Nazirlər Kabineti toyuq əti ilə bağlı qərar verdi

13/11/2018 [11:38] - İqtisadiyyat (405)



Nazirlər Kabintoyuq etietinin 8 noyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycana idxal edilən toyuq ətinin (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş, hissələrə ayrılmamış, dondurulmuş, sümüklü, sümüksüz cəmdək hissələri, döş əti və onun parçaları, dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları) 1 kiloqramı üçün tətbiq edilən 1 dollar, toyuq və digər ev quşlarının 1000 ədədinə tətbiq edilən 100 dollar idxal gömrük rüsumunun müddəti 2019-cu il dekabrın 15-dək uzadılıb.

Əgər bu qərarın müddəti uzadılmasaydı, toyuq və toyuq ətinə daha aşağı, yəni gömrük dəyərinin 15 faizi həcmində gömrük rüsumu tətbiq olunacaqdı.

Bəs toyuq və toyuq ətinə daha yüksək idxal gömrük rüsumunun tətbiqinin müddətinin 1 il uzadılması nə ilə əlaqədardır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vuqar Bayramov BakuPost-a açıqlamasında bildirib ki, hökumətin bu qərarı Azərbaycanda quş əti istehsalının artması ilə bağlıdır.

İqtisadçı ekspert nəzərə çatdırıb ki, rəsmi statistikaya əsasən 2018-ci ilin 8 ayı ərzində Azərbaycanda 5400 tona yaxın ət istehsal olunub. Bu da 2017-ci ilin anoloji dövrü ilə müqayisədə 45 faiz artım deməkdir. Eyni zamanda bu ilin 8 ayında 1100 ton artıq quş əti istehsal olunub: “Yüksək idxal gömrük rüsumunun saxlanılması birbaşa quş əti istehsalının artması ilə bağlıdır. Hökumət çalışır ki, yerli məhsullar xarici məhsullarla rəqabət apara bilsin. Güman olunur ki, qərara əsasən müddətin 1 il uzadılması xarici məhsulların qiymətinə təsir göstərəcək. Amma burada məqsəd tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, Azərbaycanda quş əti istehsalı istehlakdan daha çoxdur. O baxımdan hökumət ölkəyə ucuz quş əti daxil olmasını gömrük siyasəti ilə məhdudlaşdırır. Amma son qərar yerli quş ətinin qiymətinə təsir göstərməməlidir. Çünki ölkədə istehsal edilən məhsulun xərcində hər hansı dəyişiklik yoxdur, bu, qiymət artımına səbəb olmamalıdır. Əgər qiymət artımı olacaqsa, bu, süni qiymət artımı olacaq. Nazirlər Kabinetinin son qərarının yerli istehsal məhsulunun qiyməti ilə heç bir əlaqəsi yoxdur”.
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
Xəbər lenti
23/05/2019 [19:23]:
“Keşikçidağ”da yerləşən tarixi abidələrin mühafizəsi artırılacaq
23/05/2019 [18:46]:
UAZ-ın yeni baş direktoru azərbaycanlıdır!
23/05/2019 [18:11]:
Mayın 24-ə hava proqnozu
23/05/2019 [17:44]:
NATO Rusiyanı Krımdan çıxmağa çağırdı
23/05/2019 [17:06]:
“Region” ingilislərin qarayaxma kampaniyasına cavab verdi
23/05/2019 [16:59]:
İzmirdə 8 PKK terrorçusu saxlanıldı
23/05/2019 [16:25]:
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23/05/2019 [15:42]:
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə yeni nümayəndəsi təyin olunub
23/05/2019 [15:38]:
Türkiyə İrandan qaz idxalını dayandırıb
23/05/2019 [15:21]:
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23/05/2019 [14:53]:
Qüdrət Həsənquliyev: Paşinyanın qovulması vaxt məsələsidir
23/05/2019 [14:46]:
Deputatların statusuna dair qanuna dəyişiklik təklif edilir
23/05/2019 [13:57]:
Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə
23/05/2019 [13:21]:
Tələbələrin olduğu mikroavtobus aşıb: 2 ölü, 21 yaralı –yenilənib
23/05/2019 [13:04]:
Dini eksremizm təhdidləri və onların qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolu
23/05/2019 [12:34]:
İstanbulda bələdiyyə seçkisinin nəticələrinin ləğvinin səbəbi - rəsmi
23/05/2019 [11:44]:
Əməkdar artist vəfat etdi
23/05/2019 [10:22]:
FİFA DÇ-2022 iştirakçılarının sayını artırmaqdan imtina edib
23/05/2019 [00:41]:
İsgəndər Həmidov həbs oluna bilər - əməliyyat
23/05/2019 [00:02]:
İlham Əliyev 2 fərman, 6 sərəncam imzaladı - yenilənib
22/05/2019 [23:52]:
Terrorçular Suriyada əsas şəhərlərdən birini tutdular
22/05/2019 [23:14]:
Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 3 dəfə artıb
22/05/2019 [22:23]:
İstanbul-Ankara təyyarəsi dirəyə çırpıldı
22/05/2019 [21:35]:
Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçəcəklər
22/05/2019 [20:46]:
Azərbaycanlı gənc Londonda dünyanın ən yaxşı natiqi seçilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirin əmisi oğlu gömrükdən qovuldu - rəsmi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı - yenilənib
Səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
İlham Əliyev icra başçılarının yerini dəyişdi - siyahı
Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Hakim polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi
Dünyanın ən varlı siyasətçiləri - siyahı
Laçının işğalından 27 il ötür
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin