Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohamed Alqubaisi BƏƏ – Azərbaycan Ticarət Məclisinin illik görüşünü keçirib.
İstiqlal.az xəbər verir ki, tədbirdə qeyd edilib ki, 2017-ci ildən bu yana Ticarət Məclisi BƏƏ və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verib. 2017-ci ilin mayında keçirilən Ticarət Məclisinin 9 iştirakçısı vardısa, bu dəfə onların sayı 34 olub. 2017-ci ilin mart ayına qədər iki ölkə arasında uçuşları BƏƏ şirkəti (Fly Dubai və Air Arabia) həyata keçiridisə, bu gün artıq üçüncü şirkət - BƏƏ-nin ikinci ən böyük Etihad Hava Yolları da həyata keçrir.
Səfir çıxışında bildirib ki, 2016-cı ildə BƏƏ-dən Azərbaycana qeyri- neft ixracatının həcmi 49.6 milyon ABŞ dolları olduğu halda, 2017-ci ildə bu rəqəm 60 milyon ABŞ dollarına çatıb: “2016-cı ildə Azərbaycandan BƏƏ-yə qeyri- neft idxalının həcmi 2.9 milyon ABŞ dolları idisə, 2017-ci ildə bu rəqəm 5.4 milyon ABŞ dolları olub. Azərbaycan Dubayda keçirilən qida sərgisində, BƏƏ şirkətləri də Bakıda keçirilən sərgilərdə iştirak edib. BƏƏ bazarlarında Azərbaycan istehsalı olan təbii şirələrə, mineral sulara, konservləşdirilmiş ərzaq məhsullarına, ət məhsullarına və müxtəlif meyvə çeşidlərinə rast gəlmək olar”.
Səfir həmçinin, ticarət əlaqələrinə, xüsusən, maliyyə sektoruna yönələn çətinlik və probləmlərə də toxunub. Tədbirdə BƏƏ – Azərbaycan Ticarət Məclisi maliyyə şirkətlərini investorlar qarşısında duran bu problemlərin və çətinliklərin asanlaşdırılmasına yönələn hədəflərə cəlb etməyə, müştərək layihələrin həyəta keçirilməsi yolu ilə ticari-iqtisadi əlaqələrin inkişaf yollarının öyrənilməsinə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi qarşısında duran çətinliklərin aradan qaldırılması üzərində işə, ticari və iqtisadi müxanizləri asanlaşdırmağa çağırıb.
Tədbirdə həmçinin, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, “AZPROMO"nun nümayəndələri, həmçinin hər iki ölkədən olan şirkətlər və iş adamları iştirak edib.