Fransada yanacağın bahalaşmasına etiraz: 400-dən çox adam yaralanıb

19/11/2018 [09:59] - Dünya (404)



Fransada yanacağın bahalaşması əleyhinə kütləvi etirazlar ikinci gündür ki, davam edir. Rəsmilərin bildirdiyinə görə, etiraz aksiyalarının gedişində 400-dən çox insan yaralanıb. 

Fransa Daxili İşlər nazirinin sözlərinə görə, 300-ə yaxın etirazçı dindirilib, onlardan 157 nəfər saxlanılıb. Şənbə günü keçirilmiş küçə etirazlarında təxminən 288,000 insan iştirak edib, nazirlik bildirib.

“Sarı gödəcəklər” kimi ad çıxarmış etirazçılar bütün Fransa boyu avtomobil yollarında nəqliyyatın hərəkətini bloklayan maniələr qurublar.

Fransada Elabe institutu tərəfindən keçirilmiş rəy sorğusu göstərib ki, respondentlərin dörddə üçü “Sarı gödəcəklərin ” etirazını dəstəkləyir və 70 faizi isə yanacağa vergi artımı qərarının ləğvini istəyir. Daxili İşlər nazirliyinin məlumatına görə, şənbə günü küçə etirazları Fransanın 2000-dən çox məntəqəsində keçirilib.
İnsidentlərdən birində, etirazçılar tərəfindən əhatəyə alınan sürücü, özünü itirərək maşınını camaatın üstünə sürüb, nəticədə, bir qadın etirazçı ölüb.

Caen şəhərində etirazçılar yolun üzərinə cızdıqları yazıda prezident Macron-un istefasını tələb ediblər. Fransanın Daxili İşlər naziri Christophe Castaner bildirib ki, 3500-dək etirazçı ötən gecəni küçələrdə keçirib.

Onun sözlərinə görə, 400-dən çox adam yaralanıb, onlardan 14 nəfər ciddi dərəcədə.
Fransa mediasının məlumatına əsasən, bazar günü etirazlar ölkənin 150 məntəqəsində davam etdirilib.

Fransada geniş istifadə edilən dizel yanacağının qiyməti son 12 ay ərzində 23% artaraq, orta hesabla 1 litr üçün €1,51 ($1,71; 2,94 manat) təşkil edib, AFP bildirib.

Macron höküməti bu il dizel yanacağının hər 1 litrinə 7,6 sent və benzinin hər 1 litrinə 3,9 sent vergi tətbiq edib.

2019-cu ilin yanvarın 1-dən isə bu vergilərin, müvafiq olaraq, 6,5 sent və 2,9 sent artırılması nəzərdə tutulur ki, bu da etiraz edən camaatın səbr kasasını daşdıran qərar hesab olunur./BBC Azərbaycanca/
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
İlham Əliyev: “Böyük qayıdış başlayır”
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
Xəbər lenti
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
15/01/2021 [11:01]:
“Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir” - NATO-nun Baş katibi
15/01/2021 [10:14]:
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
15/01/2021 [09:28]:
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
14/01/2021 [23:32]:
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
14/01/2021 [22:48]:
Son 10 ilin ən yaxşı qapıçıları - siyahı
14/01/2021 [21:53]:
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
14/01/2021 [21:04]:
ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
14/01/2021 [20:36]:
Azərbaycanda son sutkada 380 nəfər yoluxub - 14 nəfər vəfat edib
14/01/2021 [20:14]:
Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14/01/2021 [19:23]:
Mərkəzi Bankın yeni binası 37 mərtəbə olacaq
14/01/2021 [18:37]:
"Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi
14/01/2021 [17:46]:
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”
14/01/2021 [16:58]:
Rusiyada 24 763 yeni yoluxma və 570 ölüm faktı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək
Hərbi vəzifəli əsgər intihar edib
Əli Nağıyev Armen Abazyanla görüşüb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin