Cavid Qurbanov keçmiş şəriklərindən 42 milyon tələb edir

17/11/2018 [20:23] - Gündəm (504)



Bakı Apellyasiya Məhkəməsində  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Baghlan Group” FZCO və “Trans Qafqaz Transport” MMC arasında məhkəmə çəkişməsi ilə bağlı qərar verilib. 

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, ADY iddia ərizəsində “Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nu cavabdeh tərəf kim göstərib. Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” bu iki şirkətdən öhdəliklərinə görə yaranmış borcun ödənilməsini tələb edib. Nəsimi rayon Məhkəməsi qətnamə çıxararaq iddianı qismən təmin edib. Şirkətlər bu qərarla razılaşmayıb və apellyasiya şikayəti veriblər.

“Trans Qafqaz Transport” MMC və “Baghlan Group” FZCO-nun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.  İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılıb.

ADY-nin nümayəndəsi, vəkil İlqar Abbasov prosesdə iştirak etsə də, digər iki tərəf məhkəməyə gəlməyib.

İ.Abbasov çıxış edərək deyib ki, “Baghlan Group” rəsmi olaraq “Trans Qafqaz Transport”un (red-TQT) təsisçisi olub.

O bildirib ki, Hafiz Məmmədov “Dəmir Yolları İdarəsi” tərəfindən onlara “TQT”yə köçürülən 42 milyon manat pulu “Baghlan Group”un hesabına keçirib və həmin pullar ofşor hesablara çıxarılaraq orada bölüşdürülüb. “TQT”nin daşınar əmlakları müəyyən olunub və “İnterpol” vasitəsilə axtarışa verilib. İdarənin əmlakının özünə qaytarılması tələb edilir. Pulların bir hissəsi də Dubaydakı hesablara köçürülüb. 

Hakim bildirib ki, Vergilər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə göndərilən sorğulara cavab gəlib.

Məlumatda qeyd olunub ki, “Trans Qafqaz Transport” MMC Naxçıvan şəhərində qeydiyyata alınıb, rəhbəri isə Fərid Nadirxanovdur. Lakin beynəlxalq şirkət olduğu üçün təsisçisi barədə məlumat yerli dövlət strukturlarında yoxdur.

Vəkil qeyd edib ki, “Trans Qafqaz Transport” MMC-nin təsisçisi ərəb əsilli şəxsdir və həmin adam Dubaydadır.

Məhkəmədə məlum olub ki, “Baghlan Group” Azərbaycandakı nümayəndəliyini bağlayıb.

İlqar Abbasov bildirib ki, Hafiz Məmmədov “ADY”nin 47 maşınını Naxçıvana aparıb və orada gizlədib: “Biz indi bu maşınların geri qaytarılması ilə məşğuluq”.

Məhkəmə şikayət ilə bağlı qərarı elan edib. Belə ki, “Baghlan Group” FZCO məhkəməyə müraciəti zamanı təsisçisi barədə yetərli məlumat vermədiyi üçün onların şikayəti qeyri-mümkün hesab edilib. “Trans Qafqaz Transport” MMC-nin şikayəti isə təmin edilməyib, Nəsimi rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.

Yəni, məhkəmə “Azərbaycan Dəmir Yolları” ASC-nın xeyrinə qərar çıxarıb və “Hafka”nın öhdəliklərə görə “ADY”yə 42 milyon manat ödəməli olduğunu bir daha təsdiqləyib.

Məlumata görə, “Trans Qafqaz Transport” MMC 2002-ci ildən “Azərbaycan Dəmir Yolları”nın ali fraxt agenti olub. MMC-nin fəaliyyətinin əsas sahəsi “Azərbaycan Dəmir Yolları” fraxt siyasətinin ərazisində beynəlxalq səviyyədə “Avropa-Qafqaz-Asiya” dəhlizi vasitəsi ilə neft və neft məhsullarının daşınmasının həyata keçirilməsi olub.

“ADY”nin iddiası ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün internet resurlarında qeyd edilən nömrə ilə əlaqə saxladıq. Bizə bu şirkətin bağlandığı, artıq fəaliyyət göstərmədiyi bildirildi. “Baghlan Group” FZCO isə Z.Məmmədovun keçmiş ortağı, “Hafka” ləqəbli Hafiz Məmmədova məxsusdur.

Qeyd edək ki, Ziya Məmmədov Nəqliyyat naziri olan vaxt və ondan əvvəlki dövrlərdə Cavid Qurbanov, Hafiz Məmmədov və keçmiş nazir ortaq olublar, uzun illər birgə biznes fəaliyyəti göstəriblər. Sonralar onların arasında yaranan problemlər ayrılıqlara səbəb olub, hətta “Hafka” ilə Z. Məmmədovun qarşıdurması ilə bağlı materiallar da mətbuatda dərc olunub.

Ölkənin ən böyük biznes sahiblərindən olan bu üç şəxsdən biri-Hafiz Məmmədov 2010-cu illərin əvvəllərindən müflis olub, Ziya Məmmədov vəzifəsini itirəndən sonra faktiki “Hafka”nın taleyini yaşamağa məcbur qalıb. Üçüncü şəxs Cavid Qurbanov isə daha da dirçələrək keçmiş ortağı Ziya Məmmədovun bir vaxtlar nəzarətində olan “Azərbaycan Dəmir Yolları”na rəhbər gələrək öz imkanlarını genişləndirməyi bacarıb. Görünən budur ki, indi o, keçmiş ortaqları ilə haqq-hesab etmək məcburiyyətində qalıb. Çünki “Azərbaycan Dəmir Yolları” Z. Məmmədovun nəzarətində olan vaxt bu qurumun əsas korrupsiya mənbəyi olması heç kəsə sirr deyildi. Belə çıxır ki, C. Qurbanovun bu məsələləri araşdırandan sonra keçmiş ortaqlarından hesab sormaqdan başqa çıxış yolu qalmayıb.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin