Abel Məhərrəmov Madriddə bərk içib dava saldı - işdən qovuldu

15/11/2018 [17:36] - Gündəm (483)



Bakı Dövlət Unversitetinin (BDU) rektoru,  millət vəkili Abel Məhərrəmovun işdən çıxarılıb.  Bu barədə prezident İlham Əliyevin sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, müsavat.com akademik Abel Məhərrəmovun vəzifəsindən çıxarılmasının səbəbi ilə maraqlı məlumatlar yayıb.

Məlumatda bildirilir ki, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.  Məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub. Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər “maraqlı macəralar”la zəngin olub.

Əvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin – nümayəndə heyətinin  tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Sual oluna bilər ki, bir nəfər bu qədər yüklə niyə səfərə çıxır. Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin A. Məhərrəmovu “yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin “Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır.

Əldə etdiyimiz məlumata görə,  gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.

Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi “hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.”

Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına “tərbiyə” verməsi” tələbi ilə  restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz  sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.

Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı…

İlham Əliyev işdən çıxartdı, Novruz Məmmədov vəzifə verdi - yenilənib
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
Paşinyanla Saakyan Yerevanda görüşdülər
Daşınmaz əmlak kreditləri manatla veriləcək
Xəbər lenti
14/12/2018 [00:02]:
İlham Əliyev işdən çıxartdı, Novruz Məmmədov vəzifə verdi - yenilənib
13/12/2018 [23:31]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
13/12/2018 [22:36]:
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib
13/12/2018 [21:23]:
İlham Əliyev Gənclər Mərkəzinin açılışında iştirak edib
13/12/2018 [20:29]:
Paşinyanla Saakyan Yerevanda görüşdülər
13/12/2018 [19:34]:
Daşınmaz əmlak kreditləri manatla veriləcək
13/12/2018 [18:43]:
Avropa Parlamenti Rusiyanın “Şimal axını-2” layihəsinə qadağa qoydu
13/12/2018 [17:54]:
Dekabrın 14-ə hava proqnozu
13/12/2018 [17:06]:
Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi keçirilib
13/12/2018 [16:34]:
Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj
13/12/2018 [16:27]:
İlham Əliyev icra başçısını vəzifəsindən uzaqlaşdırdı - sərəncam
13/12/2018 [16:18]:
Özəl tibb müəssisələrdə vergidən yüksək yayınma riskləri aşkarlanıb
13/12/2018 [15:25]:
ABŞ bu dəfə Avropa İttifaqını hədələdi
13/12/2018 [14:34]:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni təyinat
13/12/2018 [13:48]:
Ermənistan rəsmisi Azərbaycana gələcək
13/12/2018 [12:56]:
Azərbaycanda dollar kreditlərinin verilmə qaydası dəyişdi
13/12/2018 [12:26]:
İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
13/12/2018 [12:03]:
Sergey Lavrov bu gün Bakıya gəlir
13/12/2018 [11:51]:
Eldar Mahmudovun oğlunun İspaniyada milyonluq mülkləri aşkarlandı - siyahı
13/12/2018 [11:39]:
Trampın keçmiş vəkili həbs edildi
13/12/2018 [10:46]:
Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib
13/12/2018 [09:57]:
Azərbaycan nefti ucuzlaşdı
13/12/2018 [00:37]:
Polis rəisi Rəqsanənin evini əlindən alır - təfsilat
12/12/2018 [23:53]:
Prokurorluq Azərbaycanın Ukraynadakı səfirliyində araşdırma aparır
12/12/2018 [23:04]:
Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ramil Usubov palkovnikləri işdən çıxartdı - siyahı
Bakının məşhur bazarı sökülür
Novruz Məmmədov qəbiristanlıqlarla bağlı qərar verdi
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
İlham Əliyev icra başçısını vəzifəsindən uzaqlaşdırdı - sərəncam
İlham Əliyev 9 sərəncam, 17 fərman imzaladı - yenilənib
Umayra Tağıyeva yeni vəzifəyə təyin olundu
İlham Əliyev yeni sərəncam imzaladı
Eldar Mahmudovun oğlunun İspaniyada milyonluq mülkləri aşkarlandı - siyahı
Paşinyan: “İlham Əliyevlə razılığa gəlmədik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin