Mərakeş kralı VI Məhəmməd və Fransa prezidenti Emmanuel Makron krallığın Tanjer şəhərində Tanjer və Kasablanka şəhərlərini birləşdirən “Al Boraq” Yüksək Sürətli sərnişin qatarının açılışını edib.
İstiqlal.az xəbər verir ki, “Al Boraq” Yaxın Şərq və Afrika qitəsində istifadəyə verilən ilk sürət qatarı olmaqla bu layihənin gerçəkləşməsinə 4 milyarddan artıq ABŞ dolları xərclənib. Tangjer-Kasablanka dəmiryol xətti şəhərləri bir-birinə yaxınlaşdıracaq, iki böyük şəhər arasında hərəkətlilik sürətini artıracaq, sərnişinlərin sayını 3 milyondan 6 milyona çatdıracaq və nəhayət, yol təhlükəsizliyi və ətraf mühitin mühafizəsini yaxşılaşdıracaq.