Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla neft bazarını müzakirə edib.
V.Putin Sinqapurda keçirilən regional konfransda jurnalistlərə açıqlamasında Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə keçirilən mərasimdə ABŞ prezidenti ilə neft bazarını müzakirə etdiyini deyib.
O qeyd edib ki, neftin qiymətinin bir barel üçün 70 dollar ətrafında olması Rusiya üçün məqbuldur. Rəsmi Moskva qlobal xam neft istehsalının həcmi üzrə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlığı davam etdirəcək.