Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalandı

08/11/2018 [18:34] - Gündəm (222)



Prezident İlham Əliyev xalq artisti Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin Teatra rəhbərlik etmişdir.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amalya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.

Nekroloqu imzalayıblar:

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Ceyhun Bayramov

Anar Rzayev

Eldar Quliyev

Azər Paşa Neymətov

Rasim Balayev

Şəfiqə Məmmədova

Hacı İsmayılov

Nurəddin Quliyev.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaq (Füzuli meydanı, 1).
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Bu gün İlaxır çərşənbədir
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
İlham Əliyevdən Novruz təbriki
Xəbər lenti
19/03/2019 [00:22]:
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
19/03/2019 [00:11]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
19/03/2019 [00:00]:
Bu gün İlaxır çərşənbədir
18/03/2019 [23:34]:
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
18/03/2019 [23:29]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
18/03/2019 [22:19]:
OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər
18/03/2019 [21:28]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [20:31]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [20:08]:
İlham Əliyevdən Novruz təbriki
18/03/2019 [19:27]:
Saakaşvili gürcü partiyasının lideri postundan gedir
18/03/2019 [18:42]:
Azərbaycanda 4000 nəfərə “pul atan” mütəşəkkil dəstə ələ keçdi
18/03/2019 [17:21]:
Sabiq prokuror Abbasov da azadlığa buraxıldı
18/03/2019 [16:37]:
İlham Əliyev sərəncam imzaladı
18/03/2019 [15:51]:
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
18/03/2019 [14:21]:
“Azərsun Holdinq”dən qiymət açıqlaması
18/03/2019 [13:16]:
Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışlayır
18/03/2019 [12:42]:
Azərbaycan millisi itki ilə üzləşib
18/03/2019 [11:29]:
Avropada radikal sağçılar silahlanırlar
18/03/2019 [09:58]:
Əfv sərəncamının icrası başa çatdı
17/03/2019 [23:29]:
Bakıda avtobus qəzası böyük tıxac yaratdı
17/03/2019 [21:31]:
Martın 18-ə hava proqnozu
17/03/2019 [19:22]:
Telegram öz işini bərpa edib
17/03/2019 [17:48]:
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
17/03/2019 [16:16]:
“Sarı jiletlilər” Fransanı məhv etmək istəyir” – Makron
17/03/2019 [14:53]:
Çaylarda suyun səviyyəsi dəyişdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yeni Zellandiyada dəhşətli terror - Video
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Hansı məmurlara xidməti maşın veriləcək? - Samir Şərifovdan açıqlama
Erməni lobbisinin təqibi ilə üzləşən Mətin Yaşaroğlu danışdı: Ermənilərin təsir imkanları yetərincədir...
Azərbaycanlı deputat mandatından imtina etdi -Səbəb
Şəkər xəstəsi spirtli içki içərsə... - Xəbərdarlıq
Problemli kreditlərlə bağlı kimlərə güzəşt olunacaq? - Palatadan bütün suallara cavab
Bu gün Ərəb Əmirliyində “Uşaq Günü”dür
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin