Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb.
Layihə parlamentin plenar iclaslarında 3 gün - noyabrın 13-14-15-də müzakirə olunub. Deputatlar bir sıra təkliflərlə çıxış ediblər.
Müzakirələr zamanı "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinə, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetalarına baxılıb.
Spiker Oqtay Əsədov deyib ki, hökumətə təkliflərə cavab vermək üçün 8 gün - noyabrın 23-dək vaxt verilib.