Daha 83 dövlət əmlakı hərraca çıxarılır

12/11/2018 [18:32] - İqtisadiyyat (445)



Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 11-də keçiriləcək növbəti hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb, onlardan 35-i kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Bu barədə virtualaz.org-a Komitədən məlumat veriblər.

Məlumata əsasən, hər bir investora maraqlı ola biləcək kiçik dövlət müəssisə və obyektləri respublikanın Qazax, İmişli, Şəki və digər bölgələrində yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 11 min 266 kvadratmetr arasındadır. Ən yüksək ümumi faydalı sahəyə malik olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir.

Qeyd edilən ünvandakı əmlak kompleksi ümumi ərazisi 37 min 602 kvadratmetr olan torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Fərqli biznes istiqamətlərində investora gəlir qazandıra biləcək yüksək potensiallı bu obyektin ilkin hərrac qiyməti 715 min manatdır.

Daha az büdcə ilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən vətəndaşlar seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5,8 kvadratmetr və 287,9 kvadratmetr intervalındadır. Müxtəlif sahələr üzrə ofis və xidmət obyekti kimi istifadəyə imkan verən dövlət əmlaklarından 12-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir. Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Y. Eyvazov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 147 kvadratmetrdir.

Budəfəki hərraca çıxarılan “Kia”, “Daewoo”, “Mercedes” və “Mitsubishi” kimi markalardan olan avtomobillərin buraxılış tarixləri 2005-2008-ci illərdir. Özəlləşdiriləcək səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketlərinin ümumi həcmi 30-45 faiz arasındadır. “Azərmetalinvest”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlərinin ticarət, kəndkimya, nəqliyyat, tikinti-inşaat kimi sahələr üzrə fəaliyyət imkanları mövcuddur.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda iştirak etmək istəyən vətəndaşlar Komitənin rəsmi saytı (emdk.gov.az), sosial şəbəkələrdəki səhifələri və Özəlləşdirmə portalından (privatization.az) ətraflı məlumat əldə edə bilərlər. Göstərilən mənbələrə yerləşdirilmiş dövlət əmlakları haqqında məlumatlarla tanış olmaqla yanaşı, elektron sifariş vermək və hərracda onlayn iştirak etmək kimi imkanlar da mövcuddur.

Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan açıq və şəffaf hərraclarda hər kəs iştirak edərək əmlak sahibi ola bilər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının ölkənin bir sıra regionlarında yerləşməsi və müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərməsi investorların seçim imkanını artırır.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin