Əli Kərimli 2 maddə üzrə ittiham olunur - AXCP bəyanat yaydı-yenilənib

18/11/2018 [13:13] - Siyasət (1014)



AXCP  partiya sədri və fəallarının həbsi ilə bağlı bəyanat yayıb:

17 noyabr 2018-ci ildə Milli Dirçəliş Gününün 30-cu ildönümünü qeyd etmək üçün Şəhidlər Xiyabananı ziyarət edən AXCP üzvlərinə qarşı polis zorakılığı baş verib. Polis aksiyanın baş tutmasına imkan verməyib, onlarla AXCP üzvü, eləcə də partiya sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli saxlanılaraq polis idarəsinə aparılıb.

Xalq Cəbhəsi Partiyası baş vermiş hadisəni Azərbaycanda sərbəst toplaşmaq kimi fundamental haqqa təcavüzün növbəti və daha eybəcər görsənişi kimi qiymətləndirir.

Azərbaycandakı avtoritar rejim üçün bu cür davranışlar adiləşmiş sayılsa da, AXCP, ölkənin müxalif qüvvələri, hələ də varlığını qoruyub saxlayan vətəndaş cəmiyyəti fəalları bu təqiblərin və inzibati zorakılıqların adiləşməsi ilə barışmaq fikrində deyil. AXCP ölkədə demokratiya uğrunda mübarizənin məsuliyyətini daşıyan siyasi güc olaraq vətəndaşların bu mübarizədə səfərbər edilməsi, siyasi azadlıqların bərqərar olması üçün bundan sonra da ardıcıl fəaliyyət göstərəcək. Heç bir qüvvə, heç bir repressiya və təqiblər onu bu mübarizədən yayındıra bilməz.

Xalq Cəbhəsi bəyan edir ki, partiyanın sədri Əli Kərimlinin və digər üzvlərinin həbsdə saxlanılması, onlara müxtəlif inzibati cəzaların verilməsi tamamilə qanunsuzdur. Bu zorakılıq aktının hakimiyyətin öz kadrlarının qeyri-adekvat əməllərindən, öz daxilində korrupsiya maraqlarının toqquşmasından diqqəti yayındırmaq, eləcə də ölkədə demokratik müxalifətin tamamilə sıradan çıxarılması məqsədilə törədilməsindən asılı olmayaraq, AXCP Azərbaycanda avtoritar rejimə qarşı prinsipal və ardıcıl mübarizəsindən bir addım da geri çəkilən deyil.

AXCP onun lideri Əli Kərimlinin və onunla birgə saxlanılanların dərhal azad edilməsini tələb edir.

Xalq Cəbhəsinin rəhbərliyi təşkilatın bütün üzvlərini maksimum diqqətli olmağa çağırır, partiya rəhbərliyinin qərarlarının icrası üçün səfərbərlik vəziyyətini elan edir. 
Azərbaycan Xalq Cəbhəsi Partiyası demokratiya uğrunda mübarizənin varlığının əsas faktorlarından biridir və partiyanın bütün üzvləri bu məsuliyyətli missiyanın əhəmiyyətini dəyərləndirir. AXCP inanır ki, bu mərhələ onun daha da güclənməsi ilə başa çatacaq. Təşkilatımıza qarşı bu qəsd bir daha onu göstərir ki, Xalq Cəbhəsi ölkənin siyasi müstəvisində nə qədər əhəmiyyətli bir rolun daşıyıcısıdır!

Bu ölkəyə müstəqilliyi biz qazandırdıq, demokratiyanı da biz gətirəcəyik!



***

Noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

"Qafqazinfo"nun xəbərinə görə, nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.

Saxlanılan 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub. Onlarla bağlı bu gün Səbail Rayon Məhkəməsində qərar veriləcək.

Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli də var. O, iki maddə üzrə ittiham olunur.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir. O da bu gün məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.


Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
İlham Əliyev: “Böyük qayıdış başlayır”
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
Xəbər lenti
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
15/01/2021 [11:01]:
“Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir” - NATO-nun Baş katibi
15/01/2021 [10:14]:
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
15/01/2021 [09:28]:
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
14/01/2021 [23:32]:
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
14/01/2021 [22:48]:
Son 10 ilin ən yaxşı qapıçıları - siyahı
14/01/2021 [21:53]:
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
14/01/2021 [21:04]:
ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
14/01/2021 [20:36]:
Azərbaycanda son sutkada 380 nəfər yoluxub - 14 nəfər vəfat edib
14/01/2021 [20:14]:
Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14/01/2021 [19:23]:
Mərkəzi Bankın yeni binası 37 mərtəbə olacaq
14/01/2021 [18:37]:
"Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi
14/01/2021 [17:46]:
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”
14/01/2021 [16:58]:
Rusiyada 24 763 yeni yoluxma və 570 ölüm faktı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək
Hərbi vəzifəli əsgər intihar edib
Əli Nağıyev Armen Abazyanla görüşüb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin