Gəncədə partlayış: - ölənlərin sayı 3-ə şatdı-yenilənib

20/11/2018 [12:14] - Gündəm (523)



Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.

Bu barədə  nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Fövqəladə hallar naziri qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.


***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, dağıntılar altından 50 yaşlı qadın və onun 25 yaşlı oğlunun meyiti çıxarılıb. Qadının orta məktəb müəllimi olduğu bildirilir.

Hadisə yerində axtarışlar davam etdirilir.



***

Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi 13 ünvanında yerləşən dördmərtəbəli binada partlayış nəticəsində dağıntılar altında iki nəfərin qaldığı ehtimal olunur.

Bu barədə virtualaz.org-a Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədov bildirib.

O, qeyd edib ki, hazırda hadisə baş verən ərazidədir və ərazidə xilasedicilər çalışırlar.

Hadisənin hansı səbəbdən baş verməsi isə məlum deyil: “Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki bilinmir. Bu Fövqəladə Hallar Nazirliyinin araşdırmasından sonra məlum olacaq”.


***

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb. Bunu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.

O bildirib ki, ərazidə xilasetmə işləri davam etdirilir: “Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqunolması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlanılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.

M.Zeynalov əlavə edib ki, uçqun zamanı 4 mənzildə dağıntılar qeydə alınıb: “İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyyə edilərək başqa ərazilərə köçürüləcəklər”. (Report)


***

Fövqəladə Hallar Nazirliyi Gəncədəki partlayışla bağlı növbəti məlumatı yayıb. 

Məlumatda deyilir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.

***

Gəncə şəhərində dördmərtəbəli binada partlayış baş verib. Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də qeydə alınıb.

Partlayış nəticəsində binanın bloklarından biri hissəvi olaraq çöküb. Bir nəfərin öldüyü və daha bir nəfərin yaralandığı bildirilir.

Virtualaz.org-a Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, dağıntılar altından meyiti çıxarılan şəxs 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Dağıntılar altından altından çıxarılan yaralı isə 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədovdur. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasdına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. 

Əməkdaşımıza o da bildirilib ki, partlayışın baş verdiyi binada hərbiçilər yaşayır. Ölən və yaralanan şəxslər də hərbiçidir.

Hadisə yerinə 6 təcili yardım briqadası göndərilib.

Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
Bakıda qadın itkin düşüb
Xəbər lenti
22/01/2021 [23:29]:
Maliyyə Nazirliyi hərbçilərin maaşlarının azalmasına aydınlıq gətirib
22/01/2021 [22:34]:
Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Qarabağ məsələsi müzakirə olunub
22/01/2021 [21:47]:
Mərkəzi Bank: Tədavülə 500 manatlıq pul nişanı buraxılmayıb
22/01/2021 [20:58]:
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
22/01/2021 [20:02]:
Dünya Bankı Azərbaycan ilə tərəfdaşlıq proqramının müddətini uzatdı
22/01/2021 [19:18]:
Azərbaycanda son sutkada 280 nəfər yoluxub - 11 nəfər vəfat edib
22/01/2021 [18:32]:
Zinəddin Zidan koronavirusa yoluxub
22/01/2021 [17:47]:
XİN Avropa Parlamentinin qətnaməsini pisləyib
22/01/2021 [17:05]:
Azərbaycanda daha iki erməni terrorçu barədə cinayət işi başlanılıb
22/01/2021 [16:44]:
Azərbaycanlı abayşünaslar TÜRKSOY-un “Abay 175 il” medalı və fəxri fərmanlarla ilə təltif olunub
22/01/2021 [16:19]:
Azərbaycan - Slovakiya qarşılaşması qapalı olacaq
22/01/2021 [15:50]:
Latviyanın yüz illik yubileyi, beynəlxalq səviyyədə tanınır
22/01/2021 [15:28]:
“Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” sərgisinin açılışı olub
22/01/2021 [14:56]:
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22/01/2021 [14:33]:
Qəbul imtahanlarına hazırlıq proqramlarında çətin mövzular ixtisara salınıb
22/01/2021 [13:24]:
Cins mal-qara və cücə idxalı 2023-cü ilədək gömrük rüsumundan azad edilib
22/01/2021 [13:06]:
Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin meyiti tapılıb
22/01/2021 [12:17]:
Azərbaycanda fevralın 1-dən dərslər əyani formada bərpa olunur - yenilənib
22/01/2021 [11:28]:
Türkiyədə İŞİD-in edam dəstəsinin üzvləri saxlanılıb
22/01/2021 [10:34]:
SMS-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
22/01/2021 [09:09]:
Şəhid ailələrinə 11 min manat sığorta ödənişinin verilməsi yekunlaşıb - təhlil
22/01/2021 [00:46]:
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər
21/01/2021 [23:24]:
Bakıda qadın itkin düşüb
21/01/2021 [23:16]:
Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək
21/01/2021 [22:28]:
Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qazaxıstanlı deputat: Biz, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq
Bakıda qadın itkin düşüb
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Səfirlik: “Azərbaycanı ADSW-də həmişə görmək istəyirik”
Yanvarın 21-ə hava proqnozu
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanlı rejissor vəfat edib
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
İran XİN başçısı Azərbaycana səfər edəcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin