Tikinti şirkəti 1700 nəfəri aldadıb

16/11/2018 [17:44] - İqtisadiyyat (444)



Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən hündürmərtəbəli binanın sahibi – “Bakı Group” MTK hələ də mənzil satdığı 1 730 nəfərin mülkiyyət hüququnu rəsmiləşdirməyib. 

Baxmayaraq ki, MTK rəsmilərinin sakinləri verdiyi “kupça” vədinin üstündən uzun illər keçib. Bunanın sakinləri səbirsizliklə tikinti şirkətinin qanunsuzluqlarına son qoyulacağı və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacaqları günü gözləyirlər.

“2 il əvvəl buradan ev alanda demişdirlər ki, tezliklə “kupça” veriləcək, amma sakinlərin heç birinə verilməyib. Halbuki, binada tam yaşayış var. Bütün kommunal xərcləri ödəyirik. “Kupça”nın olmaması bir sıra problemlər yaradır. Məsələn, xaricə getmək üçün viza almaq istəyəndə səfirlikdə məndən yaşadığım evin mülkiyyət sənədini tələb edirlər. Başqa işlər üçün də həmin sənədə ehtiyacım olur”, – deyə şikayətçilərdən biri Kəmalə Ələkbərova “Report”a bildirib.

“Report” məsələ ilə bağlı “Bakı Group”un direktoru Rasim Əkbərova müraciət edib. Direktor çıxarışla bağlı problemin kökünün təxminən 10 il bundan əvvələ gedib-çıxdığını deyərək məsuliyyəti üzərindən atıb: “Bu binanı podratçı qismində “İdeal İnşaat” şirkəti tikib. Onlar işi 2010-ci ildə təhvil verməli idilər, amma gecikdiriblər, üstəlik bir mənzili bir neçə nəfərə satıblar. Sonradan “İdeal İnşaat”ın rəhbərliyi dəyişib. 2015-ci ildən “Baku Group” onlarla münaqişə vəziyyətindədir. Hazırda “İdeal İnşaat”ın bugünkü rəhbərləri həbsxanadadır, bir cinayət işinə görə 11 il həbs cəzası alıblar. Onlar barədə əlavə cinayət işləri də var”.

Maraqlıdır ki, “Baku Group” “İdeal İnşaat”ın fəaliyyətindən vaxtında “xəbər tutmayıb”. Hətta yaşayış binasının tikintisi həyata keçirilərkən yanğın təhlükəsizliyi normalarına əməl edilməməsini belə MTK rəhbərliyi “görməyib”.

“Bir dəfə yanğın oldu, yanğınsöndürənlər binaya eyvanlardan girməli oldular. Buna görə də, hazırda Fövləladə Hallar Nazirliyi binaya rəy vermir, qəbul aktı yoxdur və dövlətə təhvil-təslim işləri ləngiyir. Bununla belə, çalışırıq ki, gələn ildən başlayaraq çıxarışlar verilsin”, - deyə R.Əkbərov özünə haqq qazandırmağa çalışıb.

ƏMDK-dan isə “Report”a sadəcə bildirilib ki, həmin binanın sənədlərində çatışmazlıqlar var və buna görə də sakinlərə çıxarış verilməsi mümkün deyil.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin