Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar

10/11/2018 [18:48] - Gündəm (366)



Bir sıra KİV-lər, həmçinin sosial şəbəkələrdə jurnalist İlkin Məmmədlinin həbs olunduğu barədə məlumat yayılıb. Hüquq müdəfiəçisi Samirə Ağayevanın Turan İnformasiya Agentliyinə verdiyi məlumata görə, dünən Bakıxanov qəsəbəsindəki Asan xidmətə xarici pasport almaq üçün gedən İlkin Məmmədliyə orada bildirilib ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub.

Daha sonra onu Sabunçu rayonunun 13-cu polis bölməsinə aparıblar və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriblər. Qeyd edilir ki, dünən axşam İlikinin idarəyə gələn atası və vəkilinə onunla görüşməyə icazə verilməyib. Xatırladılır ki, lkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka saxlanılıb və bütün məhkəmələrə şahid qismində dəvət edilib. 


Bu məlumatı əsas götürən bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, İ.Məmmədli məhz Nardaran hadisələrinə görə saxlanılıb. Bir qism istifadəçilər isə hakimiyəti, dövlət orqanlarını tənqid edərək baş vermiş hadisəni ölkədə söz azadlığı, insan hüquqları, dini azadlıqların pozulması kimi qələmə verirlər. 
 
 Sfera.az İlkin Məmmədlinin hansı səbəbdən saxlanması ilə bağlı araşdırma aparsa da ətraflı məlumat əldə etmək mümkün olmayıb, lakin  onun fəaliyyəti ilə bağlı həqiqətən də bəzi şok detallar üzə çıxara bilib. 

Belə ki, araşdırma İlkin Məmmədlinin İrandan idarə olunan sizinyol.com saytını işlətdiyi və cənub qonşumuzun bəzi radikal dini dairələrinin maraqlarına uyğun şəkildə ölkəmizə qarşı həyata keçirilən kampaniyada fəal iştirakı ilə seçildiyini göstərib. Əldə etdiyimiz məlumata görə, İ.Məmmədov hazırda İranda yaşayan və əslən Cəlilabad rayonundan olan Əşrəf Eyvazov adlı şəxslə sıx əlaqədə olub. Sonuncu isə İranın Azərbaycana qarşı sərt mövqeyi ilə seçilən radikal şiəçilərlə yaxın əlaqədədir. 

Həmçinin, İlkin Məmmədlinin tez-tez İrana getdiyi və ya İrandan gələn şəxslərlə görüşüb onlardan maliyyə vəsaiti aldığı, sonra isə həmin vəsaiti müxtəlif KİV, QHT və ya insanlara çatdırdığı və bir növ vasitəçi funksiyasını yerinə yetirdiyinə dair ciddi faktların mövcud olduğu üzə çıxıb. Belə demək mümkündürsə, onun faktiki olaraq İranın radikal dini dairələrinin agenti olduğu və bu dairələrin Azərbaycanda pozucu fəaliyyətində fəal iştirak etdiyinə dair əsaslı şübhələr var. 

İ.Məmmədlinin məhz bu amillə, yaxud başqa səbəbə görə saxlanmasına dair hər hansı məlumat yoxdur. Hər halda, yaxın zamanlarda məsələ ilə bağlı hüquq mühafizə orqanlarından açıqlama veriləcəyi şübhə doğurmur
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
Xəbər lenti
17/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
17/02/2019 [09:46]:
Müxalifət yeni mitinqin elanını verdi
17/02/2019 [00:08]:
Prezident Polad Bülbüloğluna tapşırıq verdi
16/02/2019 [23:31]:
Gürcüstan Prezidenti Administrasiyasında işçilərin 50 faizi ixtisar edilir
16/02/2019 [22:24]:
Lavrov və Mnatsakanyan Münxendə Qarabağı müzakirə etdilər
16/02/2019 [21:12]:
ABŞ-ın Türkiyəyə yeni səfiri təyin edilib
16/02/2019 [20:08]:
Kütləvi davanın səbəbkarları axtarılır - Çeçenstamlı nazir Əli Həsənovun bəyanatına reaksiya verdi
16/02/2019 [19:57]:
Hava kəskin dəyişəcək- Nazirlik proqnozu açıqladı
16/02/2019 [18:51]:
Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək - rəsmi
16/02/2019 [17:42]:
"Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
16/02/2019 [16:34]:
İlham Əliyev Siyavuş Novruzovu ordenlə təltif edib
16/02/2019 [15:29]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı
16/02/2019 [15:17]:
İran XİN başçısı: “İrana qarşı müharibə etmək intihara bərabərdir”
16/02/2019 [14:43]:
Aqil Ələsgər beynəlxalq nüfuzlu mükafata layiq görüldü - Video
16/02/2019 [14:02]:
Azərbaycanlılar və çeçenlər bir masa arxasına toplaşdılar
16/02/2019 [13:13]:
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
16/02/2019 [12:44]:
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
16/02/2019 [12:27]:
Çempionlar Liqasını qazana bilməyən ən yaxşı baş məşqçilərin reytinqi - siyahı
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:33]:
“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
16/02/2019 [10:27]:
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
“Yoxlamalara ehtiyac qalmayacaq” – Nazir müavini
Baş nazirdən yeni təyinat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin