Zamirə Hacıyeva ev dustlağına buraxıldı - 500 min funta

08/11/2018 [16:24] - Gündəm (67)



Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. 

Britaniya KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə onun 500 min funt sterlinq girov ödəyərək həbsdən buraxılmasına razılıq verib. Beləliklə, xanım Hacıyeva Azərbaycana ekstradisiyası barədə gələn ilin iyun ayına təyin edilmiş məhkəmə prosesinə qədər Londondakı malikanəsində ev dustağı kimi qala bilər.

Bununla belə hakim Ceremi Beyker xanım Hacıyevanın girov əvəzində həbsdən buraxılması üçün bir sıra şərtlər qoyub. Bu şərtlərə görə o, 500 min funt sterlinqi dərhal ödəməli, M25 avtomagistralının hüdudlarından xaricə çıxmamalı və hər hansı beynəlxalq turizm mərkəzlərinə baş çəkməməlidir. Habelə Zamirə Hacıyeva elektron qolbaq daşımalı, Londondakı polis məntəqəsinə hər gün məlumat verməli, axşam saat 9-dan səhər saat 6-ya qədər ümumiyyətlə küçəyə çıxmamalı və komendant saatına əməl etməlidir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ötən həftə İngiltərənin paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. Məlumata görə, ona qarşı iki mənimsəmə ittihamı irəli sürülüb.

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində “Harrods” alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.
2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb.

Ötən həftə onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və “Christie” auiksionunda satışa çıxarılması nəzərdə tutulu.
Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanıldı
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
“Bakıda sürücü və avtobus çatışmazlığı var” – Vüsal Kərimli
“Bakcell”in dəstəyilə M.A.P. Beynəlxalq Teatr Festivalı keçirilib
Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsi bağlanır
Xəbər lenti
13/11/2018 [21:26]:
Azərbaycanda Slovakiyanın səfirliyi açılacaq
13/11/2018 [20:21]:
İran Mərkəzi Bankı SWIFT sistemindən kənarlaşdırıldı
13/11/2018 [19:19]:
BEA 2025-ci ilə qədər neftin qiymətinin artacağını proqnozlaşdırır
13/11/2018 [18:23]:
Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanıldı
13/11/2018 [17:59]:
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
13/11/2018 [17:27]:
“Bakıda sürücü və avtobus çatışmazlığı var” – Vüsal Kərimli
13/11/2018 [17:02]:
“Bakcell”in dəstəyilə M.A.P. Beynəlxalq Teatr Festivalı keçirilib
13/11/2018 [16:31]:
Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsi bağlanır
13/11/2018 [15:19]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
13/11/2018 [14:41]:
“Nəsimi bazarı” sökülür - Yerində binalar tikiləcək
13/11/2018 [13:27]:
Tacikistanda İŞİD-in Rusiyada terror planlaşdıran üzvləri saxlanılıb
13/11/2018 [12:31]:
Lionel Messi mövsümün ən yaxşı oyunçusu mükafatını alıb
13/11/2018 [11:38]:
Nazirlər Kabineti toyuq əti ilə bağlı qərar verdi
13/11/2018 [10:58]:
Azərbaycanda mikroavtobus qəzaya düşüb – 10-a yaxın yaralı var
13/11/2018 [10:46]:
Azərbaycanda 267 nəfər saxlanıldı
13/11/2018 [09:59]:
Azərbaycan nefti ucuzlaşdı
13/11/2018 [00:13]:
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
13/11/2018 [00:03]:
İlham Əliyev səfiri geri çağırdı: 5 sərəncam, 3 fərman
12/11/2018 [23:37]:
Azərbaycan Kubokunun püşkü atılacaq
12/11/2018 [22:46]:
Yol polisi yük maşınlarının sürücülərinə müraciət etdi
12/11/2018 [21:57]:
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
12/11/2018 [21:06]:
Putin Türkiyəyə gedir
12/11/2018 [20:19]:
ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək
12/11/2018 [19:58]:
“Bakcell”in dəstəyilə yaradılmış startap kurs axtarışını asanlaşdırır
12/11/2018 [19:28]:
DİN: Saxta profillərin yaradılması yolverilməzdir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Daha bir nazir oğlunun Londonda mülkləri aşkarlandı - sənədlər
Deputatın general oğlu gömrükdən qovuldu - sərəncam
İlham Əliyevdən yeni təyinatlar - siyahı
Azərbaycanın sabiq naziri Türkiyəyə buraxılmadı
Kəmaləddin Heydərov və Baba Rzayev hadisə yerində - yenilənib
İlham Əliyev 4 sərəncam, 5 fərman imzaladı - yenilənib
Həbs edilən İlkin Məmmədli kimdir? - gizli detallar
İlham Əliyev sərəncam imzaladı
Yaşar İsakova DTX-də vəzifə verildi
İcra başçısının fotoları məktəbli kitabçalarında - fotolar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin