“Turqut Özalı KQB zəhərləyib” – sabiq nazirdən gözlənilməz açıqlama

09/11/2018 [13:19] - Dünya (213)



Türkiyənin VIII Prezidenti Turqut Özalın ölümü rusların işinə yarayıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, bu fikirləri Türkiyənin sabiq dövlət naziri Mətin Gurdərə deyib.

Mərhum Turqut Özalın zəhərlənərək öldürülməsi haqqında söz-söhbətlər heç vaxt siyasi gündəmdən çıxmayıb. İllər əvvəl Əhməd Özal və Qorqud Özal “öldürüldü” iddiaları ilə Turqut Özalın ölümünü təkrarən siyasi gündəmə gətirib və onun zəhərlənmə məsələsi yenidən diqqət mərkəzində olub.

Bu baxımdan sabiq dövlət naziri Mətin Gurdərənin hələ 10 il əvvəl Turqut Özalın ölümü haqqında danışarkən çox maraqlı fikirlər açıqlaması diqqətdən qaçmamalıdır. Sabiq nazir bu haqda danışarkən bildirib ki, Ukraynada prezidentliyə namizədlərdən birini zəhərlədilər, həmçinin Londonda KQB-nin sabiq əməkdaşı zəhərləndi: “O illərdə çox pərişan bir Rusiya vardı, yerlə sürünürdü. Türkiyə də Özalın sayəsində bayraq kimi dalğalanırdı. Daha sonra KQB imkanlarından istifadə edərək Putin Rusiyadakı rejimə əl qoydu. Onun liderliyində Rusiya toparlandı. Rus dərin dövləti yerlə sürünən ölkəyə müdaxilə etdi, öz namizədini hakimiyyətə gətirdi və Rusiya toparlandı. Öz dövlətini düşdüyü vəziyyətdən xilas etmək üçün hadisələrə daxil olan KQB o zaman gələcəyi Qafqaz və Orta Asiya olmadan bir məna kəsb etməyəcəyini anlayırdı. Turqut Özal ora gedəndə səhhətində problemləri yox idi. Ancaq oradan çox pərişan qayıtdı, xəstəliyi getdikcə gücləndi.

Gələcəyin Rusiyası üçün Orta Asiya və Qafqazda Türkiyənin təsirini azaltmaq üçün Özala qarşı bir zəhərlənmə əməliyyatı oldusa, onların vasitəsilə oldu. Əgər bir zəhərlənmə varsa, ancaq bu şəkildə ola bilər. Yəni Özala yeməklər hazırlanır. KQB-nin adamları yeməyə zəhər qatır və Özal Türkiyəyə qayıdanda pərişan olur, xəstələnir və vəfat edir. Tibbi baxımdan bunu araşdırmaq lazımdır”.

Özalın ölümünün rusların işinə yaradığını deyən sabiq dövlət naziri daha sonra qeyd edib ki, hadisədən illər sonra Orta Asiya və Qafqazda Türkiyənin təsiri azalıb:

“Əvvəl bizim təsirimiz daha güclü idi. Bu ölüm kimin işinə yarayıbsa, sui-qəsdin arxasında onları axtarmaq lazımdır. Mən Türkiyə daxilində Özala qarşı belə bir əməliyyatın ola biləcəyini ehtimal etmirəm. Əgər varsa, Rusiyanın İtaliya məxfi xidmətinin vasitəsilə Orta Asiya və Qafqazda təkrar təsirini gücləndirmək məqsədilə Özala belə bir sui-qəsd edə biləcəyini ehtimal edirəm. Özal nə dərin dövlətlə, nə də bu işi edə biləcək digər güclərlə qarşıdurma halında deyildi. Əksinə, bütün güclərlə liberal münasibətdə idi. Özal gücü və təsirindən heç bir zaman qarşısındakı insanı əzmək və sındırmaq üçün istifadə etməzdi. Bu səbəbdən də belə bir düşmənin olacağını düşünmürəm. Türkiyədə kimnsə belə bir sui-qəsd təşkil etsəydi, uduşu nə olardı?”.

Turqut Özalın 5 ölkəyə baş tutan 12 günlük Türküstan səfərindən sonra vəfat etdiyinə diqqət çəkən Mətin Gurdərə əlavə edib ki, dedikləri həqiqətdirsə, türk kəşfiyyatı artıq bu informasiyanı faktlarla əldə edib:

“Ancaq bu informasiyanı sonradan əldə etsən belə, nə edəcəksən? Bunu əsla açıqlaya bilməzsən. Bir az irəli getsən “prezidentinizi qoruyardınız, biz bunu etmədik” deyərlər. Beynəlxalq siyasətdə məsələlər belədir. Nəticə budur ki, Türkiyə çox əhəmiyyətli bir dövlət adamını itirdi. Yalnız itirmədi, həm də Orta Asiyada təsirini azaltdı”.  
Azərbaycan nefti ucuzlaşıb
İlham Əliyev Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
Daha 300 məcburi köçkün ailəsinə ev verildi
Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açdı
İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı
Xəbər lenti
24/01/2019 [12:03]:
Azərbaycan nefti ucuzlaşıb
24/01/2019 [11:50]:
İlham Əliyev Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
24/01/2019 [10:46]:
Daha 300 məcburi köçkün ailəsinə ev verildi
24/01/2019 [09:15]:
Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açdı
24/01/2019 [01:10]:
İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı
24/01/2019 [00:08]:
Venesuela müxalifətinin lideri prezident vəzifələrini ələ keçirdi
23/01/2019 [23:09]:
MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
23/01/2019 [21:37]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23/01/2019 [20:06]:
AzTV-də kadr islahatına və audit yoxlamalara başlanılıb
23/01/2019 [18:29]:
İran Almaniyanı təxribatlara uymamağa çağırdı
23/01/2019 [17:03]:
Avropa ordusunu qurmaq üçün ilk addım atıldı
23/01/2019 [15:34]:
Klublarımızın qış transferləri
23/01/2019 [14:16]:
Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
23/01/2019 [12:47]:
Bakıda qanunsuz parklanmaya nəzarət üçün 98 kamera quraşdırılıb
23/01/2019 [11:04]:
“Qaçqınkom”un bir neçə müəssisəsi ləğv edildi
23/01/2019 [09:37]:
Qulamhüseyn Əlibəyli Mehman Hüseynovun cinayət işinə xitam verilməsindən danışdı
22/01/2019 [23:48]:
İlham Əliyev və Nikol Paşinyan Qarabağı müzakirə etdilər - yenilənib
22/01/2019 [22:11]:
Bu il Azercell daha 25 tələbəni sevindirdi
22/01/2019 [21:16]:
Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
22/01/2019 [19:51]:
Axtarışda olan 15 nəfər saxlanıldı
22/01/2019 [18:19]:
Belarus boru kəmərləri ilə neft nəqli tariflərini artırıb
22/01/2019 [16:48]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
22/01/2019 [15:23]:
Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı
22/01/2019 [13:59]:
Afaq Məsudun kitabı Misirdə nəşr olunub
22/01/2019 [12:13]:
Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
Deputat: Azərbaycanda elə proseslər baş verər ki, tüklərimiz biz-biz olar...
Müxalifətin mitinqi başa çatıb - yenilənib
Zamirə Hacıyevaya iki order təqdim edildi
Ramil Usubov polis rəisinin yerini dəyişdi
Vergilər Nazirliyində ixtisarlar olacaq - fərman
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin