Və ya Hollandiya bayrağı İndoneziya bayrağı ilə necə əvəzlənib
19 sentyabr 1945-ci il tarixində Surabaya əhalisi Yamato otelinin üzərində Niderland bayrağının dalğalanmasından narahatlıq keçirirdi. Bu xəbər tez yayıldı və bir çox gəncləri narahat etdi. Surabayanın yerli əhalisi dərhal izdihamlı şəkildə əvvəllər Oranje adlandırılan otelin qarşısında toplaşdı. İndoneziya artıq müstəqil dövlətdir, amma niyə həmin üç rəngli bayraq yenə də dalğalanır.
Araşdırmalardan sonra qarışıqlığın səbəbkarının NİCA tərəfindən Surabaya şəhərinin İcra başçısı təyin edilən, İndo Europesche Vereniging (İEV) lideri VF Ch. Ploeqman olduğu məlum olub. Ploeqman, 31 avqust tarixində anadan olan Ratu Vilheminanın doğum gününü qeyd etmək münasibətilə həmkarlarına Niderland bayrağını dalğalandırmağı əmr verib. Nəticədə Cak Sidik Mulyadi və Haryono adlı şəxslər otelə daxil olub və Ploeqramla görüşüb. Görüş zamanı mübahisə baş verib və Ploeqman tapançasını çıxardıb Cak Sidikə tərəf yönəldib. Özünü küncə sıxışdırılmış kimi hiss edən Cak Sidik cəld tərpənərək, gözlənilmədən bıçaq zərbəsi endirib. Hətta bıçaq bədənini deşərək digər nahiyyəsindən çıxıb və Ploeqmanı qətlə yetirməyi bacarıb. Lakin Cak Sidik Ploeqmanı öldürdükdən sonra köməksiz vəziyyətdə qalıb. O da Ploeqmanın cangüdələri tərəfindən qətlə yetirilib. Bu zaman Hariano və Kusno adlı şəxslər Yamato otelinin üzərində dalğalanan bayrağa tərəf dırmaşmağa başlayıb. Onlar qəhrəmanlıqla bayrağı sancmağa nail olurlar və bayrağın göy çalarlı hissəsini kəsirlər, lakin geriyə qayıtmaq istəyərkən Niderland silahlı qüvvələri tərəfindən atəşə tutulurlar və hər iki şəhid otelin üstündən yerə düşür.
Surabaya tarixinin şahidi Adi Setyavanın dediklərinə əsasən, Kusno ağır güllə yarası almasına baxmayaraq, taleyi Harianonun taleyindən yaxşı olmayıb. Hariono başından güllələnib. Hər ikisinin düşməsinə baxmayaraq həyatını xilas etmək olardı. Kusno isə yerdə uzanaraq dəhşətli ağrılarla can verib. Kusno adlı qəhrəmanın Simpanq adlı xəstəxanaya aparılarkən mübarizəni davam etdirmək üçün mesajı olub. “Qardaş Har, Surabaya camaatına deyərsən ki, bu mübarizəni dayandırmasınlar. Azadlıq!” Kusno son sözlərini deyərək əbədiyyətə qovuşub.
Hal-hazırda Majapahit adlanan otelinin üzərində bayrağın yırtılması hadisəsi Surabaya əhalisinin ruh yüksəkliyində əvəzolunmaz rola sahibdir. Yamato oteli İndoneziyada yenidən işğalı rədd edən mübarizənin lal şahidlərindən biridir.
Çərşənbə axşamı, 30 oktyabr 1945-ci il, Surabayada vəziyyət daha da gərginləşirdi. İnternatio inzibati binasında İngilis silahlı qüvvələri yüzlərlə respublikaçı mübarizlər və Surabaya əhalisi tərəfindən mühasirəyə alınıb. O vaxt üçün İngiltərənin rəhbəri Briqada Generalı AWS Mallabi və Dul Arnovonun təmsil etdiyi İndoneziya rəhbərliyi mübarizənin davamı olaraq, atəşkəs haqqında razılaşma eldə etmək üçün və Nepal əsilli İngilis qoşunlarının Perak ərazisinə köçürülməsi ilə bağlı müzakirələr aparılıb. Məsələ məlum idi ki, onlar dəfələrlə, küçədə gördükləri şəxsləri respublikaçı mübarizlər hesab edərək, onlara atəş açırdılar. Çıxmaları əmr olunmasına və köçmələrinə zəmanət verilməsinə baxmayaraq, Nepal əsilli İngilis əsgərlərinin Kalimas adlanan ərazinin ətrafında olan İnternatio inzibati binasını hələ də tərk etmək niyyətində olmadıqları görülürdü. Bir neçə saat davam edən atəşkəs sükutunu Nepal əsilli İngilis əsgərləri yenidən pozub. Gurkha (Nepal əsilli muzdlu ingilis əsgərləri) əsgərlərinin açdığı silah atəşindən sonra mübarizlər cavab atəşi açıb. İngilis əsgərləri ilə Surabaya gəncləri arasında silahlı toqquşmanı dayandırmaq mümkün olmadı. Qəfildən hər iki tərəf qarşılıqlı şəkildə güllə atəşindən qaçınmağa başlayıb. Pis hal odur ki, 49-cu Niderland Cənub-Şərqi Asiya Hərbi Birləşmələr Briqada Komandanı və Şərqi Yava Briqada Generalı AWS Mallabi, silahlı atışma zamanı İnternatio inzibati binasını tərk edib, qırmızı körpüdən keçən zaman qarşılıqlı açılan atəşlərin tam ortasında sıxışmış və tələyə düşmüşdü. Faktiki olaraq, o itkin düşən və ya yoxa çıxan kimi hesab olunub. Bir saat sonra isə onun cənazəsi güllələnmiş halda tapılıb. Briqada Generalı AWS Mallabinin ölü tapılması Şərqi Yava 5-ci Diviziyası Komandanı General EC Mansergh tərəfindən çox sərt qarşılanıb. Bu hal sonradan daha da geniş miqyaslı, yəni 10 noyabr 1945-ci il tarixində döyüş meydanının baş verməsinə səbəb olub. 10 noyabr 1945-ci il tarixli döyüşün xronologiyasında, İnternatio inzibati binasında baş verən hadisə Surabayada inqilab silsiləsinin əvəzolunmaz parçası kimi qələmə verilib. Çünki, İnternatio inzibati binasında baş verən Mallabinin ölümü, bundan sonra 09 noyabr 1945-ci il tarixli General EC Mansergh tərəfindən ultimatum verilməsi ilə nəticələnib. Manserghin ultimatumu əgər Surabaya əhalisi dərhal təslim olmasalar, növbəti gün qurudan, dənizdən və havadan 25 minlik İngilis ordusu tərəfindən hücuma məruz qalacaqları ilə təhdid edirdi. Lakin məlum olduğu kimi Surabaya əhalisi təslim olmadı. Onlar verilən ultimatuma məhəl qoymadı. Heç bir silah təhvil verilmədi və ya tərk edilmədi. 10 noyabr 1945-ci il tarixində Surabaya əhalisi İngiltərənin rəhbərliyi altında müttəfiq hərbi birləşmələrinin qurudan, dənizdən və havadan olan hücum həmlələrinə qarşı böyük qəhrəmanlıqla mübarizə aparıb. Bu qəhrəmanlıq dastanı bu günə qədər bütün İndoneziyada Qəhrəmanlıq günü kimi qeyd olunur və onların əziz xatirəsi anılır.