Şeyxülislam Küveytdə beynəlxalq konfransda iştirak edib - video

28/11/2018 [11:56] - Cəmiyyət (1484)



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə “Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusunda Əl-Küveyt şəhərində keçirilən “Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” adlı 8-ci beynəlxalq konfransda iştirak edib.

Azərbaycanın Küveytdəki səfirliyindən  bildiriblər ki, Şeyxülislam tədbirdə Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Abdullah Əl-Mətuqun şəxsi dəvəti ilə iştirak edib. QMİ-nin sədri konfransda məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Küveyt Dövlətinin ədliyyə, vəqflər və islam işləri naziri Fəhd Əl-İfasi və Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Abdullah Əl-Mətuq ilə görüşüb.

Görüşlərdə şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam dünyası ilə, o cümlədən Küveytlə sıx əməkdaşlığa xüsusi diqqət yetirdiyini qeyd edib, 2009-cu il fevralın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri və səfər zamanı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah ilə keçirdiyi görüşün iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyduğunu, hər iki ölkənin rəhbərliyinin fəaliyyəti və səyləri nəticəsində Azərbaycan və Küveyt əlaqələrinin müxtəlif səviyyələrdə və sahələrdə yüksək templə inkişaf etməyə başladığını diqqətə çatdırıb. QMİ sədri Azərbaycanın Küveyt ilə müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, dini-mənəvi və digər sahələrdə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə və aktivləşdirməyə səylər göstərdiyini bildirib.

Həmçinin Allahşükür Paşazadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə ətraflı məlumat verərək, problemlə bağlı Azərbaycanın ədalətli mövqeyinin Küveyt tərəfindən dəstəkləndiyi üçün qarşı tərəfə təşəkkürünü bildirib. Azərbaycan və Küveytin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin dəstəkləyən mövqedən çıxış etdiyini bildirən QMİ sədri Küveytin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı TŞ-də qaldırılacaq məsələlərdə bundan sonra da Azərbaycana köməkliyini əsirgəməyəcəyinə ümidvar olduğunu qeyd edib.

Bununla yanaşı, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Qarşı tərəf Azərbaycan ilə Küveyti bir çox amillərin birləşdirdiyini, ölkələrimiz arasında dini birliyin əhəmiyyətli rol oynadığını bildirərək, bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. 

Azərbaycanın sürətli inkişafına Küveyt xalqının səmimi qəlbdən sevindiyi qeyd edilib, Küveyt hökumətinin Azərbaycan ilə siyasi, mədəni, dini-mənəvi və s. sahələrdə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğu bildirilib. Görüşlərdə Azərbaycan və Küveytin hər zaman bir-birinin yanında olduğu, Küveytin bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi və bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğu vurğulanıb, Azərbaycanın da beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini və Küveytin BMT Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəklədiyini heç vaxt unutmayacaqlarını diqqətə çatdırıblar.

Eyni zamanda, tədbir çərçivəsində şeyxülislam A.Paşazadə qarşı tərəfin təşəbbüsü ilə BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar tərəfdaşlıq məsələləri üzrə köməkçisi Rəşid Xaliqov ilə görüşüb.
Görüşdə A.Paşazadə Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, beynəlxalq miqyasda yardımların göstərilməsi və əlaqələndirilməsinə verdiyi töhfələr haqqında məlumat verib. Eyni zamanda, dünyada dini zəmində meydana gələn narahatlıqların çoxaldığı bir dönəmdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib və burada siyasi iradənin böyük önəm daşıdığını vurğulayıb.

A.Paşazadə Azərbaycanda milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini vurğulayıb, ölkəmizdə etnik və dini müxtəlifliyin milli sərvət kimi dəyərləndirildiyini bəyan edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın multikultural və tolerant ideyaların mərkəzinə çevrildiyini, habelə ölkəmizin həm daxildə, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atdığını qeyd edib.

Öz növbəsində, R.Xaliqov VI Bakı Beynəlxalq Humanitar Forumda iştirakından, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edib, o, səmimi salamlarının, dərin hörmət və ehtiramının dövlətimizin başçısına çatdırılmasını xahiş edib. Azərbaycan ilə BMT arasındakı əlaqələri daha da inkişaf etdirməyə hər zaman hazır olduğunu bildirən R.Xaliqov gələcəkdə istər ölkəmizdə, istərsə də xaricdə hər-hansı bir layihənin birgə həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
Nazirlik milli parklara direktor axtarır
Azərbaycanda polis əməkdaşı göldə batıb
Xəbər lenti
21/05/2019 [00:03]:
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
20/05/2019 [23:28]:
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
20/05/2019 [22:41]:
Koçaryanın cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi
20/05/2019 [21:38]:
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
20/05/2019 [20:23]:
Azərbaycan buğda idxalını 28% artırıb
20/05/2019 [19:37]:
Saakaşvilinin xanımı İvanişvili rejiminə son qoymağın yolunu göstərdi
20/05/2019 [18:42]:
98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı
20/05/2019 [17:58]:
Qarabağ qaziləri Ərdoğanla görüşdülər
20/05/2019 [17:11]:
Nazirlik milli parklara direktor axtarır
20/05/2019 [16:49]:
Azərbaycanda polis əməkdaşı göldə batıb
20/05/2019 [16:14]:
CASCFEN Şəkidə seminar keçirib
20/05/2019 [16:01]:
Gürcüstan müxalifəti seçkilərin nəticələrinə etiraz edir
20/05/2019 [15:47]:
Mayın 21-ə hava proqnozu
20/05/2019 [15:34]:
Qüdrət Həsənquliyev: Paşinyanın cavabı döyüş meydanında verilməlidir
20/05/2019 [15:03]:
Ramiz Rövşənə “Avrasiya Əfsanəsi” mükafatı verildi
20/05/2019 [13:59]:
“Tramp-Putin görüşü hər kəsə xeyirlidir” –Uşakov
20/05/2019 [13:07]:
İTV-dən Avropa Yayımları Birliyinə etiraz – Azərbaycan xəritəsi ilə bağlı
20/05/2019 [11:39]:
Azərbaycan cüdoçusu Avropa kubokunun qalibi olub
20/05/2019 [10:21]:
Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşdü
20/05/2019 [00:03]:
Marneulidə qeydə alınan qayda pozuntuları nəticəyə təsir etməyib - yenilənib
19/05/2019 [23:42]:
Saakaşvili tərəfdarlarını hücuma səslədi
19/05/2019 [23:29]:
"Qalatasaray" 22-ci dəfə Türkiyə çempionu oldu
19/05/2019 [22:44]:
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19/05/2019 [21:11]:
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
19/05/2019 [20:59]:
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov polkovnik-leytenantı təqaüdə göndərdi
Qulamhüseyn Əlibəyli: Keşikçidağ monastrını Borçalı ilə dəyişdirmək olar
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Jirinovski: "İrandan gələn milyonlarla qaçqın hər şeyi silib-süpürəcək"
Vergi generalı Əmanətlərin Sığortalanması Fondunu necə idarə edir? - təfsilat
Azərbaycan yeni alyansa daxil olur
Azərbaycanın ən riskli bankları - siyahı
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
Azərbaycanda qızıl-gümüş bahalaşıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin