Sabiq komitə sədrinin cinayətləri üzə çıxdı

22/11/2018 [23:34] - Gündəm (754)



İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir. Sahib İbrahimova qarşı irəli sürülmüş ittihamın təfərrüatları yayılıb.

Adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə isə dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.

Ev dustaqlığında olan S.Ibrahimov barəsində cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.

İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.

Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satıb.

İttihamda göstərilir ki, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. Sahib İbrahiçov buna görə də Q.Rüstəmova “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.

Məlumata görə, həmin şirkətin direktoru Məzahir Cəfərov isə zərərçəkniş Q.Rüstəmovdan 62 min manat alıb. Qarşılığında isə ona “RRR” MTK tərəfindən tikilən başqa bir mənzili ona satacağını deyib. Ona verdiyi sənədlər isə saxta olub. Həmin mənzil isə “RRR” MTK-nın direktoru Nizami Məmmədov tərəfindən öncədən qanuni əsaslarla Elşad Qənbərova satılıb.

İttiham aktında əsasən S.İbrahimov eyni əməlləri ilə Sədaqət Əsədullayevdən 75 500, İlqar Quliyevdən 81 000, Etibar Allahverdiyevdən 162 400, Mübariz Kazımovdan 96 400, Həlimə Ocaqverdiyevdən 58 431, Habil Süleymanovdan 178 000 dollar alıb.

Əməllərini davam etdirərək Ayxan Budaqovdan 130 000 manat, Elnur Nuriyevdən 94 220 manat, Ramiz Mürsəliyevdən 91 350 manat, Gülnar Alıyevadan 350 000 dollar, İsmayıl Cəfərovdan 126 000 manat, Zaur Mustafayevdən 202 000 manat alıb.

Bundan əlavə başqa şəxslərə qarşı da eyni əməlləri törədərək onların pulunu ələ keçirib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişlərə saxta sənədlər əsasında ev satdığını qeyd edib və arayışlar verib.

Bundan Sahib İbrahimov Teymur Əliyev küçəsində yerləşən və Zabir Hüsyenova məxsus villanı 2,6 milyon dollara alacağını vəd edib. Ona 500 min dollar nağd pul verib, 1,1 milyon dolların əvəzində Nəsimi rayonunda 3 mənzil verib, qalan 1 milyon dolları isə ödəməyib. Bir müddət sonra isə həmin pulun əvəzinə Z.Hüseynovun övladları Zaur, Zamiq, Könül və Gülbacıya – hərəsinə bir mənzil satdığını qeyd edən saxta sənədlər verib. Daha sonra həmin mənzillərin başqa şəxslərin olduğu aydın olub.

Onun digər əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, paytaxtın Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.

Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan Sahib İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.

Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.

S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərəri istintaq dövründə ödəyib.

İş adamı Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır. 

Qeyd edək ki, İbrahim Nehrəmli də  fırıldaq “Xəzər adaları” layihəsi adı ilə dövlətdən aldığı 800 milyondan artıq krediti ələ keçirib. İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15  gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytarıb.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin