Zakir Həsənov cəbhə xəttindəki vəziyyətlə bağlı tapşırıq verdi

08/11/2018 [14:39] - Gündəm (125)



Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə İstiqlal.az-a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan ordusu qarşısında qoyduğu tapşırıqları rəhbər heyətə çatdıran müdafiə naziri bundan irəli gələn məsələlərin qoşunlarda vaxtında və daha keyfiyyətli icrasını təmin etmək barədə konkret göstəriş verib.

Müdafiə naziri keçiriləcək komanda-qərargah hərb oyunlarında əsas diqqətin ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi və qarşılıqlı fəaliyyətin düzgün təşkilinə yönəldilməsini tapşırıb.

Cəbhə xəttindəki vəziyyətə toxunan general-polkovnik Z.Həsənov qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə, nizam-intizama, döyüş növbətçiliyinin təşkili və aparılmasında sayıqlığının artırılmasına, eləcə də qış mövsümünə hazırlıq işlərinin yekunlaşdırlmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə şəxsi heyəti təbrik edən Müdafiə naziri bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də andiçmə mərasimlərinin yüksək səviyyədə təşkili ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Bakı polisinin rəisi: “Müxalifət iğtişaşlar yaratmağa cəhdlər etdi”
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
Xəbər lenti
22/01/2019 [08:53]:
Bakı polisinin rəisi: “Müxalifət iğtişaşlar yaratmağa cəhdlər etdi”
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
21/01/2019 [13:04]:
Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır
21/01/2019 [12:24]:
“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?
21/01/2019 [11:39]:
Əfqanıstan prezidenti yenidən namizədliyini irəli sürüb
21/01/2019 [10:45]:
Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə uduzub
21/01/2019 [09:54]:
Ötən il Azərbaycanın İrana neft ixracı azalıb
21/01/2019 [00:18]:
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
20/01/2019 [23:39]:
20 yanvar Qətərdə anıldı
20/01/2019 [22:12]:
Nəyə görə Rusiya dollar erasını bitirə bilməz?
20/01/2019 [20:48]:
Yanvarın 21-ə hava proqnozu
20/01/2019 [19:06]:
Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb
20/01/2019 [17:43]:
Hakimlərin Mingəçevir toplanışı başa çatıb
20/01/2019 [16:09]:
ABŞ-da təyyarə qəzası baş verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
Eldar Mahmudovun “qulağı” Beytulla Hüseynov azadlığa çıxır
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin