Polşanın dövlət müstəqilliyinin bərpa edilməsinin 100 illiyi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
İstiqlal.az xəbər verir ki, tədbirdə Polşanın azərbaycandakı səfiri Marek Tsalka 100 illiklə bağlı bütün dünyada bayram tədbirlərinin keçirildiyini vurğulayaraq, ölkə tarixindən, onun keşməkeşli yollarından və uğurlarından söz açıb. Bildirib ki, yeni 50 illik tarixdə Polşa şanlı-şöhrətli zamanını yaşayır.
Azərbaycan hökuməti adından Polşa xalqını bayram münasibəti ilə təbrik edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Polşanın tarixinə nəzər salıb, deyib ki, bu ölkə tarixəd üç dəfə qonşu ölkələr arasında bölünüb, yalnız 1918-ci ilə öz müstəqilliyini bərpa edib: “Əlamətdar haldır ki, 2018-ci ildə həm Azərbaycan, həm də Polşa xalqı müstəqilliyinin 100 illiyini qeyd edir”. Nazir müavini iki ölkə arasındakı münasibətlərə toxunaraq deyib ki, Azərbaycanla Polşa 25 illik diplomarik əlaqələrə malikdir. Hər iki ölkə arasında dostluq münasibətlərindən söz açan M.Məmmədquliyev Azərbaycanla Polşanın bir çox sahələrdə sıx əməkdaşlıq etdiyini, əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyib.
Rəsmi hissədən sonra dünya şöhrətli Polşa pianoçusu, Şopen mükafatı laureatı Yeva Pobloçka klassik musiqi bəstəkarı Frederik Şopenin məşhur əsərlərini ifa edib.