“Çalışacağıq ki, hər birinizi sevindirək” – Qurban Qurbanov

08/11/2018 [10:47] - İdman (144)



“Bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda yaxşı nəticəni yaxşı oyunla əldə etmək istərdik. Bu, çətin olacaq. “Vorskla” öz meydanında aqressiv çıxış edir. Ötən müddətdə futbolçuları matça hazırlamışıq. Sabah futbolçularımızın yaxşı mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Poltavada Ukrayna “Vorskla”sı ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Zədəlilərin vəziyyəti necədir?

– Yalnız Ansi Aqolli meydanda olmayacaq. Maksim Medvedev və Donald Gerrye tam hazır olmasalar da, oynamaq ehtimalı var.

- Bu matça revanş kimi yanaşmaq olarmı?

– Buna revanş deməzdim. Dördüncü oyunumuzdur, xalımız yoxdur. Digər rəqiblərə qarşı da belə istəklə çıxacaqdıq. İndiyədək göstərdiyimiz oyun nəticə üçün kifayət etməyib. Sabah bizim üçün çox vacib olacaq. Bu, dördüncü oyunumuzdur. Elə rəqib üçün də bu, belə olacaq. Qalib gələcəkləri halda bu, “Vorskla” üçün mərhələ adlamaq baxımından böyük şans olacaq.

- “Vorskla” yenə münasib rəqib kimi qalır?

– Bəli, bu komandaya qarşı daha yaxşı oyun sərgiləmək olar. Amma belə rəqibləri nə üstün, nə də aşağı sayıram. Onlar bizdən daha üstün olan Ukrayna çempionatında oynayırlar. Biz neçə illərdir avrokubok təcrübəsi toplayırıq. Daha güclü çempionatlardan olan, ustalıq səviyyələri yüksək komandaları qarşı çıxış etmişik. Bakıdakı görüşdə heç də rəqibdən geri qalmamışdıq. Ola bilər ki, rəqib öz meydanında daha aktiv, aqressiv oynasın. Bura yaxşı oyun və nəticə üçün gəlmişik. İstənilən rəqibə qarşı belə istəklə çıxacaqdıq. Lakin rəqibə hörmətlə yanaşırıq. “Vorskla”nın öz oyun üslubu var. Çalışacağıq ki, hər birinizi sevindirək.

- “Arsenal”la oyunda daha çox şans əldə etsəniz də, “Vorksla” ilə qarşılaşmada bunu görmədik. Bu, motivasiyanın fərqli olması ilə əlaqədar idi, yoxsa rəqib buna imkan vermədi?

– “Arsenal”la oyunda doğrudan da fərqli görünürdük. Amma deməzdim ki, “Vorskla” ilə qarşılaşmada motivasiyamız az idi. Rəqib yaxşı müdafiə olunurdu. Sadəcə, ustalıq səviyyəsi aşağı oldu ki, imkanlardan yararlana bilmədik. “Arsenal” daha açıq futbol oynayırdı, buna görə hücumlar qura bilirdik. “Vorskla” isə buna şərait yaratmadı, tez qapandı. Digər tərəfdən, üzərimizdə psixoloji basqı var. Azərbaycanın yeganə təmsilçisiyik. Futbolçularda psixoloji yorğunluq olur. Həddən artıq istəkli olduqda, düşündüyünü həyata keçirməkdə çətinlik çəkirsən. Ola bilsin, yenə belə fikirləşiblər. Bu da bizə son nöqtəni qoymaqda mane oldu. Oyunu analiz etmişik. Düşündüyümüz alınsa, ola bilər ki, sabah ilk qarşılaşma ilə müqayisədə tam əksi olsun.

- İlk oyunla müqayisədə dəyişiklik ediləcək?

– Dəyişiklik olacaq. Bu, yaxşı nəticə üçün ediləcək.

Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Bu gün İlaxır çərşənbədir
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
İlham Əliyevdən Novruz təbriki
Xəbər lenti
19/03/2019 [00:22]:
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
19/03/2019 [00:11]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
19/03/2019 [00:00]:
Bu gün İlaxır çərşənbədir
18/03/2019 [23:34]:
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
18/03/2019 [23:29]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
18/03/2019 [22:19]:
OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər
18/03/2019 [21:28]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [20:31]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [20:08]:
İlham Əliyevdən Novruz təbriki
18/03/2019 [19:27]:
Saakaşvili gürcü partiyasının lideri postundan gedir
18/03/2019 [18:42]:
Azərbaycanda 4000 nəfərə “pul atan” mütəşəkkil dəstə ələ keçdi
18/03/2019 [17:21]:
Sabiq prokuror Abbasov da azadlığa buraxıldı
18/03/2019 [16:37]:
İlham Əliyev sərəncam imzaladı
18/03/2019 [15:51]:
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
18/03/2019 [14:21]:
“Azərsun Holdinq”dən qiymət açıqlaması
18/03/2019 [13:16]:
Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışlayır
18/03/2019 [12:42]:
Azərbaycan millisi itki ilə üzləşib
18/03/2019 [11:29]:
Avropada radikal sağçılar silahlanırlar
18/03/2019 [09:58]:
Əfv sərəncamının icrası başa çatdı
17/03/2019 [23:29]:
Bakıda avtobus qəzası böyük tıxac yaratdı
17/03/2019 [21:31]:
Martın 18-ə hava proqnozu
17/03/2019 [19:22]:
Telegram öz işini bərpa edib
17/03/2019 [17:48]:
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
17/03/2019 [16:16]:
“Sarı jiletlilər” Fransanı məhv etmək istəyir” – Makron
17/03/2019 [14:53]:
Çaylarda suyun səviyyəsi dəyişdi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yeni Zellandiyada dəhşətli terror - Video
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Hansı məmurlara xidməti maşın veriləcək? - Samir Şərifovdan açıqlama
Erməni lobbisinin təqibi ilə üzləşən Mətin Yaşaroğlu danışdı: Ermənilərin təsir imkanları yetərincədir...
Azərbaycanlı deputat mandatından imtina etdi -Səbəb
Şəkər xəstəsi spirtli içki içərsə... - Xəbərdarlıq
Problemli kreditlərlə bağlı kimlərə güzəşt olunacaq? - Palatadan bütün suallara cavab
Bu gün Ərəb Əmirliyində “Uşaq Günü”dür
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin