Meksika və Azərbaycan arasında turizmi təşviq etməyə yönələn bu Səfirliyin fəaliyyətlərinin bir hissəsi olaraq, səfir Rodriqo Labardini “Meksika yeganə dünyadır” başlığı altında Azərbaycanın 50-dən çox turizm agentlikləri və operatorlarına təqdimat keçirib.
İstiqlal.az xəbər verir ki, təqdimatda səfir Labardini mədəniyyətinin zənginliyi, coğrafi yerləşməsi və heyrətamiz mənzərələrinin sayəsində Meskikanın turizmi reallaşdırmaq üçün dünyada ən cazibədar ölkələrdən biri olduğunu qeyd edib. Diplomat vurğulayıb ki, Meksika yalnız il boyu yaxşı iqlim təklif etməkdən əlavə Rivera Maya, Sakit okean və Meksika körfəzində olan sahillərində, kaloniya şəhərlərində və Mexiko şəhəri, Akapulko, Quadalaxara və Kankunda aktiv gecə həyatı kimi yerlərdə çox müxtəlif fəaliyyətlər təqdim edir. Belə ki, o, mətbəxi, ekoturizmi, macəra, ekstrim turizmi, incəsənət, günəş və çimərlikləri və daha nələr kimi böyük seçimlərlə Meksikanın ailəvi istirahət fəaliyyətləri, işguzar turizm, romantik turizm, arxeologiya turizmi və, ekoloji və mədəni turizmi təklif etdiyini bildirib.
R.Labardini əlavə olaraq, 10 hissədən ibarət olub 32 ştatı əhatə edən, müxtəlif maraq mərkəzlərindən keçən Meksikanın turistik yolları haqqında; “Pueblos Maxikos” proqramı və Meksikaya daxil olmağa imkan verən viza şərtləri haqqında məlumat verib. Səfir sonda vurğulayıb ki, turizmin artması hər iki xalqın yaxınlaşması üçün fundamental faktordur və meksikalılarla azərbaycanlıların bir-birilərini tanımağa və adət-ənənə və mədəniyyətlərini paylaşmağa imkan verəcək.
Qeyd edək ki, Dünya Turizm Təşkilatına görə, 2017-ci ildə toplam 39.3 milyon beynəlxalq turist sayı ilə Meksika dünyada ən çox ziyarət edilən ölkələr arasında altıncı yeri tutur.