Cavid Qurbanov “Hafka” və Ziya Məmmədovu məhkəməyə verdi

14/11/2018 [09:58] - Cəmiyyət (104)



"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək iki şirkətə qarşı iddia qaldırıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, ADY iddia ərizəsində "Trans Qafqaz Transport” MMC və "Baghlan Group” FZCO-nu cavabdeh tərəf kim göstərib. 

Cavid Qurbanovun sədri olduğu "Azərbaycan Dəmir Yolları” bu iki şirkətdən öhdəliklərinə görə yaranmış borcun ödənilməsini tələb edib. Lakin məbləğin nə qədər olduğu bəlli deyil.

Nəsimi rayon Məhkəməsi qətnamə çıxararaq iddianı qismən təmin edib. Bu şirkətlər qərarla razılaşmayıb və apellyasiya şikayəti veriblər.

"Trans Qafqaz Transport” MMC və "Baghlan Group” FZCO-nun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. İş hakim Elşən Kazımovun icraatındadır.

Məlumata görə, "Trans Qafqaz Transport” MMC 2002-ci ildən "Azərbaycan Dəmir Yolları”nın ali fraxt agenti olub. MMC-nin fəaliyyətinin əsas sahəsi "Azərbaycan Dəmir Yolları” fraxt siyasətinin ərazisində beynəlxalq səviyyədə "Avropa-Qafqaz-Asiya” dəhlizi vasitəsi ilə neft və neft məhsullarının daşınmasının həyata keçirilməsi olub. Bu şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsusdur. 

"ADY”nin iddiası ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün internet resurlarında qeyd edilən nömrə ilə əlaqə saxladıq. Bizə bu şirkətin bağlandığı, artıq fəaliyyət göstərmədiyi bildirildi.

"Baghlan Group” FZCO isə Z.Məmmədovun keçmiş ortağı, "Hafka” ləqəbli Hafiz Məmmədova məxsusdur.

Qeyd edək ki, Ziya Məmmədov Nəqliyyat naziri olan vaxt və ondan əvvəlki dövrlərdə Cavid Qurbanov, Hafiz Məmmədov və keçmiş nazir ortaq olublar, uzun illər birgə biznes fəaliyyəti göstəriblər. Sonralar onların arasında yaranan problemlər ayrılıqlara səbəb olub, hətta "Hafka" ilə Z. Məmmədovun qarşıdurması ilə bağlı materiallar da mətbuatda dərc olunub. Ölkənin ən böyük biznes sahiblərindən olan bu üç şəxsdən biri-Hafiz Məmmədov 2010-cu illərin əvvəllərindən müflis olub, Ziya Məmmədov vəzifəsini itirəndən sonra faktiki "Hafka"nın taleyini yaşamağa məcbur qalıb. Üçüncü şəxs Cavid Qurbanov isə daha da dirçələrək keçmiş ortağı Ziya Məmmədovun bir vaxtlar nəzarətində olan "Azərbaycan Dəmir Yolları”na rəhbər gələrək öz imkanlarını genişləndirməyi bacarıb. Görünən budur ki, indi o, keçmiş ortaqları ilə haqq-hesab etmək məcburiyyətində qalıb. Çünki "Azərbaycan Dəmir Yolları” Z. Məmmədovun nəzarətində olan vaxt bu qurumun əsas korrupsiya mənbəyi olması heç kəsə sirr deyildi. Belə çıxır ki, C. Qurbanovun bu məsələləri araşdırandan sonra keçmiş ortaqlarından hesab sormaqdan başqa çıxış yolu qalmayıb.
“Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir” – David Şahnazaryan
Azərbaycanda yeni duz yataqları açılacaq
Çaylarda suyun səviyyəsi dəyişdi
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
Dekabrın 10-a hava proqnozu
Xəbər lenti
09/12/2018 [23:34]:
Hesablama Palatasının sədri: Rusiya SSRİ kimi dağıla bilər
09/12/2018 [22:55]:
“Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir” – David Şahnazaryan
09/12/2018 [21:43]:
Azərbaycanda yeni duz yataqları açılacaq
09/12/2018 [19:59]:
Çaylarda suyun səviyyəsi dəyişdi
09/12/2018 [18:27]:
Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı
09/12/2018 [16:48]:
Dekabrın 10-a hava proqnozu
09/12/2018 [16:36]:
“ABŞ bölgəni barıt çəlləyinə çevirmək istəyir” – İran XİN
09/12/2018 [15:28]:
Məşhur aparıcıların efirdəki səhvləri - siyahı
09/12/2018 [13:38]:
“Dünya gözəli-2018” yarışmasının qalibi məlum olub
09/12/2018 [11:41]:
Robert Koçaryan Yerevandakı “Kentron” həbsxanasında saxlanılır
09/12/2018 [09:54]:
Hüquq müdafiəçilərini Əli İnsanovla görüşə buraxmadılar
09/12/2018 [00:19]:
Paris od içində – Futbol çempionatı 6 ay müddətinə təxirə salındı
08/12/2018 [23:41]:
Həbsdə olan iş adamının Vergilər Nazirliyinə 1 milyon borcu var
08/12/2018 [21:38]:
Azərbaycanda dollar kreditləri ilə bağlı yeni qayda
08/12/2018 [19:32]:
Oliqarxların "qara siyahısı" baş nazirə təqdim olundu
08/12/2018 [17:06]:
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
08/12/2018 [16:25]:
Ələt azad iqtisadi zonası ilə əlaqədar 4 qanun dəyişdirilir
08/12/2018 [15:03]:
Qurban Qurbanov millinin baş məşqçisi postundan istefa verib
08/12/2018 [14:14]:
Şəhid övladları və kimsəsiz uşaqlar üçün pulsuz kurslar- Şəhid xanımından nəcib addım...
08/12/2018 [13:37]:
Azərbaycan öhdəlik götürdü – Hasilat 20 min barel azaldılır
08/12/2018 [11:43]:
Milli Məclis Azərbaycan parlamentinin banilərinin xatirəsini anmaqdan imtina etdi
08/12/2018 [09:53]:
Robert Köçəryan həbs olundu
08/12/2018 [02:10]:
Putin yunanlara söz verdi
08/12/2018 [02:04]:
Fransada yaşayan azərbaycanlılara xəbərdarlıq – "evdən çıxmayın”
08/12/2018 [00:53]:
İstirahət günlərinin hava proqnozu açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nicat Babayev nazir müavini təyin olundu - sərəncam
Ramil Usubovdan yeni rəis təyinatı
Ramil Usubov palkovnikləri işdən çıxartdı - siyahı
Sabiq nazir xəstəxanaya yerləşdirildi
Xalq artistinin bəyanatı nazir üçün çox gözlənilməz olub – rəsmi izahat
“Məni Azər Xudiyevdən və erməni nazirdən qoruyun” - Tələt Əliyevdən prezidentə sensasion müraciət
Nəhəng ABŞ şirkətləri Azərbaycanı tərk edir
Ukraynada vəzifədən çıxarılan erməninin yerinə azərbaycanlı seçildi
Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistanadır - ABŞ kəşfiyyatı
Novruz Məmmədov qəbiristanlıqlarla bağlı qərar verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin