli burada)

“Arif(Əsgərov) müəllim dedi ki, yığışaq, kimin nəyi var sataq, borcları qaytaraq”

Lətifə Hüseynova deyir ki, Arif Əsgərov vəzifədən çıxarıldıqdan sonra problemləri yaranıb. Elnar Əsgərovun pullarını aldığı şəxslər onları narahat etməyə başlayıblar, pulları geri tələb ediblər. Həmin günlərdə Əsgərovlar ailəsinin təkidi ilə onun oğlu Rahib Hüseynov Türkiyəyə göndərilib, orada ailəsi ilə birgə 2 nəfərin nəzarəti altında saxlanıb. Daim Elnar Əsgərov Rahiblə telefonla danışıb.

“İyul ayında (2015-ci il) bacım Xatın oğlum Rahibə dedi ki, a bala, çıx get Türkiyəyə. Söhbət onun bağında oldu. Arif Əsgərov o söhbətdə iştirak eləmədi. Qudam, yeznəm iştirak etdilər, qardaşım, yoldaşım, mən, Rahib, Elnar, ortancıl oğlu Urfan da orada idi. Bacım dedi ki, Rahibin orada obyektləri var, gedib satıb qayıtsın. Biz də qaça-qaça kənddən gəlmişdik. Rahib 3-4 gün Türkiyəyə getmirdi. Ona dedim ki, axı sənə xalan tapşırdı ki, tez get, sən də təsdiq elədin. Rahib dedi ki, bəli, təsdiq elədim. Yoldaşı, 2 uşağı və özü üçün bilet aldım, aeroporta getdik.

Yoldaşı, 2 uşağı keçib getdi, Rahib geri qayıtdı. Soruşdum ki, nə olub? Dedi ki, ana, mən Türkiyəyə yalandan gedirəm, xalam o sözləri mənə əvvəldən öyrətmişdi. Demişdi ki, yanındakılara elə deyərsən. Mənim Türkiyədə nə obyektim, nə bir yerim, nə də satılası bir şeyim yoxdur. Elə-belə gedirəm. Onun bu sözlərindən sonra çox narahat oldum. Aeroportdan birbaşa bağa getdim. O gündən bacımın qapısı üzümə bağlıdır. Orada bacıma dedim ki, ay Xatun, sən belə deyirsən, da mənə belə deyir, bu nə məsuşaq ələdir? Qapı o gündən üzümə bağlanıb. Oğlumu iyulun ortalarından avqustun axırına qədər orada saxladılar. Məqsədləri nə idi, bilmirəm. Təhlükəsizliyini qorumaq idi, nə idi, bilmirəm.


Mən də ora getdim. Rahib orada mənə bir siyahı verdi. Dedi ki, Elnarın əli ilə bu adamlardan pul almışam, bu adamlara biz pul borcluyuq, adı bu, verdiyi pul bu, faizi də bu. Həmin siyahını alıb gətirib verdim Arif(Əsgərova) müəllimə. Arif(Əsgərov) müəllim siyahını götürdü ki, camaatın pulunu ödəsin.

Siyahı bu kitabdakı adamların siyahısıydı. Siyahını Rahib mənə verəndə demişdi ki, Elnarın göstərişi ilə bu pulları almışam. Arif(Əsgərov) müəllimə siyahını çatdırdım. Arif(Əsgərov) müəllim dedi ki, yığışaq, kimin nəyi var, sataq, borcları qaytaraq. Bizim də heyvanımız vardı, yataq vardı, nəyimiz vardı satdıq. Verdik ki, camaat sakitləşsin. Bilmirəm o pullar hara gedib, hara xərclənib. Dedilər ki, Elnarın “Azəriqazbank”a güclü borcları olub”.

def60255-2fa6-4ae0-bcc3-5dc30c3fe7fd.jpg (295 KB)

“Arif müəllim dedi ki, Rahibin arvad-uşağı orada nə işə qalıb, qayıdıb gəlsinlər”

Lətifə Hüseynovanın sözlərinə görə gəlini uşaqları ilə birgə Arif Əsgərovun təklifi əsasında Türkiyədən Azərbaycana qaytarılıb. Həmin vaxt gəlini ona deyib ki, oğlunu tək buraxmasın:  “Elnar pulları ora ödəyib. Atası bilməsin deyə, banka ödənişləri gizlin edib. Rahib Türkiyədə olanda Elnar onunla telefonla danışırdı. Onda eşitdim. Rahib Türkiyədə olanda mən onu tək buraxmadım, getdim-gəldim. Sonra Arif müəllim dedi ki, Rahibin arvad-uşağı orada nə işə qalıb, qayıdıb gəlsinlər. 5 gün Bakıda qalanda, 15 gün Türkiyədə onun yanında qalırdım. Axırıncı dəfə gedəndə səhər saat 11 olardı ora çatdım. Elnar Rahibə zəng elədi. Rahib kənara çəkilmək istədi. Onun yanında 2 türk də qalırdı. Birinin adı Səməd, o birinin adı Ercan idi. Həmin adamları Rahibin yanına Elnar qoymuşdu. Onları qoymuşdu Rahib qaçarmı, yoxsa onu gedib öldürərlərmi, bilə-bilmədim. Həmin telefon danışığını mən eşitdim. Elnar bilmirdi ki, mən Rahibin yanındayam. Elnar Rahibə deyirdi ki, gəlirsən Gürcüstana, atam əmimin yanındadır. O vaxtlar Arif müəllimin qardaşı Ayaz müəllim Qaxazın icra hakimi idi. Dedi ki, atam əmimin yanındadır, gəl ora, mənim sözlərimin çoxuna atam inanmır. Sən deyəndə, lap təsdiqlənəcək. Sən gəl ”Krasnı most”dan bəri keçən kimi atamla görüş və geri qayıt”.

3_n.jpg (132 KB)

“Arif müəllim o pulları verirdi ki, camaat onun üstünə gəlirdi, oğlunun yığdığı borclar idi”

Xalası Elnar Əsgərovun onun oğlunu aldadaraq həbsə aldırdığını deyir. Bildirir ki, oğlu Rahib Hüseynov həbs ediləndən sonra 4-5 ay ərzində Arif Əsgərov 21 milyon manat pulu onların vasitəsi ilə zərərçəkənlərə ödəyib və oğlunu azad ediblər: “Rahibə dedim ki, mən də səninlə gedirəm. Elnar razı olmadı, dedi ki, sən tək gəl, anan səninlə gəlməsin. Mən təyyarə ilə Bakıya gəldim. Rahibin əl telefonu, pul kisəsi onu gətirən taksidə qalmışdı. Sonradan bildik ki, Elnar oyun qurub ki, gömrükdən keçəndə Rahibi saxlayacaqlar. Avqustun 28-də mənə polisdən zəng gəldi. Rahib danışdı, dedi ki, məni tutdular, bilmirəm hara aparırlar. Həmin gün bilmədik Rahibi hara aparıblar.

Ismayil Hwseynov Arif Esgerov.jpg (294 KB)

Səhəri bildik ki, Elnar sürücüsünə bir ərizə yazdırıb ki, guya oğlum ondan pul alıb qaytarmayıb. Araşdırma apardılar. Arif müəllim pul verdi, biz də aparıb zərərçəkənlərə verdik. 11 ay ərzində Rahib həbsdə qaldı. Hər dəfə Arif müəllim 2 milyon, 3 milyon verirdi, biz də aparıb verirdik. Onlar da protokol verirdilər. Pulu biz aparıb verirdik deyə, protokolları da bizim adımıza yazıb verirdilər. Biz həmin vaxt başa düşmədik ki, həmin protokolları adımıza nahaq yazdırmışıq. Bu gün Elnar deyir ki, xalamla, xalamın yoldaşı pulları aparıb orada ödəniş etdilər. Guya pullar bizim olub. Bunu quraşdırıb danışır. Mən pulu verdikcə, müstəntiq ziyançəkəni çağırıb pulu təhvil verirdi, protokollaşdırıb bizə verirdi. Biz də həmin protokolları aparıb Arif (Əsgərov) müəllimə verirdik. Arif müəllim o pulları verirdi ki, camaat onun üstünə gəlirdi, oğlunun yığdığı borclar idi”.

4_n.jpg (176 KB)

“Biz nə etməli idik? Pulu verdilər, biz də aparıb verdik ziyançəkənlərə”

Lətifə Hüseynova Arif Əsgərovun oğlunun borc aldığı pulları zərərçəkənlərdən birinə əlbəəl qaytarıb: “Adil Zeynalovun anası (mərhum deputat Zakir Zeynalovun həyat yoldaşı-red.) mətbuata çıxandan sonra pullar verilməyə başladı. Onun pullarını əlbəəl verdilər. Zakir müəllimin oğlunun pulları verildi. Qorxuya düşüb pulları verdilər.

Elnar Esgerov.jpg (270 KB)

Elnar Əsgərov

Rahibi 11 ay orada saxladılar, başına maska keçirib incitmişdilər. Ad çəkməmişdi. Biz də dedik ki, Elnarın, Arif Əsgərovun karyerasını korlamayaq. Biz nə etməli idik? Pulu verdilər, biz də aparıb verdik ziyançəkənlərə. Ziyançəkənlər hamısı Elnar deyirdi orada. Miqafar Seyidov necə araşdırdı? Ziyançəkənləri dindirdi, hərəsi də pulu harada, kimə verdiyini dedi. Filan gün, filan saatda verildi.  Sonra eşitdik ki, işi xitama hazırlayırlar. Eşidirdim ki, Arif bacımı incidir, döyür, söyür. Yoldaşım İsmayıl öz xətti ilə məktub yazdı, Rahibə göndərdi. Rahib də həmin məktubu öz xətti ilə yazıb köçürdü. Həmin məktubu bacıma göndərdik”.

Esgerovun baldizi.jpg (151 KB)

“Elnar İngiltərədə institutdan ona görə qovulmuşdu ki…”

Lətifə Hüseynova deyir ki, indi Elnar həmin məktubu əlinə alıb gah mətbuata, gah hakimə, gah da Daxili İşlər Nazirliyində aparıb verib. Bəlkə də 10 yerə paylayıb. Ay Elnar, o məktubu payladığına, vicdanını qabağına qoy, yaxşı-yaxşı fikirləş, sən institutdan qovulanda ay Elnar, biz nə əziyyətlər çəkdik? Atana bildirmədik onu. Həmin həngaməni gətirib mənim balalarımın başına gətirdin. Elnar İngiltərədə institutdan ona görə qovulmuşdu ki, yerinə bir ərəbi imtahana salmışdı. Ərəbi tutmuşdular. Elnarı da tutmuşdular. Orada onu da, ərəbi də zaminə götürdülər, bura gətirdilər. “Meşok”la pul apardılar verdilər, qurtardılar. Mən ailənin içində idim, hər şeyi gördüm”.

Rahib HБseynov.jpg (189 KB)

Rahib Hüseynov

“Elnar, Emindən, Rahibdən əl çək!”

Lətifə Hüseynova deyir ki, həmin vaxt Elnar Əsgərovun ərəb tələbənin başına açdığı oyunları sonradan onun övladlarına qarşı da edib: “Həmin oyunları bir də mənim balalarımın üstünə açdın, ay Elnar. Sən İngiltərədən qovulub gəldin. Elnar, Emindən, Rahibdən əl çək! Evimin xalçasını, palazını, əşyasını da ver, evimi də ver. Ancaq Emindən, Rahibdən əl çək, ay Elnar! Qoy köçsün getsin dağa. Bakıda, Qovlarda yaşamasınlar. Daşkəsənə, Gədəbəyə gedib yaşasınlar. Ancaq əl çək onlardan!” (Ardı var)

“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim olundu
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar - fotolar
Aprelin 25-ə hava proqnozu
Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq
Memarlar etiraz edirlər: Bakıda bu binanı sökmək olmaz!
Xəbər lenti
24/04/2019 [23:38]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim olundu
24/04/2019 [23:29]:
“Space” telekanalı efirdə ədəbsiz ifadələrə görə cərimələndi
24/04/2019 [22:41]:
FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
24/04/2019 [21:34]:
Həsən Ruhani: ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur
24/04/2019 [20:44]:
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar - fotolar
24/04/2019 [20:18]:
Aprelin 25-ə hava proqnozu
24/04/2019 [19:07]:
Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq
24/04/2019 [18:46]:
AMEA-da kadr təyinatları olub
24/04/2019 [17:52]:
ABŞ-ın Yerevandakı səfiri “soyqırım” tədbirində erməniləri məyus etdi
24/04/2019 [16:41]:
Memarlar etiraz edirlər: Bakıda bu binanı sökmək olmaz!
24/04/2019 [15:35]:
Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb
24/04/2019 [14:29]:
Azərbaycanda DNT analizinin aparılması qaydası müəyyənləşib
24/04/2019 [13:18]:
İlham Əliyev Çində işgüzar səfərdədir
24/04/2019 [11:47]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
24/04/2019 [10:14]:
Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verdi
24/04/2019 [08:34]:
TAİB-in İstanbulda tanışma proqramı düzənlədi
24/04/2019 [08:27]:
"Prezidentliyə namizədliyimlə bağlı çağırışlar təxribat xarakterlidir" – Mübariz Mənsimov
24/04/2019 [00:01]:
Aprelin 24-ə hava proqnozu
23/04/2019 [23:37]:
Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşulub
23/04/2019 [21:39]:
Ən zəngin xəzinə kitabdır - Fotolar
23/04/2019 [21:29]:
Azərbaycan daxili işlər orqanlarında növbəti təyinat olub
23/04/2019 [20:22]:
Azərbaycan XİN BMT-yə etirazını bildirib
23/04/2019 [20:09]:
Qubada yeniyetmə qız özünü körpüdən atıb
23/04/2019 [19:17]:
Kraliça II Elizabet Trampı Britaniyaya dəvət edib
23/04/2019 [17:48]:
Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Avroliqada yarımfinalçılar müəyyənləşdi
Bədənində 152 tikiş olan Aprel qazisi: 12 kvadratmetrlik otaqda qalırıq
Meriya 100 min insanın rahatlığını "Formula-1"ə qurban verdi - şərh
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Aprelin 20-ə hava proqnozu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin